"UEFA-2020" ilə bağlı vergidən azadolmanın müddəti artırılıb
Prezident İlham Əliyev Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.

Cebhe.info xəbər verir ki, dəyişikliklər "UEFA-2020" futbol çempionatı ilə bağlı vergidən azadolmanın müddətinin daha 1 il uzadılmasını nəzərdə tutur.

Sənəddə deyilir ki, Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) İcraiyyə Komitəsi ötən il Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edib.

Qeyd olunub ki, Azərbaycan həmçinin, 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarına da ev sahibliyi etməli idi. Hazırda bütün dünyada yeni növ koronavirusun (COVID-19) yayılması ictimai-siyasi, sosial-iqtisadi həyatın bütün sahələrinə təsir etdiyi kimi, idman sahəsindən də yan keçməyib, o cümlədən böyük idman oyunlarının keçirilməsi təxirə salınıb.

Bu səbəbdən futbol üzrə Avropa çempionatının 2020-ci ildə təxirə salınan oyunlarının 2021-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 9 aprel 2019-cu il tarixli və “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi barədə” 9 aprel 2019-cu il tarixli qanunların qüvvədə olma müddətinin 1 avqust 2021-ci il tarixinə qədər uzadılmasına qərar verilir.

Həmin qanunlarla Azərbaycanda keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar bir çox vergi növləri üzrə - gəlir vergisindən, mənfəət vergisindən, ƏDV-dən, aksizli mallara görə aksizdən, habelə gömrük rüsumlarından azadolmalar nəzərdə tutulub.

Cebhe.info

Bölmənin digər xəbərləri

25 Yanvar 2021 Azərbaycan Kuboku: 1/4 finalın son 3 iştirakçısı bəlli olur
25 Yanvar 2021 Həbibdən Makqreqorun uduzmasına maraqlı reaksiya
25 Yanvar 2021 Braziliyada təyyarə qəzası: klub prezidenti və 4 futbolçu öldü
24 Yanvar 2021 Konor Makqreqor Dastin Poryeyə məğlub oldu
24 Yanvar 2021 Azərbaycan Kubokunda yeni mövsüm başlayır
24 Yanvar 2021 ABŞ sakini peyvənddən bir neçə saat sonra ölüb
24 Yanvar 2021 "Fənərbağça" Özillə nə vaxt müqavilə imzalayacaq?
22 Yanvar 2021 Futbolçular hakimə alqışlarla "Zəfər dəhlizi" yaratdılar FOTO
22 Yanvar 2021 Buffon Ronaldonun rekordunu zarafatla təbrik etdi
22 Yanvar 2021 Makqreqorla Puaryenin baxış dueli oldu
21 Yanvar 2021 7 aydan sonra meydana dönən qapıçı yeni rekorda imza atıb
21 Yanvar 2021 Dünyanın nəhəng klubları gənc müdafiəçiyə elçi düşüb
21 Yanvar 2021 Mariya Şarapovanın 5 karatlık 400 min dollar dəyərindəki nişan üzüyü... - FOTOLAR
20 Yanvar 2021 "Lester" "Çelsi"ni məğlub edərək Premyer Liqada birinci yerə yüksəldi
20 Yanvar 2021 Kriştianu Ronaldu "Real Madrid"in prezidenti ilə qapalı danışıq apardı
19 Yanvar 2021 "Fənərbaxça"dan növbəti qələbə: Liderə çatdı
18 Yanvar 2021 “Barsa” Superkuboku əldən verdi: Messi 753 oyunda ilk dəfə qırmızı vərəqə aldı - VİDEO
17 Yanvar 2021 Belarus dünya çempionatından məhrum olunur
17 Yanvar 2021 Türkiyə AVRO-2021-də iştirak hüququ qazandı
16 Yanvar 2021 "Latsio" "Roma"nı darmadağın etdi

Dünyapress TV

Xəbər lenti