UEFA-nın "Qarabağ" - "Molde" matçı ilə bağlı məktubu üzə çıxıb
UEFA-nın sentyabrın 1-də Norveç Futbol Federasiyasına (NFF) göndərdiyi məktubun mətni üzə çıxıb.

"Report" "TV 2"yə istinadən xəbər verir ki, qitə futbol qurumunun baş katibi Corco Markettinin adından federasiyanın prezidenti Terye Svendsenə ünvanlanmış məktubda yerli hökumətin tətbiq etdiyi məhdudiyyətlər və sərhədlərin bağlanması baxımından Norveçin ən problemli ölkələrdən biri olduğu bildirilib.

Marketti qeyd edib ki, UEFA Norveç yığmasının Avstriya ilə UEFA Millətlər Liqasındakı ev oyunu (1:2) üçün istisna tətbiq edib. Qitə futbol qurumunun rəsmisi bu istisna müddətinin uzadılması üçün səlahiyyətlilərlə danışıqların aparılmasından xəbərdar olduğunu vurğulayıb: "Yalnız əsas yığma üçün tətbiq edilən istisna istəyimizə hələ tam uyğun gəlmir. Çünki U-21 millisi, qadınlardan ibarət yığma və klubların da oyunları da var".

Məktubda həmçinin UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində baş tutmuş "Molde" - "Qarabağ" matçına da toxunulub: "Klub Azərbaycandan Norveçə döndükdə karantinə alınmalı olduğundan görüşü neytral meydana salmaq məcburiyyətindəyik. Çox güman ki, bu, Norveç klubları üçün səfər məhdudiyyətləri səbəbindən yeganə istisna olacaq".

Təzyiqlə üzləşən NFF isə, öz növbəsində, yerli hökumətə məktub göndərib. Yazılı müraciətdə ölkədə tətbiq olunan səyahət məhdudiyyətləri və karantin qaydalarının yığma və klubların UEFA turnirlərində iştirakını çətinləşdirdiyi vurğulanıb.

Qeyd edək ki, Kiprdə keçirilmiş "Qarabağ" - "Molde" görüşünün əsas və əlavə vaxtı qolsuz heç-heçə ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq oynayan (6:5) Norveç komandası pley-offa vəsiqə qazanıb.
1605944060_2.jpg
 
 

Bölmənin digər xəbərləri

27 Noyabr 2020 FİFA Maradonaya görə bayraqları endirdi
27 Noyabr 2020 Maradona dəfn olundu - Foto
27 Noyabr 2020 Teymur Rəcəbov “Skilling open”də mübarizəni dayandırdı
27 Noyabr 2020 İbrahimoviç İsveç yığmasına qayıda bilər
27 Noyabr 2020 Maradonanın vəsiyyəti açıqlandı: Bədəninin balzamlaşdırılmasını istəyib
26 Noyabr 2020 “Maradona ölməyib” - Zlatan İbrahimoviç
26 Noyabr 2020 arabağ" bu gün "Sivasspor"la qarşılaşacaq
26 Noyabr 2020 Teymur Rəcəbov pley-off mərhələsinə qələbə ilə başladı
26 Noyabr 2020 Argentinada Maradonaya görə 3 günlük matəm elan olundu
25 Noyabr 2020 Həbib Nurməhəmmədov UFC-yə qayıdışına eyham vurub
25 Noyabr 2020 “Qalatasaray” şəhidimizin səs yazısını paylaşdı - VİDEO
24 Noyabr 2020 Teymur Rəcəbov erməni şahmatçıya qalib gəldi
23 Noyabr 2020 “Real Sosyedad” növbəti qələbəsini qazanıb, “Valensiya” heç-heçə edib
23 Noyabr 2020 "Milan"qələbə qazanıb lider oldu
23 Noyabr 2020 Kasilyas “Real”dakı ən pis xatirəsini danışdı
22 Noyabr 2020 “Yuventus” qələbə qazanıb, "Atalanta" heç-heçə edib
22 Noyabr 2020 Azərbaycan cüdoçuları Avropa çempionatında 5 medal qazanıblar
22 Noyabr 2020 İqtisadçı ekspertdən təklif: " Formula-1 Qarabağa, məsələn Ağdama köçürək.."
21 Noyabr 2020 Avropa çempionatı: Azərbaycanın son 5 cüdoçusu mübarizəyə qoşulur
21 Noyabr 2020 Futbol matçında meydana silahla girən polis azarkeşi ölümlə hədələyib

Dünyapress TV

Xəbər lenti