Azərbaycan Premyer Liqası: Bu gün şərikli liderlər qarşılaşacaq
Bu gün Azərbaycan Premyer Liqasında X tura start veriləcək.

"Report"un məlumatına görə, milli komandaların oyunları ilə bağlı ölkə çempionatında yaranmış 2 həftəlik fasilə başa çatacaq.

Əslində ilk oyun günündə iki oyun keçirilməli idi. Lakin “Sabah” – “Səbail” oyunu bəzi futbolçuların yenidən COVID-19 testindən keçəcəkləri ilə əlaqədar təxirə salınıb. Oyunun yeni tarixi hələ bəlli deyil.

Günün yeganə matçında 15 xalla 2-ci sırada olan "Qarabağ"la eyni xala malik lider "Sumqayıt" münasibətlərinə aydınlıq gətirəcək. Ehtiyatda 1 matçı olan Ağdam klubu meydana ciddi itkilərlə çıxacaq. Koronavirusa yoluxan kapitan Maksim Medvedev və Rahil Məmmədovla yanaşı, zədəli Patrik Andrade ev qarşılaşmasında forma geyinə bilməyəcək. Zədədən əziyyət çəkən digər futbolçular - Abbas Hüseynov və Xayme Romeronun matçda iştirakı isə sual altındadır.

Komandalar ölkə çempionatında 32 dəfə qarşılaşıblar. Bu oyunların 23-də "köhlən atlar", 5-də isə "gənclik şəhəri" təmsilçisi qalib gəlib. 4 qarşılaşma heç-heçə ilə yekunlaşıb. Qol sayında da ağdamlıların aşkar üstünlüyü var - 67:16. “Qarabağ” 19 oyunda meydanı qolsuz tərk etməyib. “Sumqayıt” son 9 səfər matçında məğlub olub.

Azərbaycan Premyer Liqası

X tur

16:00. "Qarabağ" - "Sumqayıt"
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
"Azersun Arena".

Qeyd edək ki, turun digər oyunları noyabrın 22-də olacaq. Həmin gün "Qəbələ" "Neftçi"ni, "Zirə" "Keşlə"ni qəbul edəcək.

Bölmənin digər xəbərləri

27 Noyabr 2020 FİFA Maradonaya görə bayraqları endirdi
27 Noyabr 2020 Maradona dəfn olundu - Foto
27 Noyabr 2020 Teymur Rəcəbov “Skilling open”də mübarizəni dayandırdı
27 Noyabr 2020 İbrahimoviç İsveç yığmasına qayıda bilər
27 Noyabr 2020 Maradonanın vəsiyyəti açıqlandı: Bədəninin balzamlaşdırılmasını istəyib
26 Noyabr 2020 “Maradona ölməyib” - Zlatan İbrahimoviç
26 Noyabr 2020 arabağ" bu gün "Sivasspor"la qarşılaşacaq
26 Noyabr 2020 Teymur Rəcəbov pley-off mərhələsinə qələbə ilə başladı
26 Noyabr 2020 Argentinada Maradonaya görə 3 günlük matəm elan olundu
25 Noyabr 2020 Həbib Nurməhəmmədov UFC-yə qayıdışına eyham vurub
25 Noyabr 2020 “Qalatasaray” şəhidimizin səs yazısını paylaşdı - VİDEO
24 Noyabr 2020 Teymur Rəcəbov erməni şahmatçıya qalib gəldi
23 Noyabr 2020 “Real Sosyedad” növbəti qələbəsini qazanıb, “Valensiya” heç-heçə edib
23 Noyabr 2020 "Milan"qələbə qazanıb lider oldu
23 Noyabr 2020 Kasilyas “Real”dakı ən pis xatirəsini danışdı
22 Noyabr 2020 “Yuventus” qələbə qazanıb, "Atalanta" heç-heçə edib
22 Noyabr 2020 Azərbaycan cüdoçuları Avropa çempionatında 5 medal qazanıblar
22 Noyabr 2020 İqtisadçı ekspertdən təklif: " Formula-1 Qarabağa, məsələn Ağdama köçürək.."
21 Noyabr 2020 UEFA-nın "Qarabağ" - "Molde" matçı ilə bağlı məktubu üzə çıxıb
21 Noyabr 2020 Avropa çempionatı: Azərbaycanın son 5 cüdoçusu mübarizəyə qoşulur

Dünyapress TV

Xəbər lenti