"Qarabağ" rəsmisi:
"Qarabağ" klubu Avropa Liqasının pley-off matçının neytral meydanda keçirilməsi üçün UEFA-ya müraciət etməyəcək.

Bu barədə "Report"a Azərbaycan təmsilçisinin baş meneceri Asif Əsgərov məlumat verib.

Ağdam komandası pley-off mərhələsində "Legiya” (Polşa) / “Drita” (Kosovo) cütünün qalibi ilə qarşılaşacaq.

Əsgərovun sözlərinə görə, avrokubok mövsümü başlamamışdan öncə UEFA-ya göndərdikləri siyahıda Azərbaycanın hər bir ölkənin klubunu qəbul edə biləcəyi yazılıb: "Hansısa ölkə Azərbaycan komandasını qəbul edə bilmirsə, bu, başqa məsələdir. Amma hazırkı vəziyyətdə Polşa və Kosovo ilə bağlı belə hal yoxdur".

Klub rəsmisi "Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibiniz Norveç "Molde"si kimi görüşün neytral meydanda keçirilməsi üçün UEFA-ya müraciət etmək istəyirsinizmi" sualına belə cavab verib: "Biz "Molde" deyilik".

Əsgərov potensial rəqiblər barədə danışmaq istəmədiyini də vurğulayıb: "Bu barədə sentyabrın 24-də rəqib dəqiqləşdikdən sonra danışmaq olar".

Qeyd edək ki, Avropa Liqasında pley-off matçları oktyabrın 1-də gerçəkləşəcək. "Qarabağ" püşkün nəticəsinə əsasən, matçını səfərdə keçirməlidir. Ölkə çempionu Kiprin Larnaka şəhərindəki Çempionlar Liqasının III təsnifat mərhələsinin matçında "Molde"yə penaltilər seriyasında uduzub. Görüş Bakıda keçirilməli olsa da, Norveç təmsilçisi geri dönüşdə 10 günlük karantinə alınacağını səbəb gətirərək, oyunun yerinin dəyişdirilməsi üçün UEFA-ya müraciət edib və yekunda müsbət cavab alıb.

Bölmənin digər xəbərləri

24 Oktyabr 2020 Rüstəm Orucovdan qızıl medal
13 Oktyabr 2020 Mesut Özildən Azərbaycana dəstək - Foto
22 Sentyabr 2020 Abramoviç qeyri-qanuni əməldə şübhəli bilinir
21 Sentyabr 2020 “Fikirləşirlər ki, prinsipə hücumçu almıram” – Qurban Qurbanov
21 Sentyabr 2020 İspaniya La Liqası: "Real Madrid" qələbə qazana bilmədi
21 Sentyabr 2020 "Qalatasaray" çempionu məğlub etdi
21 Sentyabr 2020 "Qarabağ" "Neftçi"yə uduzdu — YENİLƏNİB
19 Sentyabr 2020 Azərbaycanda ilk dəfə “Peşəkar Boks Gecəsi" keçirilib
18 Sentyabr 2020 “Neftçi”nin uduzması Azərbaycanın UEFA reytinqində geriləməsi ilə nəticələnib
18 Sentyabr 2020 "Qalatasaray" Türkiyədə yeni nailiyyətə imza atdı
18 Sentyabr 2020 “Neftçi”nin baş məşqçisi:"Uşaq səhvləri etdik"
18 Sentyabr 2020 Fatih Terim:"Qardaş Azərbaycandan qardaşcasına ayrılırıq"
17 Sentyabr 2020 Çempionlar Liqası: Pley-off cütləri məlum oldu
17 Sentyabr 2020 Çempionlar Liqası:"Qarabağ" penalti seriyasında "Mölde"yə uduzdu VİDEO
16 Sentyabr 2020 Messi Argentina yığmasındakı hədəflərini müəyyənləşdirdi
16 Sentyabr 2020 "Fənərbağça"nın hücumçusu İtaliya klubuna keçdi
15 Sentyabr 2020 Dünyanın ən çox qazanan futbolçusu müəyyənləşdi
15 Sentyabr 2020 Məşhur futbolçu kral ailəsinin qonşusu olacaq - FOTO
14 Sentyabr 2020 “Tur de Frans” veloyürüşünün 15-ci mərhələsinin qalibi məlum olub
14 Sentyabr 2020 Həbibin növbəti döyüşünün şərtləri AÇIQLANDI

Dünyapress TV

Xəbər lenti