“Fikirləşirlər ki, prinsipə hücumçu almıram” – Qurban Qurbanov
“Neftçi” bu gün çox vacib qələbə qazandı”. Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının III turunda “Neftçi” ilə keçirilən oyunu dəyərləndirərkən deyib.

Təcrübəli mütəxəssis bildirib ki, oyuna hazırlaşmaq çətin idi: “İlk hissədə hər şey intizamlı görünürdü, nəzarət ümumilikdə bizdə idi. Hər iki komanda yorulmuşdu. Bəlkə də, biz daha çox yorulmuşduq. Çünki 120 dəqiqəlik mübarizədən çıxmışdıq. Belə durumda biz məşqçilərdən çox şey asılıdır. Futbolçuların yanında olmaq, onları dəstəkləmək lazımdır. Onlara bu gün də güvənirik. Düşünürəm ki, qarşıdakı oyunlarda daha yaxşı olacağıq. Buna həm məcburuq, həm də potensialımızın olduğunu bilirik. İlk turlardan görünür ki, çempionat gərgin keçəcək”.

Qurbanov onları sıx təqvimin gözlədiyini vurğulayıb: “Mövsümün tam təqvimi artıq çıxıb. Əgər Avropa Liqasının qrupuna düşə bilsək, daha sıx qrafikdə oynayacağıq. Xüsusən də, milli komandada çıxış edən futbolçular üçün çətin olacaq. Əvvəllər heyətimiz geniş olduğu üçün dəyişikliklər edə bilirdik. Bu gün Zubirin, Romeronun zədəsi var idi. Romero hələ qarşıdakı 3 oyunu buraxa bilər. Belə qrafik bizə ikiqat zərbə vurur”.

Baş məşqçi hücum mövqeyində problemin yaranmasının səbəblərindən də bəhs edib: “Bu gün təkcə hücumçuya yox, bir neçə oyunçuya ehtiyacımız var. Bəzən fikirləşirlər ki, Qurban Qurbanov prinsipə hücumçu almır. Amma qətiyyən belə deyil. Oyunçu almaq imkanımız olsaydı, bundan mütləq yararlanardıq. Zubir və Romero zədəli olmasaydı, hücum xəttində problem o qədər də çox görünməyəcəkdi. Çünki onları hücumçu gözündə görürəm. Mahirin psixoloji cəhətdən gərgin vəziyyətdə olmasının da təsiri var. Təkcə hücuma yox, hər mövqeyə oyunçu axtarırıq. Xüsusən də, pandemiya dönəmində bu çox çətindir”.//APA

Bölmənin digər xəbərləri

24 Oktyabr 2020 Rüstəm Orucovdan qızıl medal
13 Oktyabr 2020 Mesut Özildən Azərbaycana dəstək - Foto
22 Sentyabr 2020 Abramoviç qeyri-qanuni əməldə şübhəli bilinir
21 Sentyabr 2020 "Qarabağ" rəsmisi: "UEFA-ya müraciət etməyəcəyik, biz "Molde" deyilik"
21 Sentyabr 2020 İspaniya La Liqası: "Real Madrid" qələbə qazana bilmədi
21 Sentyabr 2020 "Qalatasaray" çempionu məğlub etdi
21 Sentyabr 2020 "Qarabağ" "Neftçi"yə uduzdu — YENİLƏNİB
19 Sentyabr 2020 Azərbaycanda ilk dəfə “Peşəkar Boks Gecəsi" keçirilib
18 Sentyabr 2020 “Neftçi”nin uduzması Azərbaycanın UEFA reytinqində geriləməsi ilə nəticələnib
18 Sentyabr 2020 "Qalatasaray" Türkiyədə yeni nailiyyətə imza atdı
18 Sentyabr 2020 “Neftçi”nin baş məşqçisi:"Uşaq səhvləri etdik"
18 Sentyabr 2020 Fatih Terim:"Qardaş Azərbaycandan qardaşcasına ayrılırıq"
17 Sentyabr 2020 Çempionlar Liqası: Pley-off cütləri məlum oldu
17 Sentyabr 2020 Çempionlar Liqası:"Qarabağ" penalti seriyasında "Mölde"yə uduzdu VİDEO
16 Sentyabr 2020 Messi Argentina yığmasındakı hədəflərini müəyyənləşdirdi
16 Sentyabr 2020 "Fənərbağça"nın hücumçusu İtaliya klubuna keçdi
15 Sentyabr 2020 Dünyanın ən çox qazanan futbolçusu müəyyənləşdi
15 Sentyabr 2020 Məşhur futbolçu kral ailəsinin qonşusu olacaq - FOTO
14 Sentyabr 2020 “Tur de Frans” veloyürüşünün 15-ci mərhələsinin qalibi məlum olub
14 Sentyabr 2020 Həbibin növbəti döyüşünün şərtləri AÇIQLANDI

Dünyapress TV

Xəbər lenti