"Bavariya" liderliyini möhkəmlədib, "Bayer" böyük hesabla uduzub
Almaniya Bundesliqasında XXVIII tura start verilib.

Apasport.az saytının məlumatına görə, ilk gündə 4 görüş baş tutub.

Günün ilk qarşılaşmasında əzəli rəqiblər Dortmund "Borussiya"sı ilə "Bavariya" üz-üzə gəlib. "Siqnal İduna Park"dakı oyunun taleyini 1 qol həll edib. Coşua Kimmix ilk hissənin sonlarında fərqlənərək münhenlilərə səfər qələbəsi qazandırıb. "Bavariya" bu qalibiyyətlə liderliyini bir qədər də möhkəmlədib və ən yaxın izləyicisi ilə aradakı fərqi 7 xala yüksəldib.

İddialılardan "Bayer" öz meydanında "Volfsburq"a böyük hesabla məğlub olaraq, turnir cədvəlində irəliləmək şansını əldən verib.

Bol qollu alınan "Ayntraxt" - "Frayburq" matçında meydan sahibləri məğlubiyyətdən son dəqiqələrdə gələn qollarla qurtulub.

Qeyd edək ki, turun digər oyunları mayın 27-də keçiriləcək.


Almaniya Bundesliqası
XXVIII tur
26 may
"Borussiya" (D.) - "Bavariya" - 0:1
Kimmix, 43
"Bayer" - "Volfsburq" - 1:4
Baumqartlinger, 75 - Ponqraçiç, 43, 75; Arnold, 65; Şteffen, 68
"Ayntraxt" - "Frayburq" - 3:3
Silva, 35; Kamada, 79; Çandler, 82 - Qrifo, 28; Petersen, 67; Holer, 69
"Verder" - "Borussiya" (M.) - 0:0

Bölmənin digər xəbərləri

Dünyapress TV

Xəbər lenti