Rafael Ağayevlə İrina Zaretska lisenziyaları ləğv olundu - Tokio-2020
Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak üçün 40 karateçiyə reytinq sistemi ilə lisenziyanın verilməsi barədə qərar ləğv olunub.

"Report"un məlumatına görə, Ümumdünya Karate Federasiyası (WKF) bu qərara yenidən baxacağını açıqlayıb. Səbəb kimi olimpiadanın təxirə salınması və koronavirusla bağlı vəziyyət göstərilib.

40 karateçi Tokio-2020-yə reytinq sistemi ilə vəsiqə qazanmışdı. Bunlar kumitedə 67 kq, 75 kq və 75 kq-dan yuxarı çəkilərdə kişilər, 55 kq, 61 kq və 61 kq-dan yuxarı çəkilərdə qadınlar, katada isə həm kişilər, həm də qadınlar hərəyə 5 nəfərdən ibarət idilər. Siyahıda Azərbaycan təmsilçilərindən Rafael Ağayev (75 kq) və İrina Zaretska (+75 kq) da yer almışdı.

Lakin Oyunlar 2021-ci ilə təxirə salındığı üçün reytinq üzrə seçim gələn ilin mayında başa çatacaq. Bu il keçirilməli olan Rabat (Mərakeş) Premyer Liqası, Bakıdakı Avropa çempionatı və Parisdəki (Fransa) təsnifat turniri ləğv olunub. Əvəzində gələn il Rabat Premyer Liqası, İsveçin Göteborq şəhərində Avropa çempionatı lisenziya xarakteri daşıyacaq.

Qeyd edək ki, hazırkı reytinq siyahısında İrina Zaretska (+61 kq) 9247,5 xalla 1-ci, Rafael Ağayev (75 kq) 7005 xalla 3-cü pillədə qərarlaşıb.

Bölmənin digər xəbərləri

30 May 2020 Beynəlxalq Ağır Atletika Federasiyası Olimpiya təsnifat dövrünü müəyyənləşdirib
29 May 2020 Mayk Tayson güləş şousunda kütləvi davaya səbəb oldu - VİDEO
29 May 2020 Türkiyə futbol klubunda koronavirus:"Yeni Malatyaspor"un 6 üzvü virusa yoluxub
28 May 2020 İngiltərə Premyer Liqasında daha 4 koronavirusa yoluxma aşkarlanıb
28 May 2020 Millimizin təxirə salınmış oyunlarının vaxtı açıqlandı
28 May 2020 Son mənzilə Rəşad Sadiqovun çiyinlərində yollanan hücumçu - VİDEO
26 May 2020 "Bavariya" liderliyini möhkəmlədib, "Bayer" böyük hesabla uduzub
26 May 2020 "Mançester Yunayted"in pul verməyəcəyi oyunçular məlum oldu
26 May 2020 Ronaldu komandasının məşqindən şəkil paylaşdı - FOTO
26 May 2020 İbrahimoviç məşq zamanı zədə alıb
26 May 2020 Lionel Messi final oyunlarının ən yaxşıları siyahısında Zinəddin Zidanı qabaqlayıb
26 May 2020 Azərbaycanlı futbolçu “Spartak”ın əsas heyətindən kənarlaşdırılıb
25 May 2020 Çempionlar Liqasının oyunundan sonra 41 nəfərdən çox ölüm olub
25 May 2020 Bundesliqa tarixində rekorda bir top çatmayıb
25 May 2020 Şahmat üzrə dünya çempionatı TƏXİRƏ DÜŞDÜ
25 May 2020 Həbibdən Konora: “Sən möhtəşəm döyüşçüsən”
24 May 2020 "Bavariya" "Ayntraxt"ı darmadağın etdi
24 May 2020 Millimizin futbolçusu bu hərəkətinə görə cəzalana bilər - VİDEO
23 May 2020 Ronaldo: “Lui dirijor idi, biz isə onun orkestri”
23 May 2020 Meksika liqası ləğv edildi

Dünyapress TV

Xəbər lenti