Futbol üzrə Belçika çempionatı vaxtından əvvəl yekunlaşıb
Belçika Futbol Liqasının Baş Assambleyası 2019/20 mövsümünün milli çempionatının vaxtından əvvəl başa çatmasını təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə Liqanın mətbuat xidməti xəbər verib.

Ölkə çempionatı koronavirus pandemiyası səbəbindən 29 turdan sonra dayandırılıb. Belçikada idman yarışlarının keçirilməsinə iyulun 31-dək qadağa qoyulduğuna görə, futbol çempionatını vaxtından əvvəl bitirmək və çempionatın təxirə salındığı dövrə nəticələrin təsdiqlənməsi qərara alınıb.

Çempion titulunu tarixində 16-cı dəfə 70 xalla "Brügge" qazanıb. 55 xala malik "Gent" ikinci, 54 xalı olan "Şarlerua" üçüncü yerləri tutublar.

Xatırladaq ki, Belçika çempionatı Avropada koronavirus səbəbiylə vaxtından əvvəl tamamlanan üçüncü turnir olub. Daha əvvəl Fransa və Hollandiya çempionatları başa çatıb.

Bölmənin digər xəbərləri

31 May 2020 PFL açıqlama yaydı: Çempionat nə vaxt başlayacaq?
31 May 2020 "Milan" "Real"ın 4 futbolçusunu istəyir
31 May 2020 102 yaşlı Cümhuriyyətin 114-cü yerdəki futbolu – Acı gerçəklik
31 May 2020 AFFA-ya asan sual: 50 min manatın hesabını kim verəcək?
30 May 2020 Beynəlxalq Ağır Atletika Federasiyası Olimpiya təsnifat dövrünü müəyyənləşdirib
29 May 2020 Mayk Tayson güləş şousunda kütləvi davaya səbəb oldu - VİDEO
29 May 2020 Türkiyə futbol klubunda koronavirus:"Yeni Malatyaspor"un 6 üzvü virusa yoluxub
28 May 2020 İngiltərə Premyer Liqasında daha 4 koronavirusa yoluxma aşkarlanıb
28 May 2020 Millimizin təxirə salınmış oyunlarının vaxtı açıqlandı
28 May 2020 Son mənzilə Rəşad Sadiqovun çiyinlərində yollanan hücumçu - VİDEO
26 May 2020 "Bavariya" liderliyini möhkəmlədib, "Bayer" böyük hesabla uduzub
26 May 2020 "Mançester Yunayted"in pul verməyəcəyi oyunçular məlum oldu
26 May 2020 Ronaldu komandasının məşqindən şəkil paylaşdı - FOTO
26 May 2020 İbrahimoviç məşq zamanı zədə alıb
26 May 2020 Lionel Messi final oyunlarının ən yaxşıları siyahısında Zinəddin Zidanı qabaqlayıb
26 May 2020 Azərbaycanlı futbolçu “Spartak”ın əsas heyətindən kənarlaşdırılıb
25 May 2020 Çempionlar Liqasının oyunundan sonra 41 nəfərdən çox ölüm olub
25 May 2020 Bundesliqa tarixində rekorda bir top çatmayıb
25 May 2020 Şahmat üzrə dünya çempionatı TƏXİRƏ DÜŞDÜ
25 May 2020 Həbibdən Konora: “Sən möhtəşəm döyüşçüsən”

Dünyapress TV

Xəbər lenti