Suares dörd ay futbol oynamayacaq
"Barselona”nın uruqvaylı hücumçusu Luis Suares zədələnmiş dizindən əməliyyat edilib.

“Report” xəbər verir ki, bu barədə “Mundo Deportivo” bildirib.

Məlumata görə, futbolçu təxminən dörd ay oynamayacaq. Qeyd edilir ki, futbolçu stadiona maydan tez qayıtmayacaq.

Cari mövsümdə 32 yaşlı Suares İspaniya çempionatının 17 matçında (15 matçda əsas heyətdə) iştirak edib. O, bu qarşılaşmalarda 11 qol (1 qol penaltidən) müəllif olub, həmçinin 7 məhsuldar ötürmə verib. Katalon klubuyla futbolçunun müqaviləsi 2021-ci ilə qədər qüvvədədir.

Hazırda "Barselona" 40 xalla yarış cədvəlinə liderlik edir. Kataloniyalılar Çempionlar Liqasının 1/8 finalında "Napoli" ilə qarşılaşacaq.

Bölmənin digər xəbərləri

Dünyapress TV

Xəbər lenti