İbrahimoviçdən yeni rekord
ABŞ-ın “Los Anceles Qalaksi” klubunun hücumçusu Zlatan İbrahimovç yeni rekorda imza atıb.

Teleqraf.com xəbər verir ki, isveçli forvardın rekordu MLS liqasının 25-ci turunda “Sportinq Kanzas Siti”ni məğlub etdikləri (7:2) görüşdə qeydə alınıb.

Matçda het-trik edən 38 yaşlı futbolçu mövsümdəki qollarının sayını 26-ya çatdırıb. Zlatan bununla da, “Los Anceles Qalaksi”nin heyətində bir mövsümdə ən çox qol vuran futbolçu adına yiyələnib.

Bölmənin digər xəbərləri

Dünyapress TV

Xəbər lenti