245d7e815d6b590

Azərbaycan Premyer Liqasında IV tur başa çatıb.

APA-nın məlumatına görə, turun ikinci günündə 2 oyun keçirilib.

Bu tura qədər liderin ən yaxın izləyiciləri olan “Keşlə” və “Səbail” “Bakcell Arena”da üz-üzə gəliblər. Səfər matçına çıxan Aftandil Hacıyevin yetirmələri ilk hissədə Mirabdulla Abbasovun dublu ilə önə keçiblər. Fasilədən sonra fəallığı artıran “Keşlə” qollardan yalnız birinin əvəzini çıxıb.

Turun mərkəzi oyununda “Qarabağ” “Neftçi”ni qəbul edib. Azərbaycan derbisində Premyer Liqanın daimi sakini olan ölkənin iki ən titullu komandası üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionundakı görüşdə Ağdam klubu qalib gəlib. Hər hissədə bir qol vuran Qurban Qurbanovun yetirmələri startda ardıcıl 4-cü qələbəni qazanıblar.

Qeyd edək ki, turun ilk günündə “Zirə” “Sumqayıt”ı 2:1, “Qəbələ” “Sabah”ı 1:0 hesabı ilə məğlub edib.

Azərbaycan Premyer Liqası
IV tur
15 sentyabr (bazar)

“Keşlə” – “Səbail” – 1:2
Qollar: Lorenzo Frutos, 54 – Mirabdulla Abbasov, 18, 31 (pen.)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, İnqilab Məmmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Bakcell Arena”, 18:00

“Qarabağ” – “Neftçi” – 2:0
Qollar: Mahir Emreli, 31, Abdullah Zubir, 69
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tofiq Bəhramov adına Respublika Stadionu, 20:30

Bölmənin digər xəbərləri

19 Oktyabr 2019 Ronaldodan komanda yoldaşına dəstək – Əsgər salamı verdi
19 Oktyabr 2019 Messi: “Barselona”da Neymarın qayıtmasını istəməyən insanlar var
19 Oktyabr 2019 Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib
18 Oktyabr 2019 “Traktor” “Barış Pınar”ına dəstək olan futbolçuya sahib çıxıb
16 Oktyabr 2019 Güləşçilərimiz Dünya Çimərlik Oyunlarında iki medal qazanıb
16 Oktyabr 2019 İspaniya AVRO-2020-yə vəsiqə qazanıb
15 Oktyabr 2019 Fransa rejissorları Türkiyə millisinin əsgər salamını nümayiş etdirməyiblər
15 Oktyabr 2019 Avropa çempionatı: Türkiyə Fransadan yenə xal aldı, Portuqaliya uduzdu - Bütün oyunlar
14 Oktyabr 2019 Azərbaycan güləşçiləri beynəlxalq turnirdə 4 medal qazanıblar
14 Oktyabr 2019 Macarıstan – Azərbaycan oyununun baş hakimi səhvini etiraf etdi:"Qolu saymadığım üçün üzr istəyirəm"
14 Oktyabr 2019 Türkiyə Fransa, Portuqaliya Ukrayna ilə qarşılaşacaq
14 Oktyabr 2019 Cavid Hüseynov: "Oyundan sonra biri əlini divara, digəri masaya vururdu"
14 Oktyabr 2019 Uels yığması Bakıya itki ilə gələcək
13 Oktyabr 2019 “Avro-2020”: Macarıstan - Azərbaycan oyunu başlayıb
12 Oktyabr 2019 AVRO-2020: Türkiyə çətin qələbə qazanıb, İngiltərə uduzub
12 Oktyabr 2019 “Boykot edənlərin niyyəti tamam ayrı idi” – Fərid Mansurov
11 Oktyabr 2019 Ümid edirəm ki, yarışlarda yaxşı nəticə göstərəcəyəm - Azərbaycanlı gimnast
11 Oktyabr 2019 AVRO-2020: Xorvatiya Macarıstanı, Belçika San-Marinonu darmadağın edib
11 Oktyabr 2019 Azərbaycan millisi Fransa ilə oyunda darmadağın olub
11 Oktyabr 2019 Azərbaycanlı futbolçu Fransaya niyə buraxılmayıb? –Səbəb bəlli oldu

Dünyapress TV

Xəbər lenti