AVRO-2020: Türkiyə qrup liderliyinə yüksəlib, Ronaldu 4 qol vurub - VİDEO
Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində VI tura yekun vurulub.

"Report"un məlumatına görə, turun son oyun günündə 3 qrupda 7 qarşılaşma təşkil olunub. A və B qruplarında 2, H qrupunda isə 3 matç keçirilib.

Qarşılaşmalarda yüksək məhsuldarlıq qeydə alınıb. Qapılara ümumilikdə 34 qol vurulub. Son dünya çempionu Fransa Andorranı 3, Türkiyə Moldovanı 4 cavabsız qolla məğlub edib. 



Dünya çempionlarının heyətində Antuan Qrizmann ötən tur Albaniya ilə matçda olduğu kimi, yenə penaltidən yararlana bilməyib. H qrupunun daha bir matçında İslandiya səfərdə Albaniyaya uduzub. Nəticədə Türkiyə daha üstün top fərqinə malik olduğu üçün Fransanı geridə qoyaraq, liderliyə yüksəlib. İslandiya isə bu iki komandadan 3 xal geri düşüb.

A qrupunda İngiltərə Kosovo ilə görüşdə məhsuldar qələbəyə imza atıb - 5:3. 



Çexiya isə səfərdə Monteneqronu 3:0 hesabı ilə yenərək, 2-ci pilləyə qayıdıb.

Nəhayət, B qrupunda Portuqaliya səfərdə Litvanı darmadağın edib - 5:1. Qollardan 4-nü Kriştianu Ronaldu vurub. 



Lüksemburq isə Serbiyaya 1:3 hesabı ilə uduzaraq, 2-ci pilləni əldən verib.

AVRO-2020, seçmə mərhələ

VI tur

A qrupu

22:45. İngiltərə - Kosovo - 5:3

Qollar: Rəhim Sterlinq, 8. Harri Keyn, 19. Mergim Voyvoda, 38 (öz qapısına). Ceydon Sanço, 44; 45+1 - Valon Berişa, 1; 49. Vedat Muriç, 55 (pen.)

İstifadə olunmamış penalti: Harri Keyn, 65 (İngiltərə)

22:45. Monteneqro - Çexiya - 0:3

Qollar: Tomaş Suçek, 54. Lukaş Masopust, 58. Vladimir Darida, 90+4 (pen.)

Xal durumu: İngiltərə - 12 xal (4 oyuna), Çexiya - 9 (5), Kosovo – 8 (5), Monteneqro - 2 (5), Bolqarıstan – 2 (5).

B qrupu

22:45. Litva - Portuqaliya - 1:5

Qollar: Vitautas Andryuşkeviçyus, 28 - Kriştianu Ronaldu, 7 (pen.); 62; 65; 76. Vilyam Karvalyu, 90+2

22:45. Lüksemburq - Serbiya - 1:3

Qollar: Davit Turpel, 66 - Aleksandar Mitroviç, 36; 78. Nemanya Radonyiç, 55

Xal durumu: Ukrayna – 13 xal (5 oyuna), Portuqaliya – 8 (4), Serbiya - 7 (5), Lüksemburq – 4 (5), Litva – 1 (5)

H qrupu

22:45. Albaniya - İslandiya - 4:2

Qollar: Kastriot Dermaku, 32. Elseid Husay, 52. Odise Roşi, 79. Sokol Çikalleşi, 83 - Gilfi Siqurdsson, 47. Kolbeyn Siqtorsson, 58

22:45. Fransa - Andorra - 3:0

Qollar: Kinqsli Koman, 18. Kleman Lanqle, 52. Vissam Ben Yedder, 90+1

İstifadə olunmamış penalti: Antuan Qrizmann, 28 (Fransa)

22:45. Moldova - Türkiyə - 0:4

Qollar: Cenk Tosun, 37; 79. Deniz Türüc, 57. Yusuf Yazıcı, 88

Xal durumu: Türkiyə - 15 xal (6 oyuna), Fransa - 15 (6), İslandiya – 12 (6), Albaniya – 9 (6), Moldova – 3 (6), Andorra – 0 (6).

Bölmənin digər xəbərləri

16 Sentyabr 2019 “Qarabağ” “Neftçi”ni məğlub etməklə, qələbə sayını 4-ə çatdırıb
14 Sentyabr 2019 Falkaonun vurduğu qol “Qalatasaray”a qələbə qazandırdı
13 Sentyabr 2019 Həbibin növbəti rəqibi bəlli oldu
11 Sentyabr 2019 Kriştianu Ronaldo yığmada qol sayında Əli Daeiyə yaxınlaşır
10 Sentyabr 2019 Azərbaycan – Xorvatiya matçında meydana iki azarkeş daxil olub
10 Sentyabr 2019 Zlatko Daliç: “Nəticə məyusedicidir”
10 Sentyabr 2019 “Azərbaycan millisi layiq olduğu bərabərlik qolunu vurdu”
10 Sentyabr 2019 Azərbaycan ilk xalını Xorvatiya ilə oyunda qazandı
10 Sentyabr 2019 Azərbaycan ilk xalını Xorvatiya ilə oyunda qazandı
09 Sentyabr 2019 Serbiya voleybolçuları 3-cü dəfə Avropa çempionu olub
09 Sentyabr 2019 Azərbaycan badmintonçusu beynəlxalq turnirdə ikinci yeri tutub
09 Sentyabr 2019 “Xorvatiyanın adı bizim üçün əlavə motivasiyadır” – Mahir Emreli
09 Sentyabr 2019 Karatenin vətənində medallar qazanmaq: oğlanların işi çətin oldu
08 Sentyabr 2019 Həbib Nurməhəmmədov Dastin Poryeyə qalib gəlib
07 Sentyabr 2019 AVRO-2020: Azərbaycan yığması dördüncü oyununda da xal qazana bilməyib
07 Sentyabr 2019 Azərbaycan yığması Slovakiyaya qalib gəlib
06 Sentyabr 2019 Azərbaycan millisi Maltaya qalib gələ bilməyib
06 Sentyabr 2019 Azərbaycan millisi Estoniyaya uduzub
05 Sentyabr 2019 Azərbaycanın futbol millisi Uelsə çatıb
04 Sentyabr 2019 FIFA DÇ-2022-nin loqotipini təqdim edib – VİDEO

Dünyapress TV

Xəbər lenti