755d7698c3ebd80

“Rəqibi təbrik edirəm. Oyuna yaxşı başladıq. Kifayət qədər şanslarımız oldu, erkən qol da vurduq. Amma rəqibin qapıçısı əla oynadı”.

APA-nın məlumatına görə, bunu Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç deyib.

Milli komanda Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Xorvatiyanı qəbul edib. Komandamız 1:1 hesabı ilə yekunlaşan görüşdə tsiklin ilk xalını qazanıb.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında 53 yaşlı çalışdırıcı bildirib ki, hissənin sonlarında futbolçuları həyəcanlı görünürdülər: “İkinci hissədə Azərbaycan azarkeşlərin də dəstəyi ilə yaxşı çıxış edib, bərabərlik qolunu vurdu. Nəticə məyusedicidir. Amma bunu unudub, növbəti matçlara hazırlaşmalıyıq”.

O, Ante Rebiçin gec əvəzlənməsindən və İvan Rakitiçin Bakıya gəlməməsindən də danışıb: “Tez dəyişikliklər etsəydim, bəlkə də, başqa cür olardı. Rebiçin iki qol şansı var idi, istifadə edə bilmədi. Əvəz etmək istəmədim, əksinə, ona inandığımı göstərdim. Rakitiçə gəlincə, o, əla futbolçudur. Tezliklə yığmaya qatılacaq”.

Təcrübəli mütəxəssis azərbaycanlı futbolçuların legioner həyatı yaşamamasına da münasibət bildirib: “Onlar yəqin ki, burada xoşbəxt olduqlarından getmək istəmirlər. Azərbaycan yığması çox yaxşı komandadır, ilk oyunda da yaxşı təsir bağışlamışdı. Slovakiyaya qarşı belə motivasiyada çıxış etməmişdilər. Necə olub ki, digər komandalardan xal almayıblar, bunu anlaya bilmirəm.

Dörd il əvvəl də burda qələbə qazana bilməyən xorvatlar yenə də xal itkisi ilə üzləşiblər. Lakin Z. Daliç “Bakcell Arena”nı komandası üçün uğursuz saymayıb: “Buranı cəhənnəm adlandırmazdım. Sadəcə, şanslardan istifadə edib, qollar vurmaq lazımdır”.

Bölmənin digər xəbərləri

Dünyapress TV

Xəbər lenti