1a2b8133-37ae-47eb-ab3a-1ae50397f007

“Rəqibi təbrik edirəm. Komandamız oyuna yaxşı başladı və erkən qol vurduq. Lakin daha sonra Azərbaycan komandasının qapıçısı çox yaxşı çıxış etdi”.
 “Report”un məlumatına görə, bunu Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan millisi ilə 1:1 hesablı heç-heçədən sonra təşkil edilən mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis bildirib ki, ilk hissədə komandası, fasilədən sonra isə rəqib yaxşı çıxış edib:
“Meydan sahibləri ikinci yarıda azarkeş dəstəyini də hiss edərək daha inamlı oynadı. Biz isə bir qədər özümüzü itirdik. Bu, məyusedici nəticədir. Amma vəziyyəti qəbul etməli, növbəti görüşlərə hazırlaşmalıyıq. Dəyişiklikləri tez etsəydim, bəlkə də, nəticə fərqli olardı. Ante Rebiçin ilk hissədə 2 qol imkanı vardı. Ancaq onu əvəzləmədim, inandığımı göstərmək istədim. Növbəti qolu vura bilmədik. Rəqib bizə layiq olduğu bərabərlik topunu vurmağı bacardı. Davor Şukerin İvan Rakitiçlə bağlı dedikləri ilə razıyam. O, növbəti görüşlərdə komandaya kömək edəcək”.
Daliç Azərbaycan millisinin futbolçuları ilə bağlı fikirlərini bölüşüb:”Yəqin ki, Azərbaycan millisinin futbolçuları burada xoşbəxtdirlər və ona görə xaricə getməyiblər. Azərbaycanla ilk matçımızdan sonra onların növbəti görüşlərdə xal qazanacaqlarına inanırdım. Bunu bacarmamaqları qəribədir. Burda yenə xal itirdik. Amma heç bir stadionu cəhənnəm adlandırmazdım”.

Bölmənin digər xəbərləri

23 Sentyabr 2019 Paytaxt klubları qalib gəlib, “Napoli” darmadağına imza atıb - FOTO
22 Sentyabr 2019 “Qəbələ” “Səbail”lə heç-heçə edib
20 Sentyabr 2019 Dünyanın ən yaxşı qapıçısı üçün mükafat təsis olunub
20 Sentyabr 2019 "Qarabağ" Avropa Liqasının qrup mərhələsinə uğursuz başladı
19 Sentyabr 2019 KİV: "Real" Mbappeni 275 milyon avroya alacaq
19 Sentyabr 2019 “Qarabağ” Avropa Liqasının beşqat qalibi ilə qarşılaşacaq
19 Sentyabr 2019 Avropa Liqasında qrup mərhələsi başlayır, Türkiyə klubları səfər sınağına çıxacaqlar
19 Sentyabr 2019 ÇL: "Real Madrid" PSJ-yə uduzub, "Yuventus" və "Qalatasaray" ilk oyunda heç-heçə edib
18 Sentyabr 2019 Həbib Puaryenin formasını neçəyə satdı?
18 Sentyabr 2019 Xərçəngə qalib gələn xanım üzgüçü fasiləsiz 54 saat üzdü - FOTO
18 Sentyabr 2019 Çempionlar Liqasında qrup mərhələsinin digər oyunları keçiriləcək - AFİŞA
18 Sentyabr 2019 Ronaldo hazırkı maddi vəziyyətindən danışıb
17 Sentyabr 2019 Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək - AFİŞA
17 Sentyabr 2019 İbrahimoviçdən yeni rekord
17 Sentyabr 2019 "Mançester Yunayted" ulduz futbolçu ilə müqavilə imzaladı
16 Sentyabr 2019 “Qarabağ” “Neftçi”ni məğlub etməklə, qələbə sayını 4-ə çatdırıb
14 Sentyabr 2019 Falkaonun vurduğu qol “Qalatasaray”a qələbə qazandırdı
13 Sentyabr 2019 Həbibin növbəti rəqibi bəlli oldu
11 Sentyabr 2019 Kriştianu Ronaldo yığmada qol sayında Əli Daeiyə yaxınlaşır
11 Sentyabr 2019 AVRO-2020: Türkiyə qrup liderliyinə yüksəlib, Ronaldu 4 qol vurub - VİDEO

Dünyapress TV

Xəbər lenti