435d754da7b41d4Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Ukraynanın Xarkov şəhərində keçirilən “RSL Kharkiv International 2019″ turnirində ikinci yer tutub.

APA-nın məlumatına görə, “International Challenge” kateqoriyalı yarışın finalınadək 4 rəqibinə qalib gələn idmançı həlledici qarşılaşmada hollandiyalı Mark Kaljou ilə üz-üzə gəlib.

Görüş Edi üçün uğursuz alınıb. O, dünya reytinqində 33-cü sırada qərarlaşan rəqibinə 0:2 (15:21, 10:21) hesabı ilə uduzub.

Qeyd edək ki, 68 badmintonçunun mübarizə apardığı kişilərin şəxsi yarışında ikinci yer tutan təmsilçimiz hesabına 3400 reytinq xalı yazdırıb.

Bölmənin digər xəbərləri

Dünyapress TV

Xəbər lenti