"Qarabağ" bu gün Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edə bilər
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında (ÇL) növbəti oyununu keçirəcək.

“Report”un məlumatına görə, Ağdam təmsilçisi III təsnifat mərhələsinin cavab matçı çərçivəsində Kiprin APOEL komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 20:30-da start götürəcək.

Ötən həftə Nikosiyadakı GSP stadionunda reallaşan ilk qarşılaşmada “Qarabağ” 2:1 hesabı ilə qalib gəlib. “Köhlən atlar” ikinci hissədə Mahir Emreli və Maqaye Qeyenin qolları ilə önə keçdiyi halda, rəqibin heyətində Giorgos Merkis 90+5-ci dəqiqədə fərqi minimuma endirməyi bacarıb.

Bu məğlubiyyətdən sonra APOEL baş məşqçisi Paolo Trametsani ilə yollarını ayırıb. Onu bu postda Tomas Doll əvəzləyib. Almaniyalı mütəxəssislə 2 illik müqavilə bağlanılıb.

“Qarabağ” APOEL səddini keçəcəyi halda, Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edəcək və ÇL-in pley-offunda “Ayaks” (Hollandiya) – PAOK (Yunanıstan) cütünün qalibi ilə qarşılaşacaq. Bu kollektivlərin Yunanıstanda keçirilən ilk oyununda 2:2 hesablı heç-heçə qeydə alınıb.

Ağdamlılar APOEL-i mübarizədən kənarlaşdıra bilməsələr, Avropa Liqasının pley-offunda “Linfild” (Şimali İrlandiya) – “Sutyeska” (Monteneqro) cütünün qalibi ilə üz-üzə gələcək. Bu komandaların ilk duelində “Linfild” səfərdə qələbə qazanıb – 2:1.



Çempionlar Liqası

III təsnifat mərhələsi, cavab oyunu



20:30. “Qarabağ” (Azərbaycan) – APOEL (Kipr)

Baş hakim: Daniel Sibert

Yan xətt hakimləri: Yan Seydel və Lasse Kozlovski

Dördüncü hakim: Martin Petersen (hakimlər briqadası Almaniyadandır)

Hakim-inspektor: Yorn Vest Larsen (Danimarka)

UEFA nümayəndəsi: Velid İmamoviç (Bosniya və Herseqovina)

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu

Bölmənin digər xəbərləri

13 Dekabr 2019 "Qarabağ" "Düdelanj"la heç-heçə edib
12 Dekabr 2019 Qattuzo bu klubun baş məşqçisi oldu
12 Dekabr 2019 Çempionlar Liqası: 1/8 finalın səbətləri dəqiqləşib
12 Dekabr 2019 “Atletiko” 1/8 finala yüksəlib, Parisdə “Qalatasaray”a “5” veriblər
10 Dekabr 2019 "BİZ İDMAN TARİXİNDƏ ƏN BİABIR OLMUŞ ÖLKƏYİK" - Rusiyanın üzr istəməsi tələb olunur
10 Dekabr 2019 Həcc ziyarətində ölən, əri tərəfindən güllənən, övladlarını öldürən... - İdmançıların ailə faciələri
09 Dekabr 2019 Azərbaycanlı ağır atlet ikinci dəfə Avropa çempionu oldu
08 Dekabr 2019 Millinin oyunlarının başlama vaxtı açıqlanıb - CƏDVƏL
08 Dekabr 2019 Məcidov britaniyalı rəqibini nokauta saldı
07 Dekabr 2019 Azərbaycanın iki taekvondoçusu Moskva Qran-Prisində medal qazanıb
07 Dekabr 2019 “Fənərbaxça” darmadağınla qalib gəlib
07 Dekabr 2019 Dadaşlinski arzusuna çatdı - Elxan Məmmədov gəldi
07 Dekabr 2019 Gimnast metrələrcə yüksəklikdən yerə düşdü
06 Dekabr 2019 Şenol Günəş azərbaycanlı azarkeşlərə müraciət etdi
05 Dekabr 2019 Azərbaycan millisinin rəsmi oyunlarında VAR sistemi tətbiq olunacaq
05 Dekabr 2019 UEFA DÇ-2022-nin seçmə mərhələsinin formatını təsdiqləyib
03 Dekabr 2019 Dünya şöhrətli futbolçuya qəribə qadağa
03 Dekabr 2019 Ronaldu İtaliya çempionatının ən yaxşı oyunçusu seçilib
03 Dekabr 2019 “Qızıl top” 6-cı dəfə Messinin oldu
03 Dekabr 2019 Maykl Şumaxerin bolidi 6 milyon dollara satılıb

Dünyapress TV

Xəbər lenti