Ardını oxu...
2024-cü ildə "Qızıl top"u qazanmağa əsas namizədlərin adı açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Goal" nəşri siyahı dərc edib.

Dünyanın ən yaxşısı olmağa əsas namizəd "Real"ın futbolçusu Cud Bellingemdir. İkinci yerdə Kilian Mbappe (PSJ), üçüncü isə Erlinq Haalanddır. ("Mançester Siti").

"Əl-Nəsr"in futbolçusu Ronaldo 17-ci, "İnter Mayami"nin üzvü Messi isə 20-ci yerdə qərarlaşıb.

Adıçəkilən mükafatı Lionel Messi 8, Kriştiano Ronaldo isə 5 dəfə qazanıb
 
Ardını oxu...
“Barselona” yaxın keçmişdə klubdan ayrılan Lionel Messi, Serxio Buskets və Jordi Albanın maaşlarını ödəməyə davam edir.

Fanat.az xəbər verir ki, bu barədə “Cadena SER” məlumat yayıb.

Hər üçü indi “İnter Mayami”də oynayır, lakin “Barselona”dan maaş almağa davam edir. Buna səbəb koronavirus pandemiyası zamanı imzalanan və Kataloniya klubunun bugünkü vəziyyətinə birbaşa təsir edən dəyişikliklərdir.

i
“Barselona”nın hələ də maliyyə problemləri var. Bu səbəbdən klub yayda ulduz oyunçularından bir neçəsini satmağa hazırlaşır.
Ardını oxu...
Səudiyyə Ərəbistanı Futbol Federasiyası “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo ilə bağlı araşdırmaya başlayıb.

Buna səbəb Ronaldunun Səudiyyə Ərəbistanı Pro Liqasının 21-ci turunun oyunundan (3:2) sonra “Əl-Şəbab” azarkeşlərinə nalayiq jest göstərməsi olub.

Qeyd edək ki, bu, Səudiyyə Ərəbistanında Ronaldu ilə bağlı ilk belə hadisə deyil. Keçən ilin aprelində o, “Əl-Hilal”a 0:2 hesabı ilə uduzduqdan sonra da nalayiq hərəkətlər nümayiş etdirib. Bu ayın əvvəlində isə Kristianu tribunadan ona atılan “Əl-Hilal” şərfini götürərək şortunun içinə salıb və sonra tribunaya atıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı Pro Liqasının bu mövsümündə 39 yaşlı Kriştianu Ronaldo 20 matça çıxıb, 22 qol vurub və 9 məhsuldar ötürmə edib. Həmçinin onun hesabında Ərəb Çempionlar Klublar Kubokunda üç oyun və dörd qol var. Bundan əlavə, o, Asiya Futbol Konfederasiyası Çempionlar Liqasının altı oyununda beş qol vurub.
Ümumilikdə Ronaldu 2023-cü ildə 54 qol vuraraq dünyanın ən yaxşı bombardiri seçilib.

 
Ardını oxu...
Klubların UEFA reytinqi açıqlanıb.
“Qarabağ” 32,000 xalla 56-58-ci yerləri bölüşür.

Təmsilçimiz “Fənərbaxça” (Türkiyə) və “Seltik”lə (Şotlandiya) eyni xala malikdir. Əlavə göstəricilərə görə Qlazqo təmsilçisini qabaqlayan “Qarabağ” 57-cidir.

Avropa Liqasının pley-off mərhələsində “Braqa”nı (Portuqaliya) mübarizədən kənarlaşdıran (4:2, 2:3) Qurban Qurbanovun yetirmələri hesabına 1,000 xal əlavə edib. Bu bonus xalı nəticəsində cari mövsüm qazanılan əmsalımız 10,000-a çatıb. Son mövsümün nəticələrinə əsasən hesablanan reytinq xalı 32,000-a yüksəlib.

Ötən həftə cədvəldə 59-60-cı yerləri bölüşən “Qarabağ” siyahıda irəliləyib. Azərbaycan klubu “Fiorentina” (31,000) və “Qalatasaray”ı (31,500) keçib.
 
Ardını oxu...
Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CİES) son 10 ildə klubları transferlərdən ən çox gəlir əldə edən ölkələrin adlarını açıqlayıb.

"Report”un CİES-in saytına istinadən məlumatına görə, araşdırma 2014-2023-cü illəri əhatə edib.

10 il ərzində oyunçu satışlarından ən çox qazanc götürən 20 ölkə klublarının ümumi gəlirləri 70 milyard avroya yaxın olub. Bu baxımdan birinci yerdə İngiltərə klubları qərarlaşıb. İlk "beşliy”in digər "sakinləri” "böyük beşlik” ölkələridir.

1. İngiltərə - 13 milyard 879 milyon avro

2. İtaliya – 9 milyard 866 milyon

3. Fransa – 8 milyard 72 milyon

4. İspaniya – 7 milyard 738 milyon

5. Almaniya – 7 milyard 6 milyon

6. Portuqaliya – 3 milyard 923 milyon

7. Braziliya – 2 milyard 927 milyon

8. Niderland – 2 milyard 769 milyon

9. Belçika – 2 milyard 88 milyon

10. Argentina – 1 milyard 883 milyon

11. Rusiya – 1 milyard 217 milyon

12. Türkiyə - 1 milyard 66 milyon

13. Meksika – 988 milyon

14. Avstriya – 860 milyon

15. Çin – 803 milyon

16. Danimarka – 785 milyon

17. İsveçrə - 691 milyon

18. Ukrayna – 671 milyon

19. Xorvatiya – 656 milyon

20. ABŞ – 507 milyon
 
Ardını oxu...
Kişi basketbolçulardan ibarət Azərbaycan millisi DÇ-2027-nin seçmə mərhələsində ilk qələbəsini qazanıb.

Modern.az-ın məlumatına görə, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv Avropa zonası üzrə A qrupunun II turunda Kosovonu üstələyib.

“Sərhədçi” Olimpiya İdman Mərkəzində baş tutan qarşılaşmada yığmamız 87:77 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Azərbaycan millisi ilk turda İsveçrəyə (53:72) məğlub olub.
 
Ardını oxu...
Rusiya Olimpiya Komitəsi İdman Arbitraj Məhkəməsinin (CAS) BOK-a üzvlüyünün dayandırılması qərarından şikayəti rədd edən qərarını şərh edib.

32gun.az xəbər verir ki, idmançılara Rusiya Federasiyasının mövcud qanunvericiliyinin pozulması ilə bağlı xəbərdarlıq edilib.
Fevralın 23-də dərc olunan ROC-un bəyanatında deyilir: “Təxmin edildiyi kimi, CAS-ın il yarımdan çox “işlədiyi” Rusiya Olimpiya Komitəsinin digər iddialarından fərqli olaraq, bu işə rekord müddətdə baxılıb .


Rusiya Olimpiya Komitəsi bəyan edib ki, CAS arqument kimi BOK-un verdiyi məlumatlardan istifadə edib. ROC-un müraciətində göstərilən hüquqi arqumentlər nəzərə alınmayıb. Beləliklə, Rusiya komandasının həm rəsmi şəxslər, həm də idmançılar Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirak edə bilməyəcəyi təsdiqlənib.
ROC bildirir ki, hələ də Olimpiadada iştirak etmək istəyən “fərdi idmançılar” əlavə iştirak şərtlərinə tabe ola bilər.
“Eyni zamanda, hətta mövcud “uyğunluq” tələbləri ilə razılaşma Rusiya qanunvericiliyinin pozulmasına səbəb ola bilər”, - Rusiya Olimpiya Komitəsi bildirir. Və onlar vurğulayıblar ki, hazırda ixtisaslaşmış idman federasiyalarını “belə razılığın mümkün hüquqi və digər mənfi nəticələri haqqında” xəbərdar etmək üçün tədbirlər görülür.

Xatırladaq ki, Rusiyanın Beynəlxalq Olimpiya Komitəsinə (BOK) üzvlüyünün dayandırılması ilə bağlı ROC-un apellyasiya şikayətinin rədd edilməsi barədə qərar fevralın 23-də verilib.
 
Ardını oxu...
UEFA Avropa Liqası Ağdamın “Qarabağ” klubunun turnirin 1/8 mərhələsinə yüksəlməsilə bağla paylaşım edib.

Qurumdan bu nəticənin “tarix kitabları üçün” olduğu bildirilib.
Qeyd edək ki, “köhlən atlar” Portuqaliyanın “Braqa” klubunu üstələyərək Azərbaycan futbolu tarixində ilkə imza atıblar.
Ardını oxu...
Fevralın 23-də Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

"Pley-off"da "Braqa" (Portuqaliya) səddini adlayaraq tarixində ilk dəfə Avroliqanın 1/8 finalında oynamaq imkanı qazanan "Qarabağ" da püşkatmada təmsil olunacaq. İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Bu mərhələdə "pley-off"un qalibləri Avropa Liqasında qrupu birinci yerdə başa vurmuş 8 komandadan biri ilə qarşılaşacaq. "Qarabağ"ın potensial rəqibləri sırasında onunla eyni qrupda yarışmış "Bayer" də (Almaniya) var.

Ümumilikdə Ağdam klubunun 8 potensial rəqibi aşağıda adları qeyd olunanlardır:

"Atalanta" (İtaliya)

"Bayer" (Almaniya)

"Brayton" (İngiltərə)

"Vest Hem" (İngiltərə)

"Vilyareal" (İspaniya)

"Liverpul" (İngiltərə)

"Reyncers" (Şotlandiya)

"Slaviya" (Çexiya)
Mənbə: axar.az
 
   
Ardını oxu...
“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına yüksəlib.

Azərbaycan çempionu UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubunu üstələyərək, bunu reallaşdırıb.

Səfərdə 4:2 hesablı qələbə qazanan Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionundakı cavab qarşılaşmasında 2:3 hesabı ilə uduzsa da, mərhələni adlamağı bacarıb.

Birinci hissədə qapılara qol vurulmayıb. 57-ci dəqiqədə “Qarabağ” meydançada azlıqda qalıb.

Müdafiəçi Elvin Cəfərquliyev qırmızı vərəqə alıb. Say üstünlüyündən istifadə edən qonaqlar 70-ci dəqiqədə hesabı açıblar. Rocer Fernandes yaxın məsafədən çərçivəni dəqiq nişan alıb.

“Braqa” 83-cü dəqiqədə ikinci qolu vurub. Bu dəfə Alvaro Calo fərqlənib.

Portuqaliyalılar 90 dəqiqəni 2:0 hesabı ilə öndə tamamlayıblar. Ümumi hesab 4:4 olduğundan, əlavə 30 dəqiqə oynanılıb.

102-ci dəqiqədə Mateus Silva fərqlənərək, “Qarabağ”ı ümumi hesabda önə keçirib. Lakin 115-ci dəqiqədə Simon Banza penaltini dəqiq yerinə yetirərək, görüşdə hesabı komandasının xeyrinə 3:1-ə çatdırıb.

Ancaq təslim olmayan Azərbaycan çempionu 120+2-ci dəqiqədə növbəti mərhələni gətirən qolu vurub. Nəriman Axundzadə qapıçı ilə təkbətək şansı əldən verməyib. Nəticədə təmsilçimiz 2:3 hesabı ilə məğlub olsa da, ümumi hesabda 6:5 qalib gəlib.

Beləliklə, “Qarabağ” Azərbaycan futbol tarixində avrokubokların 1/8 finalına yüksələn ilk klub olub. Bu mərhələnin oyunları martın 7-də və 14-də keçiriləcək.

"Qarabağ" (Azərbaycan) - "Braqa" (Portuqaliya) - 2:3 (6:5)

Qollar: Rojer Fernandes, 70 (0:1), Alvaro Djalo, 83 (0:1), Mateus Silva, 102 (1:2), Simon Banza, 115-pen. (1:3), Nəriman Axudzadə, 120+2 (2:3)

Dünyapress TV

Xəbər lenti