Ardını oxu...
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Redaktor.az xəbər verir ki, bu, Kilian Mbappe (PSJ) olub. Hücumçu Villi Orban ("Leyptsiq"), Harri Keyn ("Bavariya") və Manuel Akanjini ("Mançester Siti") qabaqlayıb.

Mbappe ÇL-in 1/8 final mərhələsində "Real Sosyedad"la cavab görüşündə (1:2) dubl edib.
 
 
 
Ardını oxu...
Azərbaycan boksçusu Ümid Rüstəmov İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində ikinci qələbəsini qazanıb.

"Unikal" xəbər verir ki, 57 kiloqram çəkidə mübarizə aparan yığma üzvü 1/16 finalda Bakari Hassanı (Keniya) məğlub edib. Hər 3 raundu xeyrinə bitirən Ü.Rüstəmov yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib.


O, növbəti görüşünə martın 10-da çıxacaq. Boksçumuz 1/8 finalda tacikistanlı Asror Vohidovla üz-üzə gələcək.
 
Ardını oxu...
 

"Qarabağ" UEFA reytinqində Azərbaycana növbəti əmsalları qazandırıb.

Ağdam klubu UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Bayer Leverkuzen"lə 2:2 hesablı heç-heçə etməklə buna nail olub.

Təmsilçimiz məhsuldar bərabərlik sayəsində ölkə reytinqinə daha 0,250 əmsal əlavə edib.

Nəticədə Azərbaycanın cari mövsümdəki qazancı 5,875-ə çatıb.

Son 5 mövsümdəki ümumi əmsallar 20,125-ə bərabərdir. Ölkəmiz UEFA reytinqində 27-ci pillədəki mövqeyini qoruyub. Sıralamada bir pillə öndə olan Bolqarıstanla əmsal fərqi 0,250-yə düşüb. "Alt mərtəbə"dəki Slovakiyadan isə 0,500 qədər aralanmışıq.

Reytinqə 101,553 əmsalla İngiltərə başçılıq edir. İspaniya (86,864) ikinci, İtaliya (85.855) isə üçüncü pillədə qərarlaşıb. (fanat.az)

 
Ardını oxu...
"Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununu keçirib. "Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda Almaniyanın "Bayer 04" klubunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma heç-heçə başa çatıb - 2:2.

26-cı dəqiqədə Yassin Benzia hesabı açıb. 45+2-ci dəqiqədə Olavio Juninyo qonaqları növbəti dəfə məyus edib.

Leverkuzen təmsilçisinin heyətində Florian Virtz 70-ci dəqiqədə fərqi azaldıb. 90+2-ci dəqiqədə Patrik Şik Almaniya klubunu məğlubiyyətdən xilas edib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.
 
Ardını oxu...
UEFA Avropa Liqasının sosial şəbəkə hesabları “Qarabağ” – “Bayer” oyunu ilə bağlı paylaşım edib.

QOL.az xəbər verir ki, paylaşımda bildirilib: “UEFA Avropa Liqasında ən yaxşı formada olan iki komanda cümə axşamı Bakıda görüşəcək”.

Paylaşımda bu mövsüm ölkə çempionatında və Avropa Liqasında ümumilikdə son 5 matçda ən yaxşı nəticələr əldə edən komandalar yer alıb. Leverkuzen təmsilçisi 5 oyundan 5 qələbə ilə siyahının ilk pilləsində qərarlaşıb. “Qarabağ” 5 oyundan 4 qələbə və 1 məğlubiyyətlə 2-ci pillədə yer alıb.

Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” görüşü saat 21:45-də başlayacaq.
 
Ardını oxu...
Rusiya terrorçu və ekstremistlərin siyahısını yeniləyib. Şahmat üzrə keçmiş dünya çempionu Qarri Kasparov da siyahıya əlavə edilib. Kasparov əvvəllər "xarici agent" siyahısına salınmışdı.
Kasparovun adı Rusiya Federasiyasının Maliyyə Monitorinqi Xidmətinin (Rosfinmonitorinq) saytında terrorçu və ekstremistlər siyahısına salınıb.
Atası yəhudi, anası erməni olan Rusiya vətəndaşı Kasparov 1985-2000-ci illər arasında şahmat üzrə dünya çempionu olub. 2005-ci ildə şahmat karyerasını başa vuran Kasparov Rusiya prezidenti Vladimir Putinə qarşı siyasi müxalifət hərəkatlarında iştirak edib. Bir müddət sonra xaricdə yaşamağa başlayan Kasparov 2014-cü ildə Xorvatiya vətəndaşlığını alıb.
Rusiya-Ukrayna müharibəsinin başlaması ilə prezident Putini tənqid edən Kasparov “Rusiyaya qarşı Ukraynaya hərbi dəstək verməyə və Rusiya iqtisadiyyatının çökdürülməsinə” çağırış edib. \\Sherg.az
 
Ardını oxu...
Almaniyanın “Bayer” futbol klubunun oyunçuları Bakıya gəliblər.

Bu barədə klubun “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verilib.

Qeyd edək ki, UEFA Avropa Liqasının 1/8 final mərhələsinin “Qarabağ” - “Bayer” matçı martın yeddisində Tofiq Bəhramov adına stadionda keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

 
Ardını oxu...
PSJ-nin hücumçusu Kilian Mbappenin qolu növbəti dəfə gündəm olub.

Bizim.Media xəbər verir ki, “Real Sosyedad” - PSJ oyununda Kilian Mbappe fərqlənib.

Kilianın qapıya göndərdiyi top toru cırıb.

Həmin görüntüləri təqdim edirik:

 
Ardını oxu...
“Mançester Siti”nin hücumçusu Erlinq Haaland Argentina millisinin və “İnter Mayami”nin futbolçusu Lionel Messini dünyanın ən yaxşısı hesab edir.

Qol.az xəbər verir ki, bu barədə o, öz açıqlamasında bildirib. 23 yaşlı oyunçu deyib:

“Messi indiyə qədər oynamış ən yaxşı oyunçudur. Bəlkə də, o, karyerasını başa vurmalıdır ki, başqası ən yaxşı hesab olunsun”.

Xatırladaq ki, “İnter Mayami”nin və Argentina millisinin hücumçusu Messi ötən mövsümün sonunda dünyanın ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatını qazanmışdı. Bu mükafat üçün keçirilən səsvermədə norveçli hücumçu 2-ci yeri tutub.
 
Ardını oxu...
Avropada ən yüksək xal toplayan məşqçilərin ilk beşliyi dərc edilib.

Bu barədə məlumat Türkiyənin “SporX” saytının “X” səhifəsində dərc edilib.

Maraqlıdır ki, Avropanın ən yüksək dəyər verilən futbol mütəxəssisləri sırasında “Qalatasaray” klubunun hazırkı baş məşqçisi Orxan Buruk və “Fənərbağça”nın çalışdırıcısı İsmail Kartal da yer alıblar.

Birinci yerə Fransanın PSV klubunun niderlandlı baş məşqçisi Peter Bos layiq bilinib. O, 2,72 xal toplayıb.

İkinci sırada 50 yaşlı Okan Buruk gəlir (2,67 xal). Siyahıda üçüncü yerdə “Bayer 04”ün (Leverkuzen) baş məşqçisi Xabi Alonso (2,66 xal), dördüncü sırada “İnter”in çalışdırıcısı Simone İnzagi (2,65 xal), beşinci sırada isə “Fənərbağça”nın sükanı başında olan İsmail Kartal (2,60) qərarlaşıblar.

Dünyapress TV

Xəbər lenti