Ardını oxu...
Əlcəzair əsilli fransalı mütəxəssis Zinəddin Zidanın yeni iş yeri müəyyənləşib.

Fanat.az xəbər verir ki, məlumatı “Mundo Deportivo” yayıb.

Xəbərə görə, Zidan artıq “Bayern Münhen” rəhbərliyi ilə şifahi razılığa gəlib. Mənbə danışıqlar zamanı Zizunun Almaniya nəhənginin rəhbərliyindən yeni transferlər istədiyini, xüsusilə müdafiə xəttinin gücləndirilməsini xahiş etdiyini vurğulayıb.

Xatırladaq ki, Tomas Tuxel cari mövsümün sonunda “Bayern”in baş məşqçi postunu tərk edəcək.
 
Ardını oxu...
İspaniyanın “Real Madrid” klubunun türkiyəli futbolçusu Arda Güler ​​üçün rəsmi transfer təklifi gəlib.

“Real Madrid”in “Mançester Siti”ni penaltilərlə mübarizədən kənarlaşdırdığı Çempionlar Liqası matçında ehtiyat oyunçular skamyasını tərk etməyən və İspaniya nəhəngindəki karyerası sual altında olan Arda ​​üçün “Sevilya” ilk rəsmi görüşünü keçirib.

Cari mövsümdə göstərdiyi performansla azarkeşlərini məyus edən “Sevilya” növbəti mövsüm heyətini yenidən qurmağa hazırlaşır və bir müddət Arda Gülerlə maraqlanırdı.

İspan mətbuatında dərc olunan xəbərlərə görə, “Sevilya”nın idman direktoru Viktor Orta türkiyəli oyunçunun icarəsi ilə məşğul olan və meneceri işləyən atası ilə ilk rəsmi əlaqəni qurub.

“Real Madrid” gələn mövsümün əvvəlində Arda ilə bağlı qərarını dəyişərsə və icarə variantına yaşıl işıq yandırarsa, “Sevilya” 19 yaşlı futbolçu üçün qapılarını açacaq.
Hərçənd, futbolçunun özü məsələ ilə bağlı heç də müsbət fikirdə deyil. Belə ki, türkiyəli yarımmüdafiəçi icarə əsasında digər kluba keçərsə, gələn mövsüm Çempionlar Liqasında iştirak edəcək komandada çıxış etməyi üstün tutur.
 
Ardını oxu...
Azərbaycan çempionatında növbəti danışılmış oyun “radar”a düşüb.

Bu barədə fanat.az-a UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Seymur Səlimli məlumat verib.

Qurum rəsmisi bu barədə qitə futbol təşkilatından və əməkdaşlıq etdikləri “SportRadar” şirkətindən siqnal aldıqlarını çatdırıb:
“Çox təəssüf ki, danışılmış oyunlarla bağlı siqnallar gəlməkdə davam edir. Hazırda yeni bir məlumatı sizinlə bölüşə bilərəm. Birinci Liqanın 18-ci turunun bir oyununa Asiya ölkələrindən birində böyük məbləğdə mərc edilib. Söhbət MOİK - “Difai Ağsu” matçından gedir. Bu oyunda dörd qol olacağına iddia edilib. Aldığımız məlumat barədə hüquq-mühafizə orqanlarına rəsmi məlumat hazırlayırıq və yaxın saatlarda təqdim edəcəyik. Araşdırmalar davam edir. Yəqin ki, gün ərzində bu barədə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, sözügedən oyunda məhz dörd qol vurulub - görüş “hərbçilər”in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bütün qollar ikinci hissədə qeydə alınıb.

 
Ardını oxu...
"Bayer" futbolçusu Florian Virtsə qiymət qoyub.

Offsideplus.az xəbər verir ki, ulduz futbolçunu transfer etmək istəyən klublar 150 milyon avro ödəməli olacaq. Bu barədə "Marca" nəşri məlumat yayıb.

Qeyd edək ki, Virtslə İspaniyadan "Real Madrid" və "Barselona" klubları maraqlanır.
 

 
Ardını oxu...
Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappe Avropa futbolunda bu mövsüm bütün yarışlarda 40-dan çox qol vuran ilk futbolçu olub.
 
Moderator.az bu barədə xarici mediaya istinadən xəbər verir.
 
25 yaşlı fransalı 42 matçda 41 dəfə fərqlənib (24-ü Liqa 1-də, 8-i Çempionlar Liqasında, 8-i Fransa kubokunda və 1-i Fransa Superkubokunda).
 
Qeyd edək ki, Mbappe 2018-ci ilin iyulunda "Monako"dan PSJ-yə transfer olunub. Transfer məbləği 180 milyon avro olub. Futbolçunun klubla müqaviləsi 2024-cü ilin yayına kimi davam edir.
 
"Transfermarkt" hücumçunun qiymətini 180 milyon avro olaraq qiymətləndirir.
Mətbuatda yayılan xəbərlərə görə, Mbappe yay "transfer pəncərəsi"ndə "azad agent" kimi "Real Madrid"ə keçəcək.
 
Ardını oxu...
“El Periodico de Espana” qəzeti Arda Turanın keçmiş ev sahibinin Barselona Əyalət Məhkəməsində açdığı işin hələ də davam etdiyini və keçmiş futbolçunun 3-cü ilin sonunda Barselonadakı evə 230 min avro ziyan vurmaqda günahlandırıldığını yazıb.

İndex.az xəbər verir ki, Barselonanın elit məhəlləsində yerləşən və dəyərinin 18 milyon avro olduğu bildirilən evin sahibi məhkəməyə təqdim edilən ekspertiza rəyinə istinad edərək, “El Periodico” qəzetinə Arda Turanın evə qapılardan bağçaya, işıq və elektron sistemdən hovuza və hətta tavana qədər ziyan vurub evdən çıxdığını iddia etdi.

Evdəki mebelə 84 min 30 avro, mətbəxə isə 64 min 258 ziyan dəyib.

Ev sahibi açıqlamasında deyib: “Arda və dostları futbola baxarkən qol vurulanda televizorun pultunu hovuza atıblar. Təsəvvür edin, min avro dəyərində pultu 10-15 dəfə atıblar. Aydın məsələdir ki, evdə heç bir təbii aşınma yox idi, hətta mebeldə siqaret yanıqları da var idi”.

Qeyd edək ki, Barselona Əyalət Məhkəməsində Arda Turanın ünvanını tapmaqda çətinlik çəkdiyi üçün işin ləng irəlilədiyi qeyd edilib.
 
Ardını oxu...
“Real Madrid”in türkiyəli futbolçusu Arda Gülərin ispan nəhəngində oynamaq şansı olmadığı üçün ayrılmaq qərarına gəldiyi və istəyini rəhbərliyə bildirdiyi iddia edilib.

O, bu qərara dünən axşam La Liqada səfərdə “Malyorka”ya qarşı matçdan sonra gəlib. Arda komandasının 1:0 hesabı ilə qalib gəldiyi oyunda əvəzedici heyətdə qalıb.

Baş məşqçi Karlo Ançelottinin də Gülərin fikrinə müsbət yanaşdığı bildirilib.
 
 
 
Ardını oxu...
Bilalhəbaşi Nəzərov Avropa çempionu tituluna layiq görülüb

Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Avropa çempionu tituluna layiq görülüb.

Azərbaycan Boks Federasiyasından AYNA-ya verilən məlumata görə, 48 kiloqram çəkidə mübarizə aparan idmançı bu uğura Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında keçirilən qitə birinciliyində imza atıb.

O finalda Oleksandr Zveryevlə (Ukrayna) döyüşüb. Hər 3 raundu xeyrinə bitirən Nəzərov yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gələrək qızıl medala yiyələnib və Poreçdə Azərbaycanın Dövlət Himnini səsləndirib.

Qeyd edək ki, final mərhələsinin axşam sessiyasında Ömər Aslanlı (54 kiloqram) Maksim Çekinlə (Ukrayna) üz-üzə gələcək.
 
Ardını oxu...
Azərbaycanın basketbolun 3x3 növü üzrə qadın yığmasının Olimpiya Təsnifat Turnirindəki növbəti rəqibi bəlli olub.

Bizim.Media xəbər verir ki, Honkonqda təşkil olunan yarışın yarımfinalına yüksələn millimiz Macarıstanla qarşılaşacaq.

B qrupunda 2-ci yeri tutan komandamızın A qrupunun qalibi ilə dueli sabah baş tutacaq. Tiffani Hayes, Aleksandra Mollenhauer, Dina Ulyanova və Marsedes Uolkerdən ibarət yığmamız Paris-2024-ə yeganə vəsiqəni ələ keçirmək üçün bu matçların ikisində qalib gəlməlidir.

Millimiz sabah saat 11:30-da yarımfinal sınağına çıxacaq.

Digər yarımfinalda Niderlandla A qrupunun ikincisi Polşa görüşəcək.

Qeyd edək ki, yığmamız qrupda Çilini 17:14, Monqolustanı 13:12 hesabı ilə məğlub edib, Niderlanda uduzub – 11:15. Macarlar qrup mərhələsində Honkonqa (21:7), Polşaya (20:16) qalib gəlib, Misirə (17:20) uduzub.
 
Ardını oxu...
"Qalatasaray" yayda heyətində islahatlar aparacaq.

Gözləntilərdən aşağı performans sərgiləyən və maaşı yüksək olan futbolçularla yollar ayrılacaq.

Artıq komandanı tərk edəcək oyunçular da bəllidir. Qış transfer pəncərəsi dövründə İngiltərənin "Nottingham Forest" klubundan transfer edilsə də, Afrika Millətlər Kubokunda zədə aldığı üçün hələ də meydana çıxmayan Kot-d'İvuar millisinin üzvü Serge Auruer mövsüm başlayan kimi yola salınacaq.

Bundan başqa, "Tottenhem"dən icarəyə götürülən Tanguy Ndombele (bu mövsüm 25 oyun, 1 məhsuldar ötürmə), "Fulhem"dən icarəyə götürülən Karlos Vinisius (11 oyun, 2 qol), iki mövsümdür komandada oynayan Sergio Oliveyra (23 oyun, 2 qol, 2 ötürmə) və yayda "Şaxtyor"dan gələn, istənilən performansı sərgiləməyən Tete (40 oyun, 3 qol, 6 məhsuldar ötürmə) ilə yollar ayrılacaq.

Eynu zamanda, Hakim Ziyeşin taleyinə sezon sonu qərar veriləcək. Təklif gələcəyi təqdirdə onunla da yollar ayrılacaq. Həmçinin Barış Alper Yılmaz, Abdülkerim Bardakcı və Kerem Aktürkoğluna yaxşı təklif olacağı tədqirdə satılacaq.

Qeyd edək ki, hazırda Türkiyə Super Liqasında 31 matçdan sonra 84 xalı olan "Qalatasaray" əzəli rəqibi "Fənərbaxça"nı 2 xal qabaqlayaraq liderdir. (Qaynarinfo)
 

Dünyapress TV

Xəbər lenti