1614450583_1614449012_fhn.jpg

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2021/2022-ci tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edilir.

Nazirlikdən verilən məlumata görə bildirir ki, Akademiyada "Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi" və "Yanğın təhlükəsizliyi mühəndisliyi" ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir.
Təhsil müddəti 4 ildir. Təhsil dövlət sifarişi əsasında ödənişsiz əsaslarla əyani şöbədə həyata keçirilir. Tədris Azərbaycan dilində aparılır.

Akademiyada müasir avadanlıqlarla təchiz edilmiş təlim qurğuları, ixtisaslaşdırılmış auditoriyalar, laboratoriyalar, xüsusi fənn kabinələri kursantların istifadəsindədir.
Akademiyaya qəbul olan şəxslər təhsil müddətində yemək, xüsusi geyim forması və yataqxana ilə təmin olunur, təqaüd alırlar.

Akademiyanın məzunlarına seçdikləri ixtisasa uyğun "bakalavr" ali peşə-ixtisas dərəcəsi, hərbi və ya xüsusi rütbələr verilməklə Fövqəladə Hallar Nazirliyinin qurumlarında müvafiq vəzifələrə təyin edilirlər.

Akademiyaya qəbula namizədlər boyu 170 sm-dən az olmayan, tam orta təhsilli və ya tam orta məktəbin buraxılış sinfində oxuyan, 17 yaşı 15 sentyabr 2021-ci ilədək tamam olan, yaxud müddətli həqiqi hərbi xidmətini başa vuraraq ehtiyata buraxılmış və 23 yaşı 15 sentyabr 2021-ci ilədək tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilir.

Qəbul imtahanı test üsulu ilə birinci mərhələdə buraxılış imtahanları fənləri üzrə, ikinci mərhələdə isə I ixtisas qrupunun fənləri üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir.
Sənədlər mart ayının 1-dən aprel ayının 15-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək əvvəlcədən növbə götürmə və təyin edilmiş vaxtda dəvət edilməklə Fövqəladə Hallar Nazirliyinin Akademiyasında (ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi-8) qəbul edilir.

Abituriyentlər aşağıda qeyd edilmiş telefon və ya "WhatsApp" nömrələrinin birinə ad, soyad, ata adı, təvəllüd və telefon nömrəsini bildirməklə dəvət olunacağı gün və saat barədə məlumat əldə edə bilərlər.

Əlaqə telefonları: (012) 512-41-61; (012) 512-41-20.

WhatsApp: (055) 375-14-14.

Həmçinin, daha ətraflı məlumatı Fövqəladə Hallar Nazirliyinin (www.fhn.gov.az) və Dövlət İmtahan Mərkəzinin (www.dim.gov.az) rəsmi internet saytlarından əldə etmək olar.
 

Bölmənin digər xəbərləri

12 Aprel 2021 Cənab nazir, tarix müəllimi bələdiyyə sədri seçiləndən məktəbin yolunu unudub- CƏLİLABADDA
12 Aprel 2021 Qısa araşdırmanın böyük mənası - BÜDCƏ NECƏ TALANIR!
12 Aprel 2021 Hadı Rəcəblinin restoranında toy məclisi təşkil edilib,
12 Aprel 2021 ABŞ-da baş vermiş atışma zamanı 4 nəfər yaralanıb
12 Aprel 2021 Bakıda avtomobilə silahla atəş açılıb - FOTO
12 Aprel 2021 Azərbaycanda DƏHŞƏT YAŞANDI: Gənc oğlan əmisinin 35 yaşlı arvadını… – TƏFƏRRÜAT
11 Aprel 2021 Hikmət Hacıyev yeni ailə quran cütlüyü təbrik etdi
11 Aprel 2021 “Qızıl” nömrə, bahalı aksessuar və “blatnoy” oğlanlar...
11 Aprel 2021 Bu qurumlar "Hökumət buludu"na keçəcək
11 Aprel 2021 Sürüşmə, uçqun və subasma sahələri - Sanki saatlı bombanın üstündəyik
11 Aprel 2021 Almaniyada dəbdəbəli otel tikintisinə başlayıb yarımçıq qoyan azərbaycanlı kimdir?
10 Aprel 2021 Milli Məclisin deputatı ölümlə təhdid edilir
10 Aprel 2021 Hərbi qulluqçunun ayağına xəsarət yetirərək azad edilən ərazilərə keçmək istədi, saxlanıldı
10 Aprel 2021 Metro açılır?
09 Aprel 2021 Hökumət dövlət qulluqçuları ilə bağlı yeni qərar verdi - Detallar
09 Aprel 2021 Latviya prezidenti yol qəzasına düşüb
09 Aprel 2021 Azərbaycanda 54 yaşlı şəxs özünü binadan ataraq intihar etdi
08 Aprel 2021 Atasını yanan evdə sandı, ürəyi partladı - FOTO
08 Aprel 2021 Avtomobil qaldırıcı qurğudan insanların üstünə düşdü - VİDEO
08 Aprel 2021 "Həbsimi istəyənlər ürəyi bəd olan insanlardır" — Hacıbala Abutalıbov DANIŞDI

Dünyapress TV

Xəbər lenti