Bütün jurnalistlərə vahid vəsiqə verilməsi ideyasına tanınmış ekspertlərdən - REAKSİYA
Qulu Məhərrəmli: “Dünyanın heç bir ölkəsində belə bir praktika mövcud deyil”

Jurnalistlərə vahid vəsiqə verilə bilər. Belə bir açıqlama ilə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov çıxış edib. O, bildirib ki, “Media haqqında” yeni qanun layihəsinin hazırlanması prosesində bu məsələ müzakirə edilə bilər.

Bəs görəsən bu təklif nə dərəcədə real ola bilər? Bunun hansı müsbət və mənfi tərəfləri ilə qarşılaşa bilərik?

Bu barədə KONKRET.az–a açıqlama verən tanınmış jurnalist və teletənqidçi Qulu Məhərrəmli bildirib ki, ölkədə jurnalistlərin hamısına vahid vəsiqə verilməsi ideyası birmənalı qarşılanmır: “Niyyət yaxşıdırsa, hər kəsin bu sferaya daxil olmaması, jurnalist adından istifadə etməməsi üçün bu təklif müsbət dəyərləndirilə bilər. Amma dünyanın heç bir ölkəsində belə bir praktika mövcud deyil. Ancaq qardaş Türkiyədə “sarı kart” anlayışı var idi. Amma o özündə əlavə keyfiyyətlər ( məsələn, vəzifənin icrası zamanı nəqliyyatdan pulsuz istifadə və sairə) daşıyırdı. Amma bizim ölkəmizdə yalnız işləyən jurnalistlərə belə bir vahid vəsiqənin verilməsi bəzi suallar doğurur.

Birincisi, bu vəsiqə kimlərə veriləcək?

İkincisi, müstəqil jurnalistlər var ki, yalnız araşdırmalar aparır, redaksiyaların sifarişlərini yerinə yetirir. Bu adamlara vəsiqə verilib-verilməyəcəyi sual yaradır.

Üçüncüsü, belə bir təklifi dəstəkləməyən insanlar var ki, onlar vəsiqənin bir növ jurnalistika fəaliyyəti ilə məşğul olan insanlar üçün lisenziya rolunu oynaya biləcəyini düşünəcəklər. Yəni vəsiqə varsa, demək jurnalistika ilə məşğul ola bilərəm, əks halda isə buna icazə verilməyəcək. Bundan başqa blogerlər var ki, onlar da informasiya və araşdırma sahəsində fəaliyyət göstərirlər. UNESCO-nun təsbitinə görə, bu kateqoriyadan olan insanlar da jurnalist hesab olunurlar. Bu insanlara vəsiqə verilib-verilməyəcəyi də sual altındadır”.

Qulu Məhərrəmli əlavə edib ki, Medianın İnkişafı Agentliyinin yazılı mətbuat və saytlar sahəsində müəyyən qaydalar yaratmağa səy göstərməsi və bu istiqamətdə addımlar atması təqdirəlayiq haldır. Amma bu heç bir halda media azadlığının və jurnalist fəaliyyətinin məhdudlaşdırılmasına yönələ bilməz.

Ələsgər Məmmədli: “Vəsiqəsi olmayana informasiya verməmək kimi bir öhdəlik yoxdur”

Media üzrə ekspert Ələsgər Məmmədli isə mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında bildirib ki, jurnalist fəaliyyətinə dövlət qurumları qarışmamalıdır: “Jurnalist qurumlarını vahid vəsiqə ilə təmin etmək hökumətin vəzifəsi deyil. Hökumətin vəzifəsi bütün jurnalistlərin informasiya mənbələrinə çıxış imkanlarını təmin etməkdir. Jurnalist fərqli qurumları təmsil etdiyi üçün, fərqli kommersiya qurumlarına vahid bir vəsiqənin verilməsi qanunda nəzərdə tutulmayıb. Hətta bu media qanununda da nəzərdə tutula bilməz.

İnformasiya əldə etmək və özünüifadə hər kəsin hüququdur. Vəsiqəsi olmayana informasiya verməmək kimi bir öhdəlik yoxdur. Yəni Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsində deyilir ki, hər kəsin informasiya almaq hüququ var. Hər kəs dedikdə təkcə jurnalistlər nəzərdə tutulmur. Bu baxımdan hökumətin öhdəliyi açıq informasiyanı hər kəsə eyni şərtlərlə verməkdir. Belə olan halda vəsiqənin rənginin və özünün heç bir fərqi yoxdur. Yeni media qurumunun vəzifəsi hökumətin media siyasətini təmin etmək və jurnalistlərin fəaliyyətini asanlaşdıran mühit yaratmaqdan ibarətdir. Odur ki, bu cür ideyalar müzakirəyə çıxarılmamalıdır. Əsas hədəf bütün jurnalistlərin informasiyaya çıxış hüququnu bərabər şəkildə təmin etməkdir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bölmənin digər xəbərləri

28 Fevral 2021 SSRİ DTK-nın törətdiyi Sumqayıt hadisələrindən 33 il keçir
28 Fevral 2021 Ceyranbatanda sevgilisi başqası ilə nişanlanan 20 yaşlı gənc intihar etdi
28 Fevral 2021 Martın 1-dən aprel ayının 15-dək ... - FHN elan etdi
28 Fevral 2021 Avropalılar bizim zibilimizi təmizləyəcəklər
28 Fevral 2021 "Mətbuat yazır ki, “Azvirt” şirkəti AZAL prezidenti Cahangir Əsgərova məxsusdur."- Qubad İbadoğlu yazır...
27 Fevral 2021 Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri - FAKTLAR
27 Fevral 2021 Qaz ver, Ruslan Əliyev, qaz ver… - . Əhali “Azəriqaz”dan dad deyir ..
27 Fevral 2021 "Azinvest İnşaat" QSC-nin rəhbəri, Azad Rəhimovun bacısı oğlu Qaziləri ölümlə hədələdi-IDDIA\VİDEO
27 Fevral 2021 “Kontakt home"dan jurnalistə qarşı dələduzluq – ŞOK İDDİA
26 Fevral 2021 "Vüqar Əhmədova məktub da ünvanladıq..." - GİLEY
26 Fevral 2021 Prezident “Ana harayı” abidəsini ziyarət etdi
26 Fevral 2021 İlham Əliyev mətbuat konfransı keçirir - CANLI YAYIM
26 Fevral 2021 Xocalı soyqırımı qurbanlarının işıqlı xatirəsini ehtiramla yad edirik" - Mehriban Əliyeva
26 Fevral 2021 Gələn dəfə qar yağanadək unutmayın - "Yüz nəfər şikayət edirsə, normaldır"
26 Fevral 2021 Xocalı Soyqırımından 29 Il Ötür
25 Fevral 2021 Bərdədə əməliyyat keçirilib, vəzifəli şəxs həbs edilib - Direktorla yanaşı...
25 Fevral 2021 "Bakı qara yaraşmır"
25 Fevral 2021 Britaniyalı səfirdən Bakıya yağan qarla bağlı zarafat - FOTO
25 Fevral 2021 Moskva metrosunu partlatmaq istəyən şəxs yaxalandı
25 Fevral 2021 İcra başçılarına və deputatlara işğaldan azad edilmiş rayonlara səfər qadağası – Vilayət Eyvazov bir neçə rəisi cəzalandırdı

Dünyapress TV

Xəbər lenti