Hüseynbala Mirələmov qazinin evinə ayaqqabı ilə daxil oldu – FOTO
Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun qazinin evinə ayaqqabı ilə daxil olması ciddi qınağa səbəb olub.

Pravda.az-ın xəbərinə görə, YAP-ın İdarə Heyətinin üzvü, Azərbaycan-Rus icmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin, YAP İcra katibliyinin şöbə müdirləri, deputatlar Aydın Hüseynov və Aydın Mirzəzadə, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov, YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov Vətən müharibəsi qazisi Vladislav Karçaşkinin və Denis Quzlayevin vəziyyəti ilə maraqlanıb, onlara Vətənin müdafiəsində iştiraka, ailələrinə isə qəhrəman oğullar böyütdüklərinə görə təşəkkür ediblər.

V.Karçaşkin Cəbrayıl, Füzuli, Xocavənd, Laçın və Şuşa uğrunda döyüşlərdə iştirak edib, medallarla təltif edilib. D.Quzlayev isə oktyabrın 14-də Füzuli istiqaməətində ağır döyüşlərin birində çənəsindən ağır yaralanıb, əməliyyat olunub, hazırda reabilitasiyadadır. O da medalla təltif edilib. Qazilərin ailələrinə təşəkkür edilib və yardım olunub.

Yayılan fotolardan aydın görünür ki, M.Zabelin, A.Hüseynov, R.Vəlibəyov evə ayaqqabısız daxil olsa da, H.Mirələmov ayaqqabını çıxarmayıb.

Sosial şəbəkələrdə H.Mirələmovun bu addımı hörmətsizlik kimi qiymətləndirilib.

Xatırlatma: 2020-ci ilin fevralın 13-də Mərkəzi Seçki Komissiyası 33 saylı Xətai birinci seçki dairəsinin (lider namizəd Hüseynbala Mirələmov) nəticələrini ləğv edib.
1611772188_2.jpg1611772160_3.jpg
1611772174_4.jpg1611772180_5.jpg

Bölmənin digər xəbərləri

03 Mart 2021 "Traxtor"un azarkeşi həbs olundu-Milli fəalın ailəsinə təzyiqlər var
03 Mart 2021 Ziya Məmmədovun Ucardakı obyektləri açıqlandı – Ticarət mərkəzi, mağazalar, fermalar... + FOTOLAR
03 Mart 2021 "Azərbaycan əleyhinə beynəlxalq veb-simpoziumla bağlı tədbirlər görüləcək" - AMEA
03 Mart 2021 Bakıda dələduzluqda ittiham edilən “general” azadlığa buraxıldı
02 Mart 2021 Tural Abbaslıdan “Proqress 2016” MTK rəhbərinə ağır ittiham: Şəhidin evini satıb – Video
02 Mart 2021 “10 saatlıq montajla 5 dəqiqəlik saxta material yaydılar” – Fərəc Quliyevdən Etibar Əliyevə CAVAB
02 Mart 2021 Vüqar Rəhimzadə: Azərbaycan Meydana Çıxa Biləcək Hər Hansı Təhdidlərin Qarşısını Qətiyyətlə Almağa Qadirdir
02 Mart 2021 Pişik pilota hücum etdi: Təyyarə təcili geri qayıtdı
02 Mart 2021 “”İSKƏNDƏR”Ə HÜCUM ÖZ QAPISINA VURULMUŞ QOL İDİ…” – “Hədəflər sırasında “Bayraktar”ların bazası da var idi”
02 Mart 2021 "Dəyişikliklər nə gülməli, nə də ağlamalıdır" - Sürücülərlə bağlı açıqlama
02 Mart 2021 Sumqayıt hadisələrini kimlər, necə batırıb? — "Zakir Qaralov o işi gizlətmişdi" (VİDEO)
02 Mart 2021 “Metro açılmayacaq, toylara da icazə verilməyəcək” - AÇIQLAMA
02 Mart 2021 "OBA" marketdə BİABIRÇILIQ - Üzərində söyüş yazılan məhsullar satılır - FOTO
01 Mart 2021 Biləsuvarda ÖZBAŞINALIQ: “Sahələr boş saxlanılır, halbuki...” - İcra başçısı da susur
01 Mart 2021 Əhməd İsmayılovun vahid kart siyasəti – Mətbuata inzibati amirlik üsullarının gətirilməsi nəyə xidmət edir?
01 Mart 2021 Ramiz Mehdiyevin qohumuna yeni vəzifə verildi
01 Mart 2021 Antarktidadan Sankt-Peterburq şəhəri böyüklüyündə aysberq qopub
01 Mart 2021 Daşkənddən ACI XƏBƏR: 5 tələbə zəhərlənib öldü
01 Mart 2021 "iPhone" sifariş verdi, ünvanına QATIQ GÖNDƏRİLDİ
01 Mart 2021 Moskvada Türkiyə bayraqlı maşınların şousu... - Video

Dünyapress TV

Xəbər lenti