Baş redaktor xəstə övladı üçün Mehriban Əliyevaya MÜRACİƏT ETDİ
Hörmətli Mehriban xanım!
Siz hər zaman insanlara, yardıma ehtiyacı olanlara dayaq olursunuz. Bu da Sizin şəxsinizə, insani keyfiyyətlərinizə olan sevgini daha da artırır. Sizin xüsusilə uşaqlara qayğınız, sağlamlıq imkanları məhdud körpələrə diqqətiniz ölçüyəgəlməzdir.
Hörmətli Mehriban xanım!
Məni Sizə kömək üçün məktub ünvanlamağa da məhz bu yüksək insani keyfiyyətləriniz oldu.
Hörmətli Mehriban xanım!
Qızım Nuray Sadıqzadə xərçəng xəstəsidir. Altı aydır ki, Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında müalicə alır. İndiyə kimi 7 kurs kimyateropiya, 17 dəfə radio şüa qəbul edib. Hazırda isə təcili əməliyyat olunmalıdır.
Hörmətli Mehriban xanım!
Bir ata kimi sizdən xahiş edirəm, övladımın müalicəsi və əməliyyat olması üçün mənə kömək edəsiniz. Nuray bu gün ölümlə üz-üzədir. Övladımın əməliyyat olmasına görə, lazım olan İnternal Hemipelvektomiya üçün Tumor Rezeksion Endoprotezin Milli Onkologiya Mərkəzinə alınıb verilməsini Sizdən artıq dərəcədə xahiş edirəm. Onu xəstə yatağında, hərəkətsiz görmək isə bir valideyn olaraq mənim üçün dəhşətlidir.
Sizdən qızımın müalicəsinin davam etdirilməsi üçün göstəriş vermənizi artıq dərəcədə xahiş edirəm. Sizin köməksiz, çətin vəziyyətdə olan insanlara hər zaman kömək əlinizi uzatdığınızı bilirəm. Əminəm ki, Nuray balamın da sağlamlığına qovuşması üçün köməyinizi əsirgəməyəcəksiniz, qızımı köməksiz qoymayacaqsınız! Övladımı həyata qaytarmaqla bir ataya da dünyanın ən böyük xoşbəxtliyini bəxş edəcəksiniz.

Hörmətlə:
Peyman Sadıqov,
Xalqxeber.Az xəbər portalının Baş redaktoru
Əlaqə üçün: 070-254-44-40
055476-87-87

Bölmənin digər xəbərləri

25 Yanvar 2021 Bakıda məşhur tikinti maqnatının oğlu yol qəzasında öldü - "Range Rover" - 005 - FOTO - VİDEO
25 Yanvar 2021 Yunanıstanın sabiq naziri suda boğulub
25 Yanvar 2021 Dəniz quldurlarının öldürdüyü talesiz azərbaycanlı - VİDEO
25 Yanvar 2021 Bu gündən rayonlara gəliş-gediş bərpa edildi
25 Yanvar 2021 Bərbərxanaların fəaliyyətinə icazə verildi
24 Yanvar 2021 Partiya sədrindən qalmaqallı açıqlama: “Azərbaycanda insanlar sovet hakimyyəti qurulanadək savadsız idilər”
24 Yanvar 2021 Qaçırılan türk gəmisi Qabona doğru hərəkət edir
24 Yanvar 2021 Dəniz quldurlarının öldürdüyü azərbaycanlının nəşi Vətənə gətiriləcək – RƏSMİ
24 Yanvar 2021 Jurnalistlərə səslənən icraçı direktora dəstək olmağa hazırıq
24 Yanvar 2021 Azərbaycan və Türkiyə XİN rəhbərləri gəmiyə edilən hücumu müzakirə edib
24 Yanvar 2021 Şamaxıda Quşçu palçıq vulkanı püskürüb
24 Yanvar 2021 Xırdalanda qohumlar arasında dava, kişiyə 4 bıçaq zərbəsi vuruldu
23 Yanvar 2021 Asif Ağayev sakinlərə söz versə də... - NARAZILIQ!
23 Yanvar 2021 Xaçmazın Qımıl kındində aksiya - Bir necə il əvvəl 3 milyona təmir edilən yolun vəziyyəti acınacaqlıdır VİDEO
23 Yanvar 2021 “Azəriqaz” sərfiyyatı çox hesablamaq üçün mexanizm qurub - ciddi yoxlamalar aparılmalıdır
23 Yanvar 2021 Vladimir Zelenski Ukraynada milli matəm elan etdi
23 Yanvar 2021 “Azərbaycan hansı əsrdədir ki, əhali təzək yandırır?!”
23 Yanvar 2021 Təhsil alıb diplomsuz qalanlar - Köhnə qanun tanımır, təzə isə hələ yoxdur
23 Yanvar 2021 Azərbaycanda dəhşətli cinayət - Arvadını yatdığı yerdə öldürdü
22 Yanvar 2021 Bakıda 11 maşın toqquşdu, xəsarət alanlar var

Dünyapress TV

Xəbər lenti