Azərbaycana qaytarılacaq Qazax kəndləri boşaldılır?
Bir neçə gün əvvəl sosial şəbəkə profilimdə Qazax rayonunun işğalda olan 7 kəndi haqda qısa bir post yazanda, onun geniş əks-səda doğuracağını təxmin etmişdim. Bu rezonansın səbəbi hər şeydən əvvəl tarixi ədalətin bərpası və dədə-baba torpaqlarımızın həqiqi sahiblərinə qaytarılması istəyidir.

Ancaq bu məsələyə münasibətin belə həssas olmasının başqa səbəbi də odur ki, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan bəyanatın (ilkin variantında) 2-ci bəndində Qazaxın işğal edilmiş 7 kəndinin də Azərbaycana geri veriləcəyi qeyd olunmuşdu.

Xalq da ümidlə noyabr ayının 25-ni gözləyirdi. O ərəfədə Qazaxdakı qohumlar, sözlərinə və müşahidələrinə güvəndiyim dostlar işğal altındakı kəndlərdə müəyyən hərəkətliliyin başlaması haqda mənə xəbərlər yollayırdılar. Xəbərləri bir neçə dəfə dəqiqləşdirir və yoxlamağa çalışırdım. İşğaldan sonra o kəndlərə yerləşmiş ermənilərin canlarına necə vəlvələ düşəcəyini təxmin etmək çətin deyildi. Təxminlərim doğru çıxdı…

Maraqlı məqamlardan biri odur ki, Azərbaycana qaytarılacaq Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndlərindəki hərəkətlilik və gərginlik Qazax tərəfdən, yəni Azərbyacanda deyil, Ermənistan tərəfindən sezilir və müşahidə olunurdu. Biz ermənilərə torpaqları tərk edin deyə heç bir ultimatum verməmişdik. Lakin hardasa 4 gün əvvəl Ermənistanın rayon təmsilçiləri kəndlərə gələrək, buraları boşaltmaq üçün “iynə üstə oturan” əhaliyə 10 gün vaxt verildiyini söyləyiblər. Təbii olaraq bu tələb ermənilər tərəfindən hiddət və narazılıqla qəbul edilmiş, hətta nümayəndələrlə aralarında qarşıdurma da yaranmışdı (Bu qarşıdurmanın bu gün də davam etdiyi deyilir).

İlk yazdığım postda Qazax camaatını səbrli olmasını, indiki etapda əsas hədəfimizin Qarabağ olduğunu vurğulamış, buradakı vacib işləri yekunlaşdırdıqdan sonra növbənin nəinki Qazağın kəndlərinə, hətta Tovuz rayonunun işğal edilmiş kəndlərinə və Naxçıvanda Sədərəyin Kərki kəndinə çatacağını da qeyd etmişdim.

Sonrakı günlərdə Qazax tərəfdən guya bəzi sülhməramlı qüvvələrin az saylı hərbi texnikasının Aşağı Əskiparaya giriş yaptığını, ANAMA-nın isə minaları təmizləmə prosesinə start verdiyi haqda məlumatlar da dolaşmağa başladı. Təbii ki, bu məlumatlar mənim yaşadığım İstanbuldan əvvəl Qazaxa çatır, xalq arasında aparılan ənənəvi müzakirələr hadisəyə çeşidli rəng çalarları, qeyri-dəqiq faktlar və gözləntilər qatırdı. Mən də bir müddət gözləməyib, səbr etməyin ən doğru yol olacağını düşündüm və elə də yazdım.

Doğrusu, ümid edirdim ki, ya rəsmi bir məlumat, ya da hansısa bir açıqlama, yaxud bilgiləndirmə olacaq. Çünki Qazax camaatının nigarançılığına son qoymaq lazım idi. Hətta Bakıdan olmasa belə, rayon rəhbərliyinin məsələyə “yəqinlik hasil edəcəyinə” inanırdım. Ancaq belə bir rəsmi və yarı-rəsmi məlumat verilmədiyi üçün bu sətirləri yazmağa qərar verdim.

Qeyd etmək lazımdır ki, geri alınacaq kəndlərin 3-ü Azərbaycanın Ermənistandakı anklavıdır. Bu anklavlar Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndləridir. Düşünürəm ki, iş bu kəndlərin boşaldılması ilə bitməyəcək. Çünki ehtimal ki, bəzi ərazi mübadiləsi və bunun üçün bəzi əlavə razılıq və anlaşmalar da hazırlanmalıdır.

Beləliklə, mövcud vəziyyətin xülasəsini çıxaraq:

1. Qazaxın 7 kəndinin bir neçə gündür ki, boşaldıldığı haqda məlumatlar artmağa başlayıb və bu proses davam edir;
2. Evlərə od vurlulduğu haqda bilgiyə sahib deyiləm (görən o tərəfdəki ermənilər də Qarabağ erməniləri qədər alçaq və qansızdırlar? Ancaq ilanın ağına lənət, qarasına da);
3. Köçün hansı tarixdə yekunlaşacağı bəlli deyil, ancaq müəyyən məlumatlar var ki, onları burada yazmağı doğru bulmuram, rəsmi xəbərin veriləcəyini gözləyirəm.
Bu xülasəyə bir cümlə ilə yekun vurmaq istəyirəm:

Qazaxın 7 kəndi də qaytarılacaqdır, çünki qarşımızda məğlub bir ölkə, kapitulyasiyaya imza atmış bir xain qonşu var. İstəyimiz halal torpaqlarımızı mümkün qədər sürətlə geri almaqdır.

Torpaqlarımızın geri qayıdacağına nəinki inanıram, buna əminəm. Bu fikrimi hətta Türkiyənin TV kanallarında da dilə gətirmiş, Türkiyə ictimaiyyətinin diqqətinə çatdırmışam.

Həm ata, həm də ana tərəfdən dədə-babalarım Qazax torpağında yatırlar. İncə Dərəsi – Aslanbəyli, Qaymaqlı, Kəmərli mənə nə qədər əzizdirsə, Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli də bir o qədər əziz və müqəddəsir…

Qarabağ Azərbaycandır, Qazax Azərbaycandır!

İbrahim Nəbioğlu

Bölmənin digər xəbərləri

20 Yanvar 2021 "Balaca padşah"ların yeni QÜRUB DÖNƏMİ... - Bu dəfə kimlərin "başı kötüyə qoyulacaq"...
20 Yanvar 2021 Əli Həşimov borcunu “Lotu Quli”nin məzarı üstündə həyatı ilə ödədi
20 Yanvar 2021 20 Yanvar hadisələrindən 31 il ötür
19 Yanvar 2021 Fevral ayından ali və orta məktəblər açıla bilər - MÜZAKİRƏ
19 Yanvar 2021 AMEA institutlarında yeni rəhbər vəzifələr yaradılıb - AÇIQLAMA
19 Yanvar 2021  Vüqar Səfərli ilə Nadir Məmmədov “içəri”də”, Mehrac Babayev isə...
19 Yanvar 2021 Hacıbala Abutalıbov “Azİmport”la əlbir olub vətəndaşın mülkiyyətini dağıdıb - QALMAQAL
19 Yanvar 2021 Bulvarda heyrətləndirən mənzərə - Xəzərdəki bu vəziyyət nədən xəbər verir? - VİDEO
19 Yanvar 2021 Bu hava axırımıza çıxacaq - ekspertlərdən bədbin proqnoz
18 Yanvar 2021 "Azəriqaz"ın Gəncədəki oyunbazlığı... - İDDİA
18 Yanvar 2021 Əli Həsənov indi onu söyən keçmiş baş redaktorlarından danışdı: "O fikirdə deyiləm ki, hər şeyi ideal etmişəm..."
18 Yanvar 2021 İki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər dünyasını dəyişib - FOTO
18 Yanvar 2021 BU GÜNDƏN SƏRT KARANTİN REJİMİ YUMŞALDILDI - SMS icazə ləğv edildi
18 Yanvar 2021 Aleksey Navalnı Moskvada belə saxlanıldı VİDEO
18 Yanvar 2021 Misirdə üzərində ginekoloji əməliyyat izi olan mumiya aşkarlanıb
17 Yanvar 2021 Milyarder Bencamin Rotşild vəfat edib – FOTO
16 Yanvar 2021 Fevralın 1-dən kafe, restoran və digər məkanlarda müştərilərə yerində xidmətlər bərpa olunur - QƏRAR
16 Yanvar 2021 Azərbaycanda "SMS" icazə ləğv olunur - Operativ Qərargah
16 Yanvar 2021 “Az-Granata”da BÖHRANLI GÜNLƏR... -.. Kütləvi ixtisarlar gözlənilir.
16 Yanvar 2021 Əli Həsənov obyektini 3 milyona satışa çıxarıb

Dünyapress TV

Xəbər lenti