Almaniyada iki COVID xəstəsini bilərəkdən öldürən həkim saxlanılıb
Almaniyanın Essen şəhər polisi universitet xəstəxanasında iki COVID-19 xəstəsinin qəsdən öldürülməsində şübhəli bilinən həkimi saxlayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə polisin yaydığı press-relizdə deyilir.

Essen Universiteti Xəstəxanasının həkimi 18 noyabr tarixində həbs olunub.

“Prokurorluq və Essen polis idarəsinin birgə araşdırmasından sonra həkimin qəsdən və qanunsuz olaraq ağır xəstələrə ömrünün son mərhələsində onların ölümlərinə səbəb olan narkotik maddə vurduğu şübhəsi var”, - sənəddə belə deyilir.

Hər iki xəstə - 47 və 50 yaşlı kişilər - 13 və 17 noyabr tarixlərində ölüblər. Hər ikisi də şübhəli tərəfindən müalicə altına alınıb ​​və dərman verildiyi anda “çox ağır vəziyyətdə olublar”. Essen polisi cinayəti araşdırmaq üçün komissiya yaradıb və həkim istintaq təcridxanasına yerləşdirilib. O, artıq ölüm hadisələrindən biri ilə bağlı ifadə verib və bu əməlini “xəstənin və ailəsinin əzablarına” son qoymaq istədiyi ilə əlaqələndirib.

Qeyd edilir ki, 44 yaşlı həkim bu ilin fevral ayından bəri Essen Universiteti Xəstəxanasında çalışırmış.
 
 

Bölmənin digər xəbərləri

24 Noyabr 2020 Silahsız azərbaycanlıların Xankəndinə gedən yolda görünməsi erməniləri qorxutdu
24 Noyabr 2020 Rəşid Mahmudov DTX-ya müraciət etdi
23 Noyabr 2020 Qəzənfər Ağayev kimi başçın varsa... - Bir ailənin faciəvi durumu...
23 Noyabr 2020 Tərtərdə nə baş verir- Şəhid övladını nbiyə həbs ediblər?
23 Noyabr 2020 Türk ordusu 80-dən çox terrorçunu məhv etdi
22 Noyabr 2020 “Paşinyan dedi ki, etirazçıların hamısını öldürün”
22 Noyabr 2020 Nur-Sultanda kafedə partlayış: ölən və yaralananlar var
21 Noyabr 2020 Qonşusunu amansızlıqla qətlə yetirdi
21 Noyabr 2020 Argentinanın ən böyük banklarından birinin qurucusu helikopter qəzasında öldü
20 Noyabr 2020 Adı “Nurgün” olan bir şirkətin qaranlıq əməlləri çoxmu davam edəcək?
20 Noyabr 2020 Sakinləri zara gətirən "YUNAN ZİRVƏSİ"... - GİLEY
20 Noyabr 2020 Trampın vəkili mətbuat konfransında biabır oldu - VİDEO
20 Noyabr 2020 Türkiyədə yenidən meşə yanğınları başladı
20 Noyabr 2020 Rusiyada tərbiyəçinin uşağı döyməsi hər kəsi ayağa qaldırdı - VİDEO
20 Noyabr 2020 Bakıda müğənninin qızı ilə eşq yaşayan biznesmenin DƏHŞƏTLİ ÖLÜMÜ - FOTO
19 Noyabr 2020 Azərbaycanda karantin rejimi yenidən uzadıldı - RƏSMİ
19 Noyabr 2020 “Azəristiliktəchizat”ın növbəti özbaşınalığı: - “Əlavə pul yığır”
19 Noyabr 2020 Relsdən çıxaraq aşan mazut daşıyan qatarların səmadan görüntüsü - VİDEO
19 Noyabr 2020 “İş səyahətlərinizi, əvvəlki ofis həyatınızı unudun” - BƏDBİN PROQNOZ
19 Noyabr 2020 Dənizdən çıxan butulkadan hər kəsin arzusunun yazıldığı məktub tapıldı - VİDEO

Dünyapress TV

Xəbər lenti