"Qan xərçəngi" oğlu üçün yardım istəyən ana və oğlu ifşa olundu - VİDEO
Sosial şəbəkələrdə tez-tez yardım aksiyaları ilə bağlı paylaşımlar, elanlar görürük. Heç şübhəsiz ki, içlərində həqiqi yardıma ehtiyaclılar var və onlara şəfa diləyirik. Ancaq insanların inamından, etibarından sui-istifadə edənlər da az deyil. Hələ "bunu öz övladı üzərindən edən də var" desək inanarsınızmı?

YPX.AZ kollektivi "Instagram" sosial şəbəkə hesabında "zaminime_destey_olun" adlı hesabı barədə araşdırma aparıb. Paylaşılan şəkil və videolara baxdıqda görünür ki, Zamin adlı oğlanda hələ azyaşlı olarkən qan xərçəngi xəstəliyi aşkar edildiyi qeyd olunub. Azyaşlının xəstəxanalarda şəkilləri paylaşılıb, hətta televiziya kanallarında da ona yardım üçün müraciətlər olunub. Anası Aidə Nəbiyevanın adına olan bank kartı və mobil nömrə paylaşılıb. Paylaşımlara baxdıqca ən əsas diqqəti çəkən məqam Zaminin ilk və sonradan paylaşılan şəkilləri, videoları arasında fərqlərdi. Qan xərçəngi olan bu gənc fiziki olaraq ildən-ilə necə bu qədər böyüyür axı?!

"Instagram" sosial şəbəkəsində "Xaqo" profili ilə xeyriyyə aksiyaları təşkil edən şəxs Zaminin anası Aidə Nəbiyeva ilə əlaqə saxlayıb Zamini ziyarət etmək istədiyini, onun üçün xeyriyyə kompaniyası başlatmaq istədiyini bildirib. Aidə Nəbiyevaya deyib ki, istəsə onun hesabını incələsin və özü şahid olacaq ki, həqiqətən belə xeyriyyə kompaniyaları edir.

A. Nəbiyeva "Xaqo"nun "Instagram" hesabını incələdikdən sonra gün təyin edib, Zamini evində ziyarət ediblər. Zamini üzündə qoruyucu maska ilə yataqda uzanıbmış, masanın üzərində isə müxtəlif adlı dərmanlar.

Daha sonra aparılan gizli çəkilişlər zamanı məlum olub ki, yataq xəstəsi olan, iynə-dərmansız, müalicəsiz yaşayıb, nəfəs ala bilməyən Zamin bütün günü kafe, restoran, çayxanalarda dostları ilə əylənir, siqareti-siqaretə calayır.
 
 

Bölmənin digər xəbərləri

24 Noyabr 2020 Silahsız azərbaycanlıların Xankəndinə gedən yolda görünməsi erməniləri qorxutdu
24 Noyabr 2020 Rəşid Mahmudov DTX-ya müraciət etdi
23 Noyabr 2020 Qəzənfər Ağayev kimi başçın varsa... - Bir ailənin faciəvi durumu...
23 Noyabr 2020 Tərtərdə nə baş verir- Şəhid övladını nbiyə həbs ediblər?
23 Noyabr 2020 Türk ordusu 80-dən çox terrorçunu məhv etdi
22 Noyabr 2020 “Paşinyan dedi ki, etirazçıların hamısını öldürün”
22 Noyabr 2020 Nur-Sultanda kafedə partlayış: ölən və yaralananlar var
21 Noyabr 2020 Qonşusunu amansızlıqla qətlə yetirdi
21 Noyabr 2020 Argentinanın ən böyük banklarından birinin qurucusu helikopter qəzasında öldü
21 Noyabr 2020 Almaniyada iki COVID xəstəsini bilərəkdən öldürən həkim saxlanılıb
20 Noyabr 2020 Adı “Nurgün” olan bir şirkətin qaranlıq əməlləri çoxmu davam edəcək?
20 Noyabr 2020 Sakinləri zara gətirən "YUNAN ZİRVƏSİ"... - GİLEY
20 Noyabr 2020 Trampın vəkili mətbuat konfransında biabır oldu - VİDEO
20 Noyabr 2020 Türkiyədə yenidən meşə yanğınları başladı
20 Noyabr 2020 Rusiyada tərbiyəçinin uşağı döyməsi hər kəsi ayağa qaldırdı - VİDEO
20 Noyabr 2020 Bakıda müğənninin qızı ilə eşq yaşayan biznesmenin DƏHŞƏTLİ ÖLÜMÜ - FOTO
19 Noyabr 2020 Azərbaycanda karantin rejimi yenidən uzadıldı - RƏSMİ
19 Noyabr 2020 “Azəristiliktəchizat”ın növbəti özbaşınalığı: - “Əlavə pul yığır”
19 Noyabr 2020 Relsdən çıxaraq aşan mazut daşıyan qatarların səmadan görüntüsü - VİDEO
19 Noyabr 2020 “İş səyahətlərinizi, əvvəlki ofis həyatınızı unudun” - BƏDBİN PROQNOZ

Dünyapress TV

Xəbər lenti