Meşə torpaqları aqrobağlara niyə 50 ilədək icarəyə verilir?
“2020-ci ildə vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə 21 nəfər meşə gözətçisi işdən kənarlaşdırılıb. 221 iş araşdırılma üçün hüquq-mühafizə orqanlarına göndərilib”.

Teref.az xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Namiq Xıdırov sosial şəbəkədə canlı yayımda izləyicilərin suallarını cavablandırarkən deyib. O bildirib ki, bu ilin may ayından bəri qanun pozuntusuna yol verən meşə gözətçiləri ilə bağlı 33 nömrəli qərar tətbiq edilir. Həmçinin artıq qanunu pozan belə şəxslərin öz işinə davam etməsi də qeyri-mümkün olur.

N. Xıdırov, həmçinin qeyd edib ki, hazırda nazirlik ağacların nırx dəyərinin artırılması ilə bağlı iş aparır. Bununla bağlı müvafiq icra orqanlarından razılıq alınıb. Mövcud qərarın dəyişdirilməsindən sonra ağacların nırx dəyərində 4 dəfə artım olacaq.
ETSN-in Xidmət rəisi meşə torpaqlarının aqrobağlara 50 ilədək icarəyə verilməsində nazirliyin hansı maraq güdməsi ilə bağlı sualı da cavablandırıb. O, qeyd edib ki, aqrobağlarla bağlı müqavilələr 49 ilə qədər bağlana bilər. Elə ağaclar var ki, 6-7, eləsi var 10 ilə bar verir. Onlara böyük miqdarda sərmayə qoyulur. Bütün bunları nəzərə alaraq əksər müqavilələr 15 il, bəzi hallarda isə investiya qoyuluşu və digər səbəblərə görə müqavilə 49 ilə qədər imzalana bilər.

“Təsərrüfat əhəmiyyəti olmayan, yanğın təhlükəsi olan əraziləri aqrobağların salınması üçün meşə ərazilərinin açıq hissələri, bəzi hallarda isə meşənin kolluq ərazilərini təmizlənərək aqrobağ salınması üçün icarəyə verilir. Başqa heç bir halda meşə torpaqları icarəyə verilmir”, - deyə N. Xıdırov əlavə edib.

“qafqazinfo”

Bölmənin digər xəbərləri

13 Oktyabr 2020 Kamil Zeynallı həbs edilib
26 Sentyabr 2020 Bakıda qəza sıxlığa səbəb oldu - Foto
25 Sentyabr 2020 VARLI AİLƏDƏ QƏTL: Rəna Sofiyeva ərini necə öldürüb? - Təfərrüatlar (Yenilənib)
24 Sentyabr 2020 Yusif İldırımzadənin qaynı qətlə yetirildi
22 Sentyabr 2020 Alimpaşa Məmmədov yeni vəzifəyə hazırlaşır... - İDDİA
22 Sentyabr 2020  "Oliqarxlar AVTOVAĞZALI özəlləşdirib,
22 Sentyabr 2020 Yasamal sakinləri Samir Şərifovu İTTİHAM ETDİ - “Nazirlə icra başçısı pullarımızı mənimsəyib”
22 Sentyabr 2020 İcra başçısı dəyişdi, şəhidlərə ögey münasibət dəyişmədi
22 Sentyabr 2020 Əli Həsənov "Klivlend"də müalicə olunur — Amma xəstəxanada gecələmir
21 Sentyabr 2020 Türkan icra nümayəndəsinin oğlu öz bacısını öldürdü - Bakıda dəhşətli ailə faciəsi YENİLƏNİB
21 Sentyabr 2020 "Qan xərçəngi" oğlu üçün yardım istəyən ana və oğlu ifşa olundu - VİDEO
21 Sentyabr 2020 Rusiyada beşmərtəbəli binada partlayışı baş verib, yaralılar var
20 Sentyabr 2020 Bakıda kürəkən qaynanasını avtomobillə vurdu
20 Sentyabr 2020 Qubanın kəndində yanğınlar baş verib - Polis kəndin girişində post qoyub
20 Sentyabr 2020 "Kontakt Home” qanunvericiliyi pozur? - ŞİKAYƏT
20 Sentyabr 2020 Yevlax Rayon Mərkəzi Xəstəxanası cərimələndi
20 Sentyabr 2020 Qadınlar “prava” imtahanına şortiklə girə bilər, kişilər isə yox!
20 Sentyabr 2020 "Hacıbala Abutalıbovun oğlunun terror qruplaşmasına pul göndərildiyi aydınlaşdırılmalıdır" — SENSASİON AÇIQLAMA
19 Sentyabr 2020 DTX: Ölkənin tanınmış şəxslərinin xarici dövlətin maraqlarına xidmət etmələri kimi cəfəng məlumatların yayılması Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirməyə hesablanıb
19 Sentyabr 2020 Samuxda qayınata kürəkənini bıçaqlayıb

Dünyapress TV

Xəbər lenti