Yol polisi jurnalistə qarşı kobud hərəkət etdi: "Bunu basın maşına aparın"
 
 

"Anadolu" agentliyinin Bakı nümayəndəliyinin əməkdaşı Rəsul Rəhimova qarşı kobudluq edilib.

Hadisə dünən səhər saatlarında Heydər Əliyev prospektində baş verib.

Rəsul Rəhimov bildirib ki, xidməti vəzifəsini yerinə yetirmək üçün həmin ərazidə olub.

"Yolun kənarında avtomobili saxlayıb "İhlas" xəbər agentliyinin əməkdaşı Kamil Nadirli ilə çəkiliş edəcəyimiz məkana daxil olmaq üçün növbə gözləyirdik. Bu zaman 99 YP 279 dövlət nömrə nişanlı, patrul avtomobilindən düşən əməkdaş özünü təqdim etmədən, kobud şəkildə bizə ərazini tərk etməyimizi dedi. Baxmayaraq ki, orada Post Patrul Xidməti əməkdaşları da var idi və onlar bizim nə üçün gözlədiyimizi bilirdilər. Yol polisinə izah etməyə çalışdım ki, çəkilişə gəlmişik. Amma o bizi dinləmədi. Qolumdan yapışaraq Post Patrul Xidməti əməkdaşlarına "bunu basın maşına aparın" dedi. Təbii ki, məsələni bildikləri üçün PPX əməkdaşları özləri izahat verdilər. Bundan sonra yol polisi əməkdaşı çıxıb getdi", - R.Rəhimov “MediaPost”a bildirib.

Jurnalist qeyd edib ki, heç bir artıq hərəkət etmədiyi halda bu cür kobudluqla üzləşib: "Özünü təqdim etmədiyi üçün adını bilmədik. Sadəcə, Nizami rayon Yol Polisi Şöbəsinin əməkdaşı olduğunu bildim. İstədim ki, yol polisi adına xələl gətirən bu cür əməkdaşlar cəzalandırılsın. Biz hər zaman dövlətin keşiyində olan yol polislərinin əməyini yüksək qiymətləndiririk. Amma bu cür neqativ hallar olmamalıdır".

XalqXeber.Az

Bölmənin digər xəbərləri

08 Avqust 2020 Türkiyədə zəlzələ baş verdi - Soyludan açıqlama
08 Avqust 2020 BNA-nın qaynar xəttindən şikayət: "Belə ki, sizin qaynar xəttiniz sizin kimi saat 18:00-a qədər işləyir. Bəlkə də evə sizdən tez çatır."
08 Avqust 2020 Livan prezidenti: Partlayışın səbəbi bunlar ola bilər
08 Avqust 2020 Azərbaycanlı generalın nəvəsi Moskvada qəzaya düşdü
08 Avqust 2020 Rusiyada nəhəng almaz tapıldı
08 Avqust 2020 Bakıda dənizdə FACİƏ: 2 qız və 1 xilasedici boğuldu, qızlardan biri öldü
07 Avqust 2020 Cahangir Əsgərovun gəlirləri hara xərclədiyi məlum oldu – Bu, bir imperiyadır...
07 Avqust 2020 Qazaxda şiddətli töhmət verilən həkim: "Bizi kölə vəziyyətində saxladıqlarına görə..."
07 Avqust 2020 Bəxti gətirmək buna deyərlər, hər bilet - 5000 dollar
07 Avqust 2020 Cənab BNA, bu millət hardan keçsin?!- ŞİKAYƏT FOTO
07 Avqust 2020 Bir qrup jurnalist hökuməti həbs edilən nümayişçiləri azad etməyə çağırır
07 Avqust 2020 Şəhid mayora Qazax İcra Hakimiyyətinin başçısı ev tikdirib, yoxsa?..
07 Avqust 2020 Beyrut partlayışı toy çəkilişi zamanı lentə alındı - Video
06 Avqust 2020 ŞƏKİDƏN PREZİDENTƏ ŞOK MÜRACİƏT: - “Halal yolla dolanmağa imkan vermirlər…”
06 Avqust 2020 Qəzənfər Ağayev ölkədən 45 milyon manat çıxarıb... - İDDİA
06 Avqust 2020 Masallıda məktəb binası bərbad durumda - Prezidentə müraciət/Foto
06 Avqust 2020 Ford-un rəhbəri istefa verdi
06 Avqust 2020 Beyrut limanının administrasiyası ev dustağı edildi
06 Avqust 2020 Qurban Qurbanov həbs olundu
06 Avqust 2020 Prokurorluq 14 iyul mitinqilə bağlı yeni məlumat yaydı - Video

Dünyapress TV

Xəbər lenti