Kəmaləddin Heydərovun atasına müraciət edildi: "Bayram günlərində oğlunuzu görsəniz..."
 
 

Lerik rayonu Piran kənd sakini Ərəstun Bayramov Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərova müraciət edib...
Pravda.az-a daxil olan müraciətdə deyilir:

"Lerik rayon Piran kəndində mənə məxsus fərdi yaşayış evim var və hazırda öz ailəmlə o evdə yaşayıram. 12.11.2018-ci il tarixindən etibarən intensiv yağan yağışlar nəticəsində evimdən 10 metr aralıda güclü sürüşmə baş verib. Sürüşmənin eni 30 metr hündürlüyü 80 metr olmaqla hazırkı vaxta kimi davam edir. Evimdə çatlar əmələ gəlib. Həyatımız təhlükə qarşısındadır. Bununla bağlı Fövqaladə Hallar naziri oğlunuz cənab Kəmaləddin Heydərovada müraciət etmişdik. Bir il yazışmalardan sonra 14 noyabr 2019-cu il tarixində FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Təyyar Hüseynli mənə cavab olaraq bildirmişdir ki,"fərdi yaşayış eviniz bərpa-gücləndirməyə ehtiyacı olan evlər siyahısına daxil edilmişdir. Vəsait ayrılacağı halda məsələyə müvafiq qaydada baxılacaq".

Çox hörmətli ağsaqqalımız ümidvaram ki, səsimə səs verib mənə köməklik göstərərsiz. Hazırda ev tamamilə yararsız hala düşüb və yaşamaq mümkün deyil, belə getsə, divarlar dağılacaq nəticədə ağır hadisə baş verəcək və evimin isə bərpası münkün deyil. Bu acınacaqlı şəraitdə 3 ailə bir yerdə yaşayırıq. Sizdən xahiş edirəm, bu bayram günlərində yəqin ki, oğlunuzu görəcəksiz bizim bu acınacaqlı vəziyətimiz haqqında ona danışıb məni 2 ildən artıq süründürməyə salan məmurların əlindən qurtarasız. Bir də necə pul yoxdur ki, pandemiya dövründə dövlət büdcəsinə FHN də pul köçürüb".

XalqXeber.Az

Bölmənin digər xəbərləri

15 İyul 2020 Sərhədlərin bağlı vaxtında iyunda azərbaycanlılar Türkiyədə 70 ev aldı
14 İyul 2020 Baş Prokurorluq şəhidlərimizin ailələrinə başsağlığı verib - Foto
14 İyul 2020 Rəhim Qazıyev saxlanıldı - RƏSMİ
14 İyul 2020 Son 25 ildə Azərbaycan müdafiəyə Ermənistandan 5 dəfə çox pul ayırıb- Demək olarmı ki, bizim ordumuz düşmənlərdən 5 dəfə güclüdür?
13 İyul 2020 Şəhid baş leytenantın ailəsində 10 il əvvəl də faciə olubmuş
13 İyul 2020 Şəhidlərimizin cənazəsi izdihamla qarşılandı - Video
13 İyul 2020 Bərdədə 23 yaşlı oğlan sevdiyi qızın atası tərəfindən güllələndi
13 İyul 2020 Gədəbəy sakini əmisini qətlə yetirib, arvadını ağır yaralayıb
12 İyul 2020 Tovuzlulardan Azərbaycan ordusuna dəstək - Hər kəs sərhədə axışdı
12 İyul 2020 SENSASİYA: Səttar Mehbalıyevin diplomat kürəkəni ABŞ-a qaçdı
12 İyul 2020 Şəruru sel basıb: yollar və körpülər dağılıb - VİDEO
12 İyul 2020 Rusiyada ciyərinin 50 faizi zədələnmiş 93 yaşlı kişi koronavirusdan sağaldı
12 İyul 2020 Şok: Dünya bu təlimdən danışır - İtlər xərçəng xəstələrini müəyyən edir
12 İyul 2020 Almaniyada 2 təyyarə toqquşdu: ölənlər var
12 İyul 2020 Ruhi Dispanserin baş həkimi koronadan öldü
12 İyul 2020 Karantin qaydalarını bu dəfə Vasif Talıbovun köməkçisi və nazir pozdu – FOTO
11 İyul 2020 "Atabank"da araşdırmalar başladı - Fazil Məmmədovun pullarını ölkədən kim çıxardıb?
11 İyul 2020 Prezident icra başçısını işdən çıxardı
11 İyul 2020 Azərbaycanın Özbəkistandakı səfirliyində nə baş verir? - Məmmədyarovun korrupsiya şəbəkəsinin Daşkənd uzantısı...
11 İyul 2020 Cəlilabad Elektrik Şəbəkəsində nə baş verir? - Yeni təyin olunan rəis də işdən çıxarıldı...

Dünyapress TV

Xəbər lenti