Şamaxıda narazılıqlar artır: Dövlət başçısına və digər qurumlara məktub ünvanlandı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə,

Azərbaycan Respublikasının Prezidentinin vitse-prezidenti Mehriban Əliyevaya,

Dövlət Təhlükəsizliyi Xidmətinin sədri Əli Nağıyevə,

Dosye.org informasiya agentliyinə,

Şamaxı r-nu Şəhriyar qəsəbəsinin bir qrup sakinləri tərəfindən

ŞİKAYƏT MƏKTUBU

Hörmətli Cənab Prezident, yaşadığımız Şəhriyar qəsəbəsi vaxtı ikən əbədi yaşar ağsaqqalımız, Babamız, Ulu öndərimizlə birlikdə dəfələrlə gəldiyiniz o vaxtki üzümçülükdə hər zaman Şamaxını ilk yerlərə, ön sıralara çatdıran 6 saylı Lenin sovxozudur. Ulu öndər və Siz bizim rayonumuzu hər zaman diqqətinizdə saxlamısınız, bizim problemlərimizin həllində bizə dayaq olmusunuz.

Lakin, artıq ikinci ildir ki, biz şamaxılılar Tahir Məmmədov və onun bizi bəyənməyərək Bakıdan gətirdiyi işbazların əlindən, rayonumuzda yaratdığı özbaşnalıqdan çox əziyyət çəkirik. Belə ki, sizin ali diqqətinizə çatdırmaq istəyirik ki, Tahir müəllimin apardığı xəbis siyasətindən ən çox biz əziyyət çəkirik. Gəldiyi gündən bizim qəsəbəni elə bilki dağıtmaq və məhv etmək planını həyata keçirir. Ilk gələn kimi qəsəbədə artıq 10 ildən yuxarı işləmiş icra nümayəndəmiz Qədir Osmanovu işindən azad edərək yerinə bir necə il əvvəl işindəki ciddi nöqsanlara və vəzifə səlahiyyətlərini aşdığına görə dövlət qulluğundan uzaqlaşdırılan İxtiyar Xəlilovu təyin etdi. Onun təyinatının məqsədi bələdiyyə seçkilərində məlum oldu. Çünki, İxtiyar seçkilərdə qəsəbəmizin qurucusu, 20 ildən artıq bələdiyyəmiz olan Musa Musayevə qarşı “Başçının kompaniyasını” açıq şəkildə, böyük həvəslə yerinə yetirməyə qoşuldu.

Tahir müəllim bu dəfə seçki komissiyasının sədrinə birbaşa tapşırdı ki, Musa müəllim olmasın siyahıda. Ən maraqlısı isə onun əvəzinə Şizofreniyadan müalicə alan, dəli kimi qəsəbədə tanınan, içki aləminin həvəskarı Sabir Mikayılovu seçdilər. Sabir hələ seçkidən iki ay əvvəl pulumu verib seçilmişəm deyə arxain idi. Indi də seçiblər işə gəlmir. Sabirin dəlilik kağızı ilə heç deyirlər maşında sürməyə icazə verilmədiyi halda, bəs bizi niyə beləsinə görəsən verir Tahir müəllim? Bütün bunları etməkdə, qəsəbəmizi belə bir avaraların, iş bilməyən, aferist, dəlilərin əlində gülünc vəziyyətə qoyması bizə də aydın deyil… bu cinayətlə bərabər həm də Konstitusiyanın açıq aydın pozulması deməkdir.

Məlumatınız üçün bildiririk ki, Tahir müəllim gəldiyi gündən özünə köməkçi kimi Yaqub Yaqubovu gətirmişdi ki, o Tahir müəllimin adından kadr məsələləri, zəlzələ nəticəsində dağılmış evlər əvəzinə şirinlik müqabilində yeni evlərin tikilməsi üçün “siyahılar” hazırlayırdı. Törətdikləri cinayətlərdən uzaqlaşdırmaq üçün bu günlərdə Tahir müəlim sizin respublikamızda apardığınız şəffafliq siyəsindən ehtiyyat edərək Yaqubu aradan işindən guya uzaqlaşdırdı. Ama o hələ də rayonda evlərin yenidən tiklməsi üçün yeni siyahılar tərtib etməklə məşğuldur. Artıq Şamaxıda hamı onların müəyyən etdiyi məzənnəni bilir…Tahir müəllim zəlzələdən zərərçəkmiş evlərin bərpası üçün ayırdığınız pulları dədə malı kimi istədiyi formada idarə edir. Bizim qəsəbədə 5 ailənin evi olan kommunal ev hələ də təmir olunmadığı halda (heç kim indi yaşamır) Tahir müəllimin göstərişi ilə seçki komissiyasının sədri Rzai Rəsulun həyətində iki tam yeni ev tikildi (söküntü olmaya olmaya, iki ev). Nə üçün? Hansı işinə görə? Bu aydındır seçkidə lazım olan adamı seçdiyinə görə…özdə iki yeni ev… bəs bunu niya yoxlamırlar, nəzarət olunmur?

Qəsəbəmizdə Səttar kişi on ilə yaxındır dünyasını dəyişib, oğlanları Bakıda yaşayır, evdə yaşayış yox idi. Belə bir açıq kompaniyanın olduğunu eşpidən kimi gəlib Yaqubu tapdılar, işi həll edib yeni ev tikdirdilər, indi də satılır ev. Ama bədbəxt imkansızlar qardaş, bacı evində yaşamağa məcburdular.

Neçə dəfə qəbuluna getmişik eşitmək də istəmir ki, sözumuzu deyək. Etiraz edən kimi, siz bilmirsiz mən harda işləmişəm, hardan gəlmişəm deyib qaytarır.

Bu yaxınlarda İxtiyar polislə qapı qapı düşüb əriza sahiblərini axtarırdılar, deyir prokurorluğa aparılmalıdır ərizə yazıb Tahir müəllimnən. Bəs biz dərdimiz kimə deyək? Qorxudur ki səsimizi çıxarmayaq. Keçən dəfə yazmışdı Babayar Bayramov apardı polislər, insult keçirib hələdə dura bilmir. Bəlkə aydınlaşdırılsın, səhvdirsə bizdə susaq.

Cənab Prezident, xahiş edirik, bizim fəryadımızı, imdad səsimizi eşidin, deyilənlər hələ Şamaxıdakı özbaşnalıqların çox az hissəsidir. Bizi bu bəladan qurtarın.

Adımızı yazmadığımıza bağışlayın, ama polis maşınında prokurorluğa getmək yaşımıza düz gəlməz, ama araşdırmağı tapşırın hər sözün düzgün olduğuna şahid olacaqsınız.

DOSYE.ORG

REDAKSİYADAN: Məsələ ilə bağlı gün ərzində Şamaxı rayon icra hakimiyyəti ilə telefon əlaqəsi yaratmağa çalışsaqda buna nail ola bilmədik. Bir sözlə, telefonumuz cavabsız qaldı. Elə bu səbəbdən sayıtımızın elektron ünvanına daxil olan şikyət məktubunda adı hallanan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Bölmənin digər xəbərləri

30 May 2020 Dələduzlar xüsusi təyinatlı geyimləri necə əldə edirlər? - VİDEO
30 May 2020 Bakıda çəkilən bu görüntülər müzakirələrə səbəb oldu - Video
30 May 2020 İnterpolun axtardığı "Maserati" görün harada tapıldı - FOTOLAR
30 May 2020 UEFA Çempionlar Liqası ilə bağlı qərarın veriləcəyi tarixi açıqlayıb
30 May 2020 Bakıda kişini dostu kürəyindən bıçaqladı
30 May 2020 Prazident Əbülfəs Qarayevə niyə əsəbiləşmişdi? – Yarımçıq layihə
29 May 2020 Eynulla Fətullayevə ağır itki
29 May 2020 Saleh Məmmədov bu layihədə ancaq PUL GÜDÜB... - FOTOFAKT
29 May 2020 Bakıda qətl: Ər arvadını bıçaqlayıb öldürdü
28 May 2020 Əli Həsənovun verdiyi mənzillər satışa çıxarıldı - QİYMƏTLƏR
28 May 2020 Maşının ön şüşəsinə çırpılanın nə olduğunu gördükdə şoka düşdü - FOTOLAR
28 May 2020 Karantin cərimələrilə bağlı mübahisə böyüyür – Yol polisi israr edir, amma ortada faktlar var
28 May 2020 Qalata Qülləsi bayrağımızın rəngləri ilə işıqlandırıldı - Foto
28 May 2020 Səkkiz il yeyib içməyən yoq öldü
27 May 2020 Qarayevin gedişi Cəfərovu təşvişə salıb - İDDİA
27 May 2020 Tağıyevin Mərdəkandakı evi təmirdən sonra - VİDEO
26 May 2020 Ədliyyə sistemində innovasiyalar: Ümidlə baxaq, yoxsa ümidimizi üzək?
26 May 2020 Araz Ağalarovun xəstəxanası ilə bağlı təhqiqat başladı - Qalmaqal
26 May 2020 “Azərişıq” ASC-nin əməkdaşlarının güllələnməsi ilə bağlı rəsmi açıqlama:
26 May 2020 Tələbələrimiz ermənilərin iştirak etdiyi yarışda qalib oldu

Dünyapress TV

Xəbər lenti