"Düşməni əzmək yerinə, işi basıb bağlamaq olan Müdafiə Nazirliyimizə cəmiyyət inanmır"
Zakir Həsənov və Nəcməddin Sadıkova AÇIQ MƏKTUB...

Elm və texnologiya nə qədər inkişaf edir etsin, nə qədər yeni silahlar meydana çıxır çıxsın müharibədə qalibiyyəti iki faktor təmin edir: döyüş ruhu və komandirə inam.
Bu gün Azərbaycan cəmiyyətində döyüş ruhu var. Bu "barıt" kimi ruhu işə salmağa bir qığılcım lazımdır. İnsanlar sosial problemlərini də, neftin satılıb satılmadığını da, koronavirusu da, evdə balasının ac qalacağını da düşünmədən savaşa gedəcək.
Komandirə inam - şərq dünyasında bir nömrəli psixoloji məsələdir. Hamı avtoriteti olan komandirin ardınca gedir. Necə ki, 26-27 il əvvəl Birinci Qarabağ müharibəsində bu faktor öz sözünü deyib. Rəhmətlik Allahverdi Bağırov, Fred Asif, Yaqub Rzayev, Əliyar Əliyev, Zaur Rzayev, Şirin Mirzəyev və digərlərinin timsalında bunun şahidi olmuşuq. Topu, tankı, raketi olmayan, əliyalın, ən yaxşı halda avtomatla, karabinlə silahlanmış yüzlərlə insanlar bu komandirlərə inanıb əmri ilə döyüşə girir, ölümünə savaşdırdılar. Bu gün həyatda qalan tabor komandirləri baxmayaraq ki, yaşları ötüb, amma yenə də eyni qaydada bir çağırışla bütün əsgərlərini yığıb döyüşə apara bilərlər. Bunun şahidi olmuşuq. Çünki əsgərləri o komandirə güvənirlər. İnamları var.
Cənab Nazir, cənab Baş Qərargah Rəisi.
Mən - uşaqlığında o müharibənin acılarını görmüş, yüz illər boyu ata-babası yaşadığı torpaqlar işğal altında olan bir qarabağlı kimi yazıram.
Bizlər müharibə uşaqlarıyıq. Ölümləri də gördük, zülümləri də. Aclığı da, yoxluğu da.
İndi topumuz da var, tankımız da, 500 kilometrlik raketlərimiz də. Hərbi büdcəmiz Ermənistanın dövlət büdcəsindən çoxdur.
Düşməni vurub dağıtmaq yerinə, işi pafosla basıb bağlamaq olan Müdafiə Nazirliyimizə isə cəmiyyət inanmır. Bir obyektiv tədqiqat aparılsa nəticələri Müdafiə Nazirliyini "format eləməyə" bəs edir.
2013-cü ilin oktyabr ayında baş verən dəyişikliklər orduda xidmət edən zabit və gizirlərimizdə müəyyən ümid işartıları yaratmışdı. Qısa zamanda o ümidlər nənki puça çıxdı, hətta Əbiyevin ölənlərinə rəhmət oxumağa başladılar.
Səbəbləri o qədər çoxdur ki sadalamaqla bitən deyil. Bunun üçün ayrıca səhifə-səhifə məqalələr bəs eləməz.
Siz özünüz də yaxşı bilirsiniz ki, artıq bir komandir kimi hətta yaxınlarınız belə sizə inanmır.
Ordunu döyüşə komandiri aparır.
Həm mayın 8-də, həm də bu gün biz qarabağlıların sonuncu ümidlərini öldürüb, Şuşaya gələn Paşinyanların ayaqları altına atdınız.
Bu gündən ya Siz, ya da sələfiniz Rəhim Qazıyev, Vahid Musayev. Mənim gözümdə eynisiniz.
Min illərə dayanan hərb tariximizin utanc dövrü kimi xatırlanacaqsınız.

Rəşad Süleymanov, hərbi jurnalist

Bölmənin digər xəbərləri

31 May 2020 Qarabağda törədilənlərdən təsirlənib erməni dərnəyini təhdid etdi, həbs olundu “İNTERNETDƏ TANIŞ OLDUĞUM AZƏRBAYCANLI QIZ DANIŞMIŞDI…”
31 May 2020 Yalnız bu taksi sürücüləri şəhərlərarası sərnişin daşıya biləcəklər
31 May 2020 Karantin içində karantin buna deyirlər – Görək “Azərişıq” nə deyir
31 May 2020 Hazırlıq kursları açılsın - BU ŞƏRTLƏR və SAATLARDA
31 May 2020 Ağ Evin ətrafı boşaldıldı: 5 saat sonra
30 May 2020 “Mars Overseas Baku”dan ÖZBAŞINALIQ - GİLEY
30 May 2020 Dələduzlar xüsusi təyinatlı geyimləri necə əldə edirlər? - VİDEO
30 May 2020 Bakıda çəkilən bu görüntülər müzakirələrə səbəb oldu - Video
30 May 2020 İnterpolun axtardığı "Maserati" görün harada tapıldı - FOTOLAR
30 May 2020 UEFA Çempionlar Liqası ilə bağlı qərarın veriləcəyi tarixi açıqlayıb
30 May 2020 Bakıda kişini dostu kürəyindən bıçaqladı
30 May 2020 Prazident Əbülfəs Qarayevə niyə əsəbiləşmişdi? – Yarımçıq layihə
29 May 2020 Eynulla Fətullayevə ağır itki
29 May 2020 Saleh Məmmədov bu layihədə ancaq PUL GÜDÜB... - FOTOFAKT
29 May 2020 Bakıda qətl: Ər arvadını bıçaqlayıb öldürdü
28 May 2020 Əli Həsənovun verdiyi mənzillər satışa çıxarıldı - QİYMƏTLƏR
28 May 2020 Maşının ön şüşəsinə çırpılanın nə olduğunu gördükdə şoka düşdü - FOTOLAR
28 May 2020 Karantin cərimələrilə bağlı mübahisə böyüyür – Yol polisi israr edir, amma ortada faktlar var
28 May 2020 Qalata Qülləsi bayrağımızın rəngləri ilə işıqlandırıldı - Foto
28 May 2020 Səkkiz il yeyib içməyən yoq öldü

Dünyapress TV

Xəbər lenti