DİN əməkdaşları saat 6-dan sonra fəaliyyət göstərən restoran aşkarlayıblar - RƏSMİ + VİDEO

Ölkədə tətbiq edilən sanitar-karantin qaydalarına əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda restoran, kafe, çay evlərində müştərilərə yerində xidmət mayın 18-dən bərpa edilib. Qəbul edilən qaydalara əsasən bütün ictimai iaşə məkanlarında müştərilərə saat 08:00-dan 18:00-dək yerində xidmət göstərmək olar.

Daxili İşlər Nazirliyindən Anews.az-a verilən məlumata əsasən bəzi resoran və kafelər fəaliyyətlərini qeyd edilən saatlardan əlavə davam etdirməyə cəhd göstərsələr də, polis əməkdaşları tərəfindən bunun qarşısı alınır. Sonuncu belə tədbir zamanı Binəqədi rayonu Novxanı qəsəbəsində yerləşən paytaxt sakini Nurəli Mənsimova məxsus "Nar” restoranın saat 18:00-dan sonra da işlədiyi məlum olub.

Binəqədi Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsi, Post Patrul Xidməti Bölüyü və 43-cü Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı həmin obyektin sanitar-karantin rejimi qaydalarına zidd olaraq müəyyən edilən saatlardan kənar gizli fəaliyyət göstərdiyi və müştərilərin qəbul edildiyi müəyyən edilib.

Həmçinin restorana baxış zamanı müştərilərin sosial məsafə gözləmədiyi və tibbi maskalardan da istifadə etmədikləri aşkar edilib.Obyektin sahibi Nurəli Mənsimov və orada olan 24 müştəri saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə gətirilib. Bölmədə obyekt sahibi və müştərilər polislər tərəfindən tibbi maskalarla təmin ediliblər.

Karantin qaydalarını pozan obyekt sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 2000 manat, müştərilərin hər biri isə 100 manat məbləğində cərimə olunublar.
 

Bölmənin digər xəbərləri

31 May 2020 Qarabağda törədilənlərdən təsirlənib erməni dərnəyini təhdid etdi, həbs olundu “İNTERNETDƏ TANIŞ OLDUĞUM AZƏRBAYCANLI QIZ DANIŞMIŞDI…”
31 May 2020 Yalnız bu taksi sürücüləri şəhərlərarası sərnişin daşıya biləcəklər
31 May 2020 Karantin içində karantin buna deyirlər – Görək “Azərişıq” nə deyir
31 May 2020 Hazırlıq kursları açılsın - BU ŞƏRTLƏR və SAATLARDA
31 May 2020 Ağ Evin ətrafı boşaldıldı: 5 saat sonra
30 May 2020 “Mars Overseas Baku”dan ÖZBAŞINALIQ - GİLEY
30 May 2020 Dələduzlar xüsusi təyinatlı geyimləri necə əldə edirlər? - VİDEO
30 May 2020 Bakıda çəkilən bu görüntülər müzakirələrə səbəb oldu - Video
30 May 2020 İnterpolun axtardığı "Maserati" görün harada tapıldı - FOTOLAR
30 May 2020 UEFA Çempionlar Liqası ilə bağlı qərarın veriləcəyi tarixi açıqlayıb
30 May 2020 Bakıda kişini dostu kürəyindən bıçaqladı
30 May 2020 Prazident Əbülfəs Qarayevə niyə əsəbiləşmişdi? – Yarımçıq layihə
29 May 2020 Eynulla Fətullayevə ağır itki
29 May 2020 Saleh Məmmədov bu layihədə ancaq PUL GÜDÜB... - FOTOFAKT
29 May 2020 Bakıda qətl: Ər arvadını bıçaqlayıb öldürdü
28 May 2020 Əli Həsənovun verdiyi mənzillər satışa çıxarıldı - QİYMƏTLƏR
28 May 2020 Maşının ön şüşəsinə çırpılanın nə olduğunu gördükdə şoka düşdü - FOTOLAR
28 May 2020 Karantin cərimələrilə bağlı mübahisə böyüyür – Yol polisi israr edir, amma ortada faktlar var
28 May 2020 Qalata Qülləsi bayrağımızın rəngləri ilə işıqlandırıldı - Foto
28 May 2020 Səkkiz il yeyib içməyən yoq öldü

Dünyapress TV

Xəbər lenti