Mehman Şükürov məsuliyyətdən yayına bilməyəcək
Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov həbs edilib.

Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarında ittiham edilir.

Məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayıb. Qurum ötən həftə Mədəniyyət Nazirliyində əməliyyat keçirmişdi.

DTX-nın yaydığı video görüntülərdə Rafiq Bayramov “cari təmir işləri üçün nəzərdə tutulan vəsaitin 10 fazinin nazirliyin ehtiyacları üçün geri verildiyini” deyir.

Şənbə günü prezident İlham Əliyev Rafiq Bayramovun və Zakir Sultanovun vəzifədən azad olunması haqqında sərəncam imzalayıb.

Bu sərəncam Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində “əməliyyat-istintaq tədbirləri”ndən bir gün sonra elan olunub.

DTX bildirir ki, Rafiq Bayramovun və Zakir Sultanovun xidməti və yaşadıqları ünvanlara baxış keçirilib və bu zaman Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilib.

DTX iddia edir ki, tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin Zakir Sultanov tərəfindən müntəzəm olaraq mənimsənilməsinə şübhə var.

Qurum bildirir ki, Zakir Sultanov vəzifə səlahiyyətlərindən istifadə edərək “mədəni irs hesab edilən xüsusi arxitektura-memarlıq üslubuna malik binalarda rekonstruksiya işlərinin aparılmasına maddi maraq müqabilində razılıq verib”.

Rafiq Bayramov isə nazirliyin regional idarələrinin rəhbərləri vasitəsilə rayonlardakı musiqi məktəblərində müəllimlərin adına artıq tədris saatlarını rəsmiləşdirmək və onların əmək haqlarından tutulan vəsaitlərin ələ keçirilməsində şübhəli bilinir.

Məlumata görə, nazir müavini ölkə ərazisindəki musiqi məktəblərinin, mədəniyyət evlərinin, kitabxanaların, rəsm məktəblərinin, qalereyaların, klubların, muzeylərin və sair mədəniyyət müəssisələrinin tikintisi, cari və əsaslı təmiri işlərinə görə ayrılan dövlət vəsaitlərinin bir hissəsini şəxsən və Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsi ilə müntəzəm olaraq nağdlaşdırıb və mənimsəyib.

DTX-nın yaydığı video görüntülərdə Rafiq Bayramov “cari təmir işləri üçün nəzərdə tutulan vəsaitin 10 fazinin nazirliyin ehtiyacları üçün geri verildiyini” deyir. Onun sözlərinə görə, rayonlarda müəyyən cari təmir işləri üçün 1 milyon 500 min pul ayrılır və il ərzində 40-45 müəssisə təmir olunurdu. “Bu məbləğin 10 faizini idarə rəisləri nazirliyə dəstək kimi verirdilər. Məbləğ təxminən 150 min edir,”- Rafiq Bayramov DTX-nın əməliyyat işçilərinə deyib./mozalan.az/

Bölmənin digər xəbərləri

31 May 2020 Qarabağda törədilənlərdən təsirlənib erməni dərnəyini təhdid etdi, həbs olundu “İNTERNETDƏ TANIŞ OLDUĞUM AZƏRBAYCANLI QIZ DANIŞMIŞDI…”
31 May 2020 Yalnız bu taksi sürücüləri şəhərlərarası sərnişin daşıya biləcəklər
31 May 2020 Karantin içində karantin buna deyirlər – Görək “Azərişıq” nə deyir
31 May 2020 Hazırlıq kursları açılsın - BU ŞƏRTLƏR və SAATLARDA
31 May 2020 Ağ Evin ətrafı boşaldıldı: 5 saat sonra
30 May 2020 “Mars Overseas Baku”dan ÖZBAŞINALIQ - GİLEY
30 May 2020 Dələduzlar xüsusi təyinatlı geyimləri necə əldə edirlər? - VİDEO
30 May 2020 Bakıda çəkilən bu görüntülər müzakirələrə səbəb oldu - Video
30 May 2020 İnterpolun axtardığı "Maserati" görün harada tapıldı - FOTOLAR
30 May 2020 UEFA Çempionlar Liqası ilə bağlı qərarın veriləcəyi tarixi açıqlayıb
30 May 2020 Bakıda kişini dostu kürəyindən bıçaqladı
30 May 2020 Prazident Əbülfəs Qarayevə niyə əsəbiləşmişdi? – Yarımçıq layihə
29 May 2020 Eynulla Fətullayevə ağır itki
29 May 2020 Saleh Məmmədov bu layihədə ancaq PUL GÜDÜB... - FOTOFAKT
29 May 2020 Bakıda qətl: Ər arvadını bıçaqlayıb öldürdü
28 May 2020 Əli Həsənovun verdiyi mənzillər satışa çıxarıldı - QİYMƏTLƏR
28 May 2020 Maşının ön şüşəsinə çırpılanın nə olduğunu gördükdə şoka düşdü - FOTOLAR
28 May 2020 Karantin cərimələrilə bağlı mübahisə böyüyür – Yol polisi israr edir, amma ortada faktlar var
28 May 2020 Qalata Qülləsi bayrağımızın rəngləri ilə işıqlandırıldı - Foto
28 May 2020 Səkkiz il yeyib içməyən yoq öldü

Dünyapress TV

Xəbər lenti