"VURULACAQ" NÖVBƏTİ İCRA BAŞÇILARI GENERALLARIN HESABINA UCALANLARDIR - SİYAHI
Son həftələrdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İcra hakimiyyətlərində həyata keçirdiyi xüsusi əməliyyatlar yerli idarəçiliyin dəyişdirilməsi, sistem xarakterli islahatların vacibliyini gündəmə gətirib.
Cəmiyyətdə onsuz da neqativ məmurların yığışdığı ünvan kimi qəbul edilən bütün icra strukturlarında korrupsiya və rüşvətxorluğun təxminən eyni mexanizminin mövcudluğu barədə bilgilər yetərincədir. Bu mənada, bir sıra aydınlar, millət vəkilləri, ən yüksək rütbəli dövlət yetkililəri hesab edir ki, həbslər bu sistemin dağıdılması və idarəçiliyin effektiv, şəffaf olmasını təmin edə bilməyəcək. Ona görə, cinayətə bulaşmış icra başçılarının sürətlə təmizlənməsi, gənc və daha innovativ, sağlam düşüncəli kadrlarla əvəzlənməsi situasiyanı xeyli yumşaltsa da, köklü qurtuluş yolu deyil. Təkliflər var ki, ümumiyyətlə icra hakimiyyəti strukturunun ya dəyişdirilməsinə, ümumiyyətlə, hətta tam ləğvinə getmək lazımdır.
Görünən hələlik odur ki, icra strukturunun ləğvi ilkin ehtimal və təkliflər səviyyəsində müzakirə predmetidir.
"Demokratik.Az"-ın əldə etdiyi məlumata görə, həbslərin ardından əksər icra başçılarının rəddinə sayılı günlər qalır. İndi demək olar ki, bütün icra başçıları səksəkədə öz işlərindən azad olunacağı günü gözləyirlər. Təbii ki, cinayət tərkibli korrupsiya və rüşvətxorluq əməllərini yaxşı bilənlərin gözü-qulağı hər dəqiqə qapılarının cəftəsinə zillənmiş vəziyyətdədir. Elələri var ki, yuxusunda da "qara maskalı" DTX əməkdaşlarının gəlişini gözləyirlər.
Aldığımız məlumata görə, növbəti həftədən etibarən icra hakimiyyəti strukturunda islahatların rəsmi "təmizləmə" dalğası özünü göstərəcək. Kütləvi şəkildə icra başçıları vəzifələrindən atılacaq. Artıq könüllü şəkildə bir çoxları öz İSTEFA ərizələrini özləri yazıb.
Məlumatlı mənbəmizin saytımıza bildirdiyinə görə, ölkənin Qərb bölgəsində "at oynadan" əksər icra başçıları eyni anda zəruri islahatların qurbanı olacaq.
"Vurulacaq olanlar" siyahısında Şəmkirin icra başçısı Alimpaşa Məmmədov, Qazaxın icra başçısı Rəcəb Babaşov, Daşkəsənin icra başçısı Əhəd Abıyev, Göygölün icra başçısı Arif Seyidov və Samuxun qocalmış icra başçısı Alı Qocayev olduğu iddia olunur. Bundan başqa, prezident İlham Əliyevin Gəncə şəhərinin tənbəl rayon icra başçıları ilə də vidalaşacağı gözləniləndir.
Bəs, adıkeçən icra başçıları kimdir, necə olub ki, məhz onlar icra başçısı postlarına yüksəldiliblər?
Bu sualla bir haşiyə çıxmaq yerinə düşər.
Son həbslər və Azərbaycan reallıqları göstərir ki, əslində icra başçıları təkcə prezidentin iradəsinə deyil, hakimiyyətdə təmsil olunan iri ranqlı oliqarx şəxslərə də güvənərək gündəmə gəlirlər. Prezident özü də icra başçılarının həbsindən danışarkən onların kimlərinsə köməyinə arxayın olduğunu tez-tez xatırladıb. Və dəfələrlə qeyd edib ki, həm həbsdə olanlar, həm bəzi özünü yığışdırmayan məmurlar heç kimə arxayın olmasınlar, çünki artıq heç kimə şans verilməyəcək.
Bu tezisdən yola çıxaraq bizdə olan maraqlı bilgiləri oxucularımızla bölüşürük.
Yerli media orqanlarında dəfələrlə qeyd edildiyi kimi, Qərb bölgəsinin rayonları bir neçə oliqarx məmurun - Bəylər Eyyubov, Kəmaləddin Heydərov və sabiq Vergilər Naziri Fazil Məmmədov kimi generalitetlərin kurasiyasında fırlanıb. Və yuxarıda adını çəkdiyimiz icra başçılarının təyinatında və uzun illər "toxunulmaz" davranışlarında məhz bu generalların payı olub.
Qazax və Şəmkir rayonlarının hazırki icra başçıları - Rəcəb Babaşov və Alimpaşa Məmmədovun Vergi sistemindən transferləri, sabiq nazirlə yaxınlıqları artıq danılmaz reallıqdır. Rəcəb Babaşov sabiq nəqliyyat naziri Ziya Məmmədovla quda, sabiq MTN naziri Eldar Mahmudovla da dost olub. Alimpaşa Məmmədov isə paralel gücü Meliorasiya və Su Təsərrüfatı ASC-nin şefi Əhmədzadədən də aldığına dair informasiyalar var.
Bu rayonlarda Fazil Məmmədovsuz hansısa işlərin yürüdüyünü söyləmək xeyli çətinləşir. Sabiq nazirə məxsus obyektlərin Şəmkiri bürüməsi də Alimpaşa Məmmədovu ondan asılı edir.
Göygölə 15 ildir rəhbərlik edən Arif Seyidov və Daşkəsənin 10 ildir alternativsiz icra başçısına çevrilən Əhəd Abıyev isə prezidentin Mühafizə İdarəsinin rəisi General Polkovnik Bəylər Eyyubovun "adamları" sayılır. Bu iddia barədə də dövri mətbuatda yetərincə faktlar səsləndirilib.
Qərb bölgəsində paytaxt funksiyasını daşıyan Gəncə şəhəri isə daha xarakterikdir. Hazırki icra başçısı Niyazi Bayramovun sabiq Gömrük rəisi olması, Kəmaləddin Heydərovla yaxınlığı diqqətçəkicidir. Hazırda şəhərdə görülən irimiqyaslı layihə işlərində məhz Fövqəlnazirin pay sahibliyinin olduğu iddialar sırasındadır. Sabiq icra başçısı, 2018-ci ilin iyulunda sui-qəsdə uğrayan Elmar Vəliyevin də Kəmaləddin Heydərovun kadrlarından olduğu, eyni zamanda Bəylər Eyyubovla qohumluğu faktı mövcuddur. Çıxarılacaq olan Nizami rayonunun icra başçısı Nizami Hacıyevin təyinatına nəzər saldıqda Elmar Vəliyevin, Kəpəz rayonunun hazırki icra başçısı Eldəniz Xudiyevə münasibətdə deputat Musa Quliyev və Kəmaləddin Heydərovun "əl izi"nə rast gəlinir.
Samux rayon icra başçısı Alı Qocayevə gəldikdə, o da artıq 10 ildir ki, bu rayonda təqaüd yaşını artırır. Alı Qocayev sabiq parlament spikeri Oqtay Əsədovun qudası, fövqəlgeneral Kəmaləddin Heydərovun da yaxın dostudur.
Siyahımızda yer alan icra başçılarının DOSYElərinə və idarəetmə vərdişlərinə göz gəzdirsək, barələrində daha ciddi iddiaların əlavəsinə imkanlar yaranır. Amma, artıq "yol üstə" olanlar barədə əlavə sözə, fəaliyyətlərinə dair geniş şərhlərə ehtiyac qalmır. Əsas odur ki, bunlar da tezliklə gedir, rayonlarda əziyyət çəkən sakinlərə yeni nəfəslik gəlir.
Nə deməli, uzun illərdir yarıtmaz fəaliyyətləri olan icra başçılarının özlərinə və əməllərinə - YAXŞI YOL OLSUN!
Osman Nərimanoğlu
Demokratik.Az

Bölmənin digər xəbərləri

31 May 2020 Qarabağda törədilənlərdən təsirlənib erməni dərnəyini təhdid etdi, həbs olundu “İNTERNETDƏ TANIŞ OLDUĞUM AZƏRBAYCANLI QIZ DANIŞMIŞDI…”
31 May 2020 Yalnız bu taksi sürücüləri şəhərlərarası sərnişin daşıya biləcəklər
31 May 2020 Karantin içində karantin buna deyirlər – Görək “Azərişıq” nə deyir
31 May 2020 Hazırlıq kursları açılsın - BU ŞƏRTLƏR və SAATLARDA
31 May 2020 Ağ Evin ətrafı boşaldıldı: 5 saat sonra
30 May 2020 “Mars Overseas Baku”dan ÖZBAŞINALIQ - GİLEY
30 May 2020 Dələduzlar xüsusi təyinatlı geyimləri necə əldə edirlər? - VİDEO
30 May 2020 Bakıda çəkilən bu görüntülər müzakirələrə səbəb oldu - Video
30 May 2020 İnterpolun axtardığı "Maserati" görün harada tapıldı - FOTOLAR
30 May 2020 UEFA Çempionlar Liqası ilə bağlı qərarın veriləcəyi tarixi açıqlayıb
30 May 2020 Bakıda kişini dostu kürəyindən bıçaqladı
30 May 2020 Prazident Əbülfəs Qarayevə niyə əsəbiləşmişdi? – Yarımçıq layihə
29 May 2020 Eynulla Fətullayevə ağır itki
29 May 2020 Saleh Məmmədov bu layihədə ancaq PUL GÜDÜB... - FOTOFAKT
29 May 2020 Bakıda qətl: Ər arvadını bıçaqlayıb öldürdü
28 May 2020 Əli Həsənovun verdiyi mənzillər satışa çıxarıldı - QİYMƏTLƏR
28 May 2020 Maşının ön şüşəsinə çırpılanın nə olduğunu gördükdə şoka düşdü - FOTOLAR
28 May 2020 Karantin cərimələrilə bağlı mübahisə böyüyür – Yol polisi israr edir, amma ortada faktlar var
28 May 2020 Qalata Qülləsi bayrağımızın rəngləri ilə işıqlandırıldı - Foto
28 May 2020 Səkkiz il yeyib içməyən yoq öldü

Dünyapress TV

Xəbər lenti