Ölkəyə qanunsuz gətirilən külli miqdarda siqaret aşkarlandı
 

Gömrükçülərin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində ölkəmizə qanunsuz yollarla gətirilən, təxmini dəyəri 6 milyon manat təşkil edən tütün məmulatlarının realizə edilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Publika.az-a verilən məlumata görə, komitənin Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən və Azərbaycan Respublikasının vətəndaşı Tahirov İlkin Əlifağa oğlunun faktiki istifadəsində olan qapalı tipli anbarda ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış külli miqdarda tütün məmulatlarının saxlanılması barədə əməliyyat məlumatı daxil olub.

Dərhal yaradılan əməliyyat qrupu qeyd olunan ünvanda yerləşən 500 kvadratmetrlik qapalı tipli anbara baxış keçirib. Yoxlama zamanı anbarda 5 041 karton qutu aşkar olunub. Qutulara baxış keçirilən zaman oradan Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 924 000 qutu “Milano”, 983 500 qutu “Cavallo”, 584 000 qutu “Kent Nanotek 2” və 29 000 qutu “Marlboro Gold Edge” markalı, ümumilikdə isə 50 410 000 ədəd siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Bölmənin digər xəbərləri

26 May 2020 “The Jerusalem Post” qəzeti Azərbaycan müxalifətində yaşanan gey qalmaqalından yazır
26 May 2020 Kəmaləddin Heydərovun atasına müraciət edildi: "Bayram günlərində oğlunuzu görsəniz..."
26 May 2020 Sahildə bağlama tapdı — Açanda GÖZLƏRİNƏ İNANMADI
26 May 2020 Baş dəmiryolçunun yolu heç də hamar olmaya bilər... - İDDİA
26 May 2020 Başqalarını Bakıya çağırmırlar, arxasınca Bakıdan gəlirlər... - Daha bir başçı hədəfdə
26 May 2020 Rusiyada helikopter sərt eniş edib, ölənlər var
25 May 2020 Son 30 ilin isti yayı və küləkli dövrü gəlir — Səhhətimizə necə təsir edəcək?
25 May 2020 İrəvan Respublikası Millət Şurasının strukturları yaradıldı
25 May 2020 Gürcüstanın Azərbaycanla sərhəd rayonunda zəlzələ olub –3.6 bal gücündə
25 May 2020 İngiltərəyə 17 milyon dollar aparan azərbaycanlı ər-arvad kimdir?
25 May 2020 Moskvadakı silahlı atışmanın görüntüsü yayıldı - Video
25 May 2020 Ruhi xəstə polisə bellə hücum etdi
25 May 2020 Bu şəxslərə hər ay 800 manat ÖDƏNİLƏCƏK - QƏRAR VERİLDİ
24 May 2020 Ağdaşda qəza nəticəsində avtomobil iki hissəyə bölünüb - FOTOLAR
24 May 2020 Baş prokurorun yeni müavinləri - Hərəsi bir ölkədə təhsil alıb — DOSYE
24 May 2020 “Jurnalistlər binası”ndan uçan məhəccər avtomobili zədələdi - FOTO
24 May 2020 Nə sosial məsafəyə riayət edirlər, nə də tibbi maska taxırlar - VİDEO
24 May 2020 Bakıda külək Neftçilər xəstəxanasının dam örtüyünün bir hissəsini uçurub
24 May 2020 Rusiyada soydaşımızı qətlə yetirən erməni hələ də azadlıqdadır - XİN niyə susur?
24 May 2020 Xəzərdə dalğanın hündürlüyü 8 metri keçəcək – XƏBƏRDARLIQ EDİLDİ

Dünyapress TV

Xəbər lenti