Kareliyada səs-küylü qətl:
Rusiyanın Kareliya muxtar vilayətinin inzibati paytaxtı Petrozavodskda baş vermiş qəza hadisəsi qətllə sonuclanıb. Odlu silahla qonşusunu güllələyən iş adamı Yevgeni Yablokov artıq istintaq təcridxanasına yerləşdirilib.

Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, 56 yaşlı iş adamı məlum qətldən üç ay öncə qonşusunu öldürməyə cəhd edib. Həmin vaxt isə hadisə ilə bağlı cinayət işi qaldırılmayıb.

Qeyd edək ki, hadisə martın 18-də şəhərin imkanlı şəxslərinin məskunlaşdığı Pravda küçəsi, 44 ünvanında - elit yaşayış kompleksindəki binanın həyətində baş verib. Bir neçə dəqiqədən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəliblər. Naməlum şəxs avtomobili və silahı ataraq hadisə yerindən qaçmağa müvəffəq olub. Lakin tez bir zamanda qətli törədənin şəxsiyyəti müəyyənləşdirilib.

1585160060_2.jpg

Atışmanı görən şahidlər polis əməkdaşlarına “Reno-Loqan” avtomobilinin sahibinin kim olduğunu açıqlayıblar. Məlum olub ki, 56 yaşlı iş adamı həyətdə qonşusu ilə mübahisə edib. Qonşular arasındakı qısa insident qansız ötüşməyib. Biznesmen öz azyaşlı oğluna evdən silah gətirməsini əmr edib. Atasının göstərişinə əməl edən azyaşlı evdən gətirdiyi silahı ona verib. Bundan sonra Yablokov silahdan atəş açmağa başlayıb. Avtomoblin sahibi həmin atışmadan möcüzə nəticəsində sağ qalıb. O, maşının arxasında gizlənə bilsə də, yanındakı – 53 yaşlı azərbaycanlı Vahid Vəliyev aldığı güllə yarasından hadisə yerində dünyasını dəyişib.

Tanınmış iş adamı Yablokovun barəsində axtarışa elan edilib. Bir neçə saatdan sonra yol polisi əməkdaşları iş adamını saxlayıblar. Onun barəsində qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb və iki aylıq həbs qətimkan tədbiri seçilib.

“RİA Novosti”nin əməkdaşları təqsirləndirilən şəxsin vəkili ilə əlaqə saxlamağa çalışıblar. Vəkil onlara əvvəlcə daha sonra müraciət etməyi bildirsə də, sonradan telefon zənglərinə cavab verməyib.

Qonşuların sözlərinə görə, Yablokov uzun zamandan bəridir ki, onların həyatını zəhərə döndərib.

"Bu yaşayış evində cəmi səkkiz mənzil var. Hər birininin ümumi sahəsi 300 kvadrat metrdir. Mənzillərdən biri yerli biznesmen, restoranlar şəbəkəsinin sahibi Maarif Musayevə məxsusdur. Həmin mənzildə onun tabeçiliyində olan şəxslər yaşayırlar. Hamısı özlərini sakit aparır, heç kəsə mane olmurlar. Amma Yablokov mütəmadi olaraq münaqişə yaradır, hamını narahat edir. Həm də təkcə miqrantlara deyil, başqa kirayənişinlərə qarşı da eyni cür davranır”- qonşular belə deyir.



Sakinlərin dediyinə görə, ötən ilin dekabrında iş adamı qonşusu tərəfindən həyətdə quraşdırılmış müşahidə kamerasını naqillərini kəsib. Həmin vaxt qonşular arasındakı mübahisə dava-dalaşsız ötüşüb. Növbəti gün isə işdən evə qayıdan biznesmen kafenin əməkdaşlarıyla dalaşıb. Onların arasında sonradan qətlə yetirdiyi Vahid Vəliyev də olub:"Yablokov qaz tapançası çıxararaq Vahidə sarı tuşladı, atəş açdı. Biz onu dərhal xəstəxanaya apardıq. Həkimlər Vahidin göz nahiyyəsinin ağır dərəcəli yanıq xəsarəti aldığını dedilər. Xoşbəxtlikdən görməsi bərpa olundu. Bu hadisədən sonra Vahid polisə və prokurorluq orqanlarına şikayət etdi”

Baş vermiş insident müşahidə kameralarında qeydə alınsa da, hadisənin şahidləri bununla bağlı öz ifadələrində hər şeyi açıqlasalar da faktla bağlı cinayət işi qaldırılmayıb.

1585160039_3.jpg

Karaleya muxtar vilayətinin Daxili İşlər Nazirliyinin ictimai əlaqələr şöbəsinin rəisi Aleksandr Voronçenko mətbuat nümayəndələrinə hazırda istintaq tədbirləri davam etdirildiyini və hələlik heç nə deyə bilməyəcəyini söyləyib.

İstintaq Komitəsi həmçinin, polis əməkdaşlarının Vəliyevin şikayət ərizəsinə hansı səbəbdən biganə yanaşmalarını araşdırır.

"O hadisədən sonra Yablokov bir müddət sakitləşdi və hətta uzun zaman harasa qeyb oldu. Amma martda təkrar qayıtdı, yenidən problem yaratmağa başladı. Bəzən biz hətta öz mənzilimizdən çıxmağa belə qorxurduq. Çünki Yablokov özünü qeyri-adekvat aparırdı"- qonşular belə deyib.

Pravda küçəsindəki silahlı atışma bütün Petrozavodsda yayılıb. Vaxtililə Yablokovun mübahisə etdiyi, münaqişədə olduğu şəxslər də onun səbrsiz və hisrli adam olduğunu bildiriblər.

"Bir dəfə mən itlə gəzirdim. Yablokovun alabayı mənim itimə hücum etdi. Həqiqət mənim tərəfimdə olsa da, onsuz da məni ittiham edirdi. Vəziyyətin gərginləşdiyini görüb münaqişədən çəkildim”- şəhər sakini deyir.

1585159983_4.jpg

Sosial şəbəkələrdə iş adamının başqa bir nəfərlə yol hadisəsinə görə mübahisə etməsi ilə bağlı videogörüntü yerləşdirilib. Orada Yablokov avtomobili yararsız hala düşmüş cavan oğlanla dalaşır, onu təhqir edir, söyür, maşınını zədələyir, özünü vurmağa çalışır. Həmin videoçarxın müəllifinin sözlərinə görə, tərəflər arasındakı münaqişə ötən il baş verib. Bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət olunub-olunmadığı məlum deyil.

Bu dəfə isə vəziyyət daha ciddidir. İttihamlar öz təsdiqini taparsa Yablokovu ən azı 15 il həbs cəzası gözləyir.

Qətlə yetirilən iki uşaq atası Vahid Vəliyevin meyiti məhkəmə tibbi ekspertizasından sonra öz vətəninə - Azərbaycana göndərilib.

"Vahid Petrozavodskya çoxdan köçmüşdü. On ilə yaxın idi ki, kafedə işləyirdi. Müdirin sürücüsü idi, mətbəxdə bizə köməklik edirdi, malları daşıyırdı. Çox qoçaq idi, işgüzardı. Həm də olduqca xeyirxah insan idi. Hətta zibillikdə yaşayan sahibsiz itlərə belə yazığı gəlirdi, onlara yemək verirdi”- iş yoldaşı mərhumun haqqında danışır.

Mərhum Vəliyevin iş yoldaşları onun qatilinə ən ağır cəza verilməsinə nail olmaqla yanaşı, həm də ailəsinə mənəvi təzminat ödənilməsini də tələb edəcəklərini biildiriblər.

İnarə Rafiqqızı

Virtualaz.org

Bölmənin digər xəbərləri

10 Aprel 2020 Fizuli rayonunun İcra başçısı Alı Alıyev yardım paylamaq adı altında təkəbbür nümayiş etdirir? - FOTO
10 Aprel 2020 Tikinti ilə bağlı qanunvericiliyə dəyişiklik edildi
10 Aprel 2020 Milyonlara başa gələn E-sosial.az saytı çökdü - Foto
10 Aprel 2020 Birdəfəlik ödəmə almaq istəyənlərin DİQQƏTİNƏ: 3 müraciət üsulu açıqlandı
10 Aprel 2020 190 manatla bağlı ən çox verilən sualların - Cavabları
10 Aprel 2020 Bakıda yollar boşaldı, avtoşluq başladı – Ekspert
10 Aprel 2020 Karantin dövründə sığortası olmayan avtomobillər cərimələnəcək? - AÇIQLAMA
10 Aprel 2020 Heydər Əliyev Mərkəzindən Rusiyaya həmrəylik mesajı (VİDEO)
10 Aprel 2020 Karantin postunu maşını ilə qıran iş adamının FOTOLARI
09 Aprel 2020 Polislə qalmaqal yaradan şəxs Səfa Mirzəyevin işçisi çıxdı – Milli Məclisdən qovuldu
09 Aprel 2020 23 deputat Milli Məclisin iclasına qatılmadı - SİYAHI
09 Aprel 2020 Aprelin 9-dan bu şəxslərin küçəyə çıxma icazəsi ləğv olunur
09 Aprel 2020 Ağır xəstələrin rayondan Bakıya gətirilməsinə icazə verilir – Operativ Qərargah
09 Aprel 2020 Koronavirusa yoluxan idmançı həkimlərdən belə qaçdı - VİDEO
09 Aprel 2020 Hətta külünü də basdırırıq - Poliqondan koronavirus açıqlaması
09 Aprel 2020 Hətta külünü də basdırırıq - Poliqondan koronavirus açıqlaması
09 Aprel 2020 Polisi hərəkətə keçirən görüntülər - Hər yerdə axtarılır (VİDEO)
09 Aprel 2020 Uşaqlarının "ucbatından" kökəlib-arıqlayan valideynlərə kömək
08 Aprel 2020 "Dəfələrlə Sosial Müdafiə Fonduna müraciət etmişik..." - GİLEY
08 Aprel 2020 Koronavirusa yoluxduğunu güman edən cütlük intihar etdi

Dünyapress TV

Xəbər lenti