Tibb işçiləri üçün xüsusi avtomobillər ayrılır
Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının könüllüləri də sosial layihəyə zəruri dəstək göstərəcəklər
Ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizəyə dəstək çərçivəsində daha bir sosial addım atılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, İqtisadiyyat və Təhsil nazirlikləri, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və “Azərmaş” ASC birgə əməkdaşlıq çərçivəsində ölkə daxilindəki tibb müəssisələrinə dəstək aksiyasına başlayıblar.

Sosial aksiya çərçivəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinın həyata keçirilməsində köməklik göstəriləcək.

Belə ki, ölkə daxilindəki səhiyyə müəssisələrinə tibbi ləvazimatların və materialların vaxtında çatdırılması, habelə koronavirusla mübarizə sahəsində fəaliyyət göstərənlərə dəstək məqsədilə “Azərmaş” ASC tərəfindən 100 avtomobil və sürücü ayrılıb.

Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının könüllüləri də sosial layihəyə zəruri dəstək göstərəcəklər. Könüllülər tibbi ləvazimatların və materialların çatdırılmasına, habelə əsas tibbi heyətə yardımçı işlərdə köməklik edəcəklər.

Sürücülər və könüllülər zəruri qoruyucu vasitələrlə təmin olunacaqlar.

Bölmənin digər xəbərləri

19 Sentyabr 2020 Samuxda qayınata kürəkənini bıçaqlayıb
19 Sentyabr 2020 Meşə torpaqları aqrobağlara niyə 50 ilədək icarəyə verilir?
19 Sentyabr 2020 Ramiz Zeynalovun baş həkim olan qardaşı məhkəmə qarşısında
19 Sentyabr 2020 Çantasında doğranmış qadın cəsədi ilə QONAQLIĞA GETDİ
18 Sentyabr 2020 Yer üzündə canlıların daha bir kütləvi yox olması dövrü aşkarlanıb
18 Sentyabr 2020 Prezidentin köməkçisi Ramiz Mehdiyevlə görüşdü - FOTOLAR
18 Sentyabr 2020 Sürücü bahalı avtomobillə qırmızı işıqda keçdi - 90 SV 100 - VİDEO
17 Sentyabr 2020 “Elman Nəsirov deputatdır, dedi-qodu, qeybət etməməlidir” - YAP-çı deputatlar DALAŞDI
17 Sentyabr 2020 Ramiz Mehdiyev mülklərini satır - Onların qapısını bircə dəfə də açmayıb
17 Sentyabr 2020 “Deputatın sürücüsü kimlərinsə adını əfv siyahısına saldırıb” - Azərbaycanda daha bir ŞOK hadisə
17 Sentyabr 2020 Tələbələr BDU rektorundan NARAZILIQ ETDİ - "Mən belə qanun tanımıram"
17 Sentyabr 2020 Polşa sabiq prezident Lex Kaçinskinin öldüyü təyyarə qəzası ilə bağlı 3 dispetçeri həbs etmək istəyir
17 Sentyabr 2020 Dövlət İmtahan Mərkəzi imtahan nəticələrini elan etdi
17 Sentyabr 2020 Bakıda 39 yaşlı kişi güllələndi
17 Sentyabr 2020 Bakıda gənc ürəyindən bıçaqlanaraq qətlə yetirilib
17 Sentyabr 2020 “Baku Steel Company” şirkətinin əməkdaşları Prezidentə müraciət etdilər
16 Sentyabr 2020 Yarıçılpaq kişi məscidi darmadağın etdi - VİDEO
16 Sentyabr 2020 Azərbaycanlılarla ermənilər arasında dava - 11 nəfər həbs olundu
16 Sentyabr 2020 Mübariz Mənsimovun məhkəməsi bu tarixədək uzadıldı
16 Sentyabr 2020 Mübariz Mənsimov məhkəmədə ifadə verdi

Dünyapress TV

Xəbər lenti