Naxçıvana giriş qadağan olundu
Naxçıvan Muxtar Respublikasına təyyarə uçuşları dayandırıldığından Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinə Sədərək gömrük keçid məntəqəsindən keçməklə Naxçıvan Beynəlxalq Hava Limanından Bakı şəhərinə yola salınan Azərbaycan Respublikası vətəndaşlarının (ölkəmizin digər bölgələrindən olanlar) keçidini dayandırmaq tapşırılıb.

Teref.az-ın xəbərinə görə, bu barədə bu gün dünyada pandemiya elan olunan virusun muxtar respublika ərazisində yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərə həsr olunan müşavirədə qərar qəbul edilib.

Eyni zamanda Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti və Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi ilə birlikdə isə bütün xarici ölkə vətəndaşlarının muxtar respublikaya gəlişini dayandırmaq, həmçinin muxtar respublika ərazisinə bütün nəqliyyat vasitələrinin giriş-çıxışının dayandırılması, yalnız tranzit yüklərin daşınmasına icazə verilməsi, tranzit yük maşınlarının dezinfeksiya edilməsi, kiçik həcmli yüklərin sərhəd gömrük anbarlarında boşaldılması, sürücülərin mütəmadi yoxlanılması və onların hərəkət qrafikinə nəzarət edilməsi tapşırılıb.

Beynəlxalq Hava Limanından muxtar respublikaya gələn və gedən vətəndaşlar ciddi şəkildə yoxlanılmalı, Səhiyyə Nazirliyi və Dövlət Gömrük Komitəsi bununla bağlı Hava Limanına zəruri köməklik göstərməlidir.

Bölmənin digər xəbərləri

03 Aprel 2020 BP liftin düyməsini ayaqla basan əməkdaşını cəzalandırmaqdan yayınır?
03 Aprel 2020 Alimpaşa Məmmədov himayəçi axtarışında və yaxud yeni mahnılar köhnə ifada...
03 Aprel 2020 Azərbaycanda yüksək vəzifəli məmur dövlət qurumunu məhkəməyə verdi - SƏBƏB
03 Aprel 2020 Tibb müəssisələrində 2 saatdan artıq qalan vətəndaşlar arayış təqdim etməlidirlər
03 Aprel 2020 Karantin rejmini “fürsətə” çevirən işbazlar - ARAŞDIRMA
03 Aprel 2020 Xətai rayon İcra Hakimiyyəti məhkəməyə verildi - Səbəb
03 Aprel 2020 Vətəndaşlar iki halda yaşayış yerini icazəsiz tərk edə biləcək
03 Aprel 2020 DİM şagirdlər üçün elektron imtahanlar keçirə bilər
03 Aprel 2020 Polis Qusarda profilaktik tədbirləri davam etdirir
03 Aprel 2020 Ermənistanda koronavirusdan ölənlərin sayı artdı
03 Aprel 2020 Ankarada zəlzələ BAŞ VERDİ
03 Aprel 2020 Evdən çıxmaq məqsədilə 8103-ə yanlış SMS göndərənlərə xəbərdarlıq edildi
02 Aprel 2020 Çilinin Argentinadakı konsulu koronavirusdan öldü
02 Aprel 2020 Maska taxmayın: əgər xəstəsinizsə... – Kadırov
02 Aprel 2020 Biz xalqıq, millət olsaq, adımız olardı... – Tahir Kərimli
02 Aprel 2020 Nazirin korona "qorxusu": Mənə yaxınlaşma! - Video
02 Aprel 2020 Bakıda GÜCLÜ YANĞIN BAŞ VERDİ - VİDEO (YENİLƏNDİ)
01 Aprel 2020 Polşa-Ukrayna sərhəddində yüzlərlə vətəndaşımız çarəsiz vəziyyətdə
01 Aprel 2020 Türkiyədə yüksək vəzifəli şəxs koronavirusa yoluxdu
01 Aprel 2020 Evdən maskasız çıxanlar cərimələnəcək? — RƏSMİ AÇIQLAMA

Dünyapress TV

Xəbər lenti