"Geriyə baxma, qoca" - Bakı küçələrindən VİDEO
Polis əməkdaşları park və xiyabanlarda xüsusi karantin rejiminə əməl etməyən yaşı 65-dən yuxarı şəxslərlə profilaktik söhbətlər apararaq onlara xəbərdarlıq ediblər

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq, polis işçiləri Bakının park və xiyabanlarında profilaktik reydlər keçiriblər.

Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, karantin rejimində digər zəruri tədbirlərlə yanaşı, 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilib. Xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət isə Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyinə həvalə olunub.


Təəssüf ki, reyd zamanı karantin rejiminə əməl etmək istəməyən, yaşı 65-dən yuxarı olan sakinlərə təsadüf olunub. Onlarla profilaktik söhbətlər edilib, Nazirlər Kabinetinin müvafiq qərarı barədə məlumat verilərək xüsusi karantin rejimi müddətində həm öz sağlamlıqlarını qorumaları, həm də cəmiyyətdə koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdan ötrü evdən çıxmamaq barədə xəbərdarlıq edilib.

Bundan sonra yaşı 65-dən yuxarı şəxslər polis əməkdaşları tərəfindən yaşadıqları ünvanlara qədər müşayiət ediliblər.

Qeyd edək ki, koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə ölkə ərazisində sosial izolyasiya tədbirləri, məhdudiyyətlər tətbiq edilməkdədir. Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə virus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması üçün 24 mart 2020-ci il saat 00:00-dan etibarən xüsusi karantin rejimi elan edilib.

Bölmənin digər xəbərləri

03 Aprel 2020 BP liftin düyməsini ayaqla basan əməkdaşını cəzalandırmaqdan yayınır?
03 Aprel 2020 Alimpaşa Məmmədov himayəçi axtarışında və yaxud yeni mahnılar köhnə ifada...
03 Aprel 2020 Azərbaycanda yüksək vəzifəli məmur dövlət qurumunu məhkəməyə verdi - SƏBƏB
03 Aprel 2020 Tibb müəssisələrində 2 saatdan artıq qalan vətəndaşlar arayış təqdim etməlidirlər
03 Aprel 2020 Karantin rejmini “fürsətə” çevirən işbazlar - ARAŞDIRMA
03 Aprel 2020 Xətai rayon İcra Hakimiyyəti məhkəməyə verildi - Səbəb
03 Aprel 2020 Vətəndaşlar iki halda yaşayış yerini icazəsiz tərk edə biləcək
03 Aprel 2020 DİM şagirdlər üçün elektron imtahanlar keçirə bilər
03 Aprel 2020 Polis Qusarda profilaktik tədbirləri davam etdirir
03 Aprel 2020 Ermənistanda koronavirusdan ölənlərin sayı artdı
03 Aprel 2020 Ankarada zəlzələ BAŞ VERDİ
03 Aprel 2020 Evdən çıxmaq məqsədilə 8103-ə yanlış SMS göndərənlərə xəbərdarlıq edildi
02 Aprel 2020 Çilinin Argentinadakı konsulu koronavirusdan öldü
02 Aprel 2020 Maska taxmayın: əgər xəstəsinizsə... – Kadırov
02 Aprel 2020 Biz xalqıq, millət olsaq, adımız olardı... – Tahir Kərimli
02 Aprel 2020 Nazirin korona "qorxusu": Mənə yaxınlaşma! - Video
02 Aprel 2020 Bakıda GÜCLÜ YANĞIN BAŞ VERDİ - VİDEO (YENİLƏNDİ)
01 Aprel 2020 Polşa-Ukrayna sərhəddində yüzlərlə vətəndaşımız çarəsiz vəziyyətdə
01 Aprel 2020 Türkiyədə yüksək vəzifəli şəxs koronavirusa yoluxdu
01 Aprel 2020 Evdən maskasız çıxanlar cərimələnəcək? — RƏSMİ AÇIQLAMA

Dünyapress TV

Xəbər lenti