b_400_300_16777215_00_http___azpolitika.info_storage_news_5d5ac92168de09c20975d1511fa38e05_86e74d74-ac2a-4c59-a2c2-49213112ad5b.jpg
 

Yeni koronavirus epidemiyası ilə bağlı yarana biləcək ən əsas problemlərdən biri kimi ərzaq qıtlığı göstərilsə də, reallıqda Azərbaycan da daxil olmaqla, dünya ölkələrində ciddi ərzaq çatışmazlığına dair hər hansı əhəmiyyətli fakt mövcud deyil. Ölkəmizdə ərzaq çatışmazlığı ilə bağlı hər hansı ajiotaj, çatışmazlıq müşahidə olunmur və hökumət səviyyəsində bütün lazımi tədbirlər görülür.

Lakin “AzPolitika.info”-nun redaksiyasına müraciət edən oxucularımızın bəziləri son günlər xüsusilə də paytaxtımızda əhalinin ən çox üz tutduğu ticarət şəbəkələrindən olan “Araz” supermarketlərində bir çox tərəvəz növlərinin olmadığını bildirirlər. “Üç gündür satışda soğan, kartof və göyərti yoxdur”, deyə bildirən oxucularımızdan biri qeyd edib ki, son günlər bu şəbəkəyə aid bəzi supermarketlərdə ümumiyyətlə meyvə-tərəvəz şöbələri əvvəlki vaxtlarla müqayisədə sönük təsir bağışlayır.

Qeyd olunur ki, nisbətən ucuz və bol seçim imkanı yaradan, tez-tez endirim kampaniyaları təşkil edən “Araz” supermarketlərinin bir çoxunda qiymətlər hər zaman daha münasib olduğundan əhalinin bir qismi məhz bu mağazalardan alış-veriş etməyə üstünlük verib. Lakin son günlər sözügedən mağazalarda meyvə-tərəvəz çeşidi xeyli zəifləyib. Soğan, kartof, göyərti və digər bir çox məhsulların satışı isə ümumiyətlə yoxdur. Hansı ki, digər ticarət obyektlərində, eləcə də bu supermarketlərlə qonşuluqda yerləşən digər ticarət köşklərində həmin məhsullar kifayət qədər geniş çeşiddə təqdim olunmaqdadır.

Bunun nə ilə əlaqədar olduğuna dair məlumat almaq cəhdlərimiz nəticə vermədi. Ancaq “Araz” supermarketlər şəbəkəsinin bu problemlə bağlı mövqeyini dərc etməyə hazırıq.

“AzPolitika”

Bölmənin digər xəbərləri

03 Aprel 2020 BP liftin düyməsini ayaqla basan əməkdaşını cəzalandırmaqdan yayınır?
03 Aprel 2020 Alimpaşa Məmmədov himayəçi axtarışında və yaxud yeni mahnılar köhnə ifada...
03 Aprel 2020 Azərbaycanda yüksək vəzifəli məmur dövlət qurumunu məhkəməyə verdi - SƏBƏB
03 Aprel 2020 Tibb müəssisələrində 2 saatdan artıq qalan vətəndaşlar arayış təqdim etməlidirlər
03 Aprel 2020 Karantin rejmini “fürsətə” çevirən işbazlar - ARAŞDIRMA
03 Aprel 2020 Xətai rayon İcra Hakimiyyəti məhkəməyə verildi - Səbəb
03 Aprel 2020 Vətəndaşlar iki halda yaşayış yerini icazəsiz tərk edə biləcək
03 Aprel 2020 DİM şagirdlər üçün elektron imtahanlar keçirə bilər
03 Aprel 2020 Polis Qusarda profilaktik tədbirləri davam etdirir
03 Aprel 2020 Ermənistanda koronavirusdan ölənlərin sayı artdı
03 Aprel 2020 Ankarada zəlzələ BAŞ VERDİ
03 Aprel 2020 Evdən çıxmaq məqsədilə 8103-ə yanlış SMS göndərənlərə xəbərdarlıq edildi
02 Aprel 2020 Çilinin Argentinadakı konsulu koronavirusdan öldü
02 Aprel 2020 Maska taxmayın: əgər xəstəsinizsə... – Kadırov
02 Aprel 2020 Biz xalqıq, millət olsaq, adımız olardı... – Tahir Kərimli
02 Aprel 2020 Nazirin korona "qorxusu": Mənə yaxınlaşma! - Video
02 Aprel 2020 Bakıda GÜCLÜ YANĞIN BAŞ VERDİ - VİDEO (YENİLƏNDİ)
01 Aprel 2020 Polşa-Ukrayna sərhəddində yüzlərlə vətəndaşımız çarəsiz vəziyyətdə
01 Aprel 2020 Türkiyədə yüksək vəzifəli şəxs koronavirusa yoluxdu
01 Aprel 2020 Evdən maskasız çıxanlar cərimələnəcək? — RƏSMİ AÇIQLAMA

Dünyapress TV

Xəbər lenti