Yuxulu və qəzəbli -
"Qanunla aylıq iş norması 40 saatdır. Amma ictimai nəqliyyatda işləyənlər istirahət günlərini də iş sükan arxasında keçirirlər"
İşçilərin 8 saatdan artıq işlədilməsi qanunla qadağan olsa da, nəqliyyat sahəsində hələ belə hallar qalmaqdadır. Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin sədri Vüsal Kərimlini qəbul edərkən də bu məsələyə toxunub. Dövlət başçısı bildirib ki, sürücülərin hazırlanması, onların tibbi müayinəsi və iş qrafiki çox ciddi məsələdir:

"Mən bu yaxınlarda bildirdim ki, heç kim gündə 8 saatdan artıq işləməməlidir. Əgər kimsə işçiləri qanunsuz işlədirsə, istismar edirsə, cəzasını alacaq. Əlbəttə, əminəm ki, Bakı Nəqliyyat Agentliyində çalışan sürücülər bu meyarlara riayət edirlər. İnsanların rahatlığı da vacib məsələdir. İnsanlar müasir avtobuslarda özlərini çox rahat hiss edirlər. Prinsip etibarilə elə bir avtobus xidməti olmalıdır ki, hətta şəxsi nəqliyyat vasitəsi olan insanlar da şəhər nəqliyyatı ilə hərəkət etməyə üstünlük versinlər. Hesab edirəm ki, biz bu hədəfə yaxınlaşırıq. Ona görə bu istiqamətdə əlavə addımlar atılmalıdır".

Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli isə bildirib ki, kölgə iqtisadiyyatının, eyni zamanda, qeyri-formal iş rejiminin aradan qaldırılmasına, sürücülərin 8 saatdan artıq işləməsinin qarşısının alınmasına, ictimai nəqliyyatdakı dövriyyənin şəffaflaşmasına imkan yaradacaqdır: "Ümumilikdə bizim əsas məqsədimiz sərnişinlərin daha az vaxt sərf edərək mənzil başına rahat, təhlükəsiz çatmasıdır. Bunun üçün nəinki Bakı Nəqliyyat Agentliyi, eyni zamanda, ictimaiyyət də fəal olmalıdır".

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, nəqliyyat sektoru işçilərin iş saatından artıq işlədildiyi sahələrdən biridir:

"Bu məsələni prezidentin də vurğulaması göstərdi ki, ictimai nəqliyyatda Əmək Məcəlləsinin bu tələbi pozulur. BNA-ya tabe olan marşrutlarda sürücülərin iş rejimi qanunun tələbinə uyğundur. Amma sahibkarların əlində olan xətlərdə bununla bağlı vəziyyət elə də yaxşı deyil. Sahibkarlar işə götürdükləri sürücüləri səhər saat 6-dan gecə saat 12-dək işlədirlər. Sürücülər isə çox vaxt buna etiraz edə bilmirlər. Çünki bu zaman işlərini itirmək təhlükəsi ilə üzləşirlər. Biz hətta naharını belə sükan arxasında edən sürücülərə rast gəlirik. Sürücülər üçün nahar və çay fasiləsi verilməlidir".
E.Cəfər deyir ki, qanunla aylıq iş norması 40 saatdır. Amma ictimai nəqliyyatda işləyənlər istirahət günlərini də sükan arxasında keçirirlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən, gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq müəyyən edilə bilməz: "Əmək qanunvericiliyində bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər. Altıgünlük iş həftəsində də həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz".

Həmçinin Xidmətdən bildiriblər ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" 2015-ci ildən qəbul edilmiş qanundan sonra sahibkarlıq subyektlərinin yoxlanılması ancaq rəsmi şəkildə edilmiş müraciət əsasında aparıla bilər.

Ekspert Eldəniz Cəfər isə Əmək Müfəttişliyi Xidmətinin bu sahədə mübarizəyə başlamalı olduğunu söyləyir. O bildirir ki, bu problemi aradan qaldırmaq üçün Əmək Müfəttişliyi Xidməti anonimliyi təmin etməli, "qaynar xətt" yaratmalıdır:

"İctimai nəqliyyat elə bir sektordur ki, burada sürücülər növbəlilik rejimində çalışmalıdırlar. Bu, sərnişinlərin təhlükəsizliyi baxımından da çox önəmlidir. Yorğun sürücünün əsəbi olması, qəza törətmək riski çox yüksəkdir. Sahibkarlar bunu nəzərə almalıdırlar. Əgər sürücülərin növbəlilik rejimində işləməsini təmin etmirlərsə, buna görə qanunvericiliklə cəzalandırılmalıdırlar".
Ekspert bəzən sürücülərə qoyulan günlük planın çox olmasının da onları iş saatından artıq işləməyə sövq etdiyini söyləyir. O, bunun üçün sürücülərin plan əsasında deyil, əmək müqaviləsi əsasında işlədilməli olduğunu qeyd edir.

BNA-dan isə sorğumuza cavab olaraq bildirdilər ki, bununla bağlı daşıyıcılara sərt xəbərdarlıq edilib. Sürücüləri 8 saatdan artıq işlədən sahibkarlara bu nöqsanları aradan qaldırmaları barədə göstəriş verilib.

Xatırladaq ki, prezident İlham Əliyev Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında da işçiləri 8 saatdan artıq işlədən sahibkarlara sərt irad bildirmişdi. "Bizim 8 saatlıq iş günümüz var. Heç kim ondan artıq işləməməlidir. Amma daha çox pula qənaət etmək üçün 10 saat, 12 saat, ondan da çox işlədirlər. Buna son qoyulmalıdır və Nazirlər Kabineti buna nəzarət etməlidir. Xüsusi müşavirə keçirilsin ki, bu məsələlər müzakirə olunsun və əgər belə hallara yol verilirsə, o sahibkar cəzalandırılacaq".

Bölmənin digər xəbərləri

28 Mart 2020 Geyim əşyaları da virus daşıyıcısı ola bilər - Video
28 Mart 2020 Polşadan Bakıya daha 90 nəfər gətirildi
28 Mart 2020 Neftçalada sex yandı
28 Mart 2020 Ölkəyə qanunsuz gətirilən külli miqdarda siqaret aşkarlandı
28 Mart 2020 Bakıda evləri talayan şəxslər tutuldu - FOTO
28 Mart 2020 Bu qadağanın müddəti aprelin 21-dək uzadıldı
27 Mart 2020 Suçu, bağban, süpürgəçi işləyən baş redaktorlar... - İcra başçısı hansı jurnalistlərə "maaş kartı" verib?
27 Mart 2020 Koronavirusa görə qabaqlayıcı tədbirlər, yoxsa imitasiya?
27 Mart 2020 “Abşeron A1” MTK-nın dələduzluq tarixçəsi: - Şirkət adını dəyişib, əməlini yox
27 Mart 2020 hava şəraiti açıqlandı
27 Mart 2020 Şair Alxasov da xəstəliklə belə "mübarizə aparır"... - İDDİA
27 Mart 2020 Mingəçevirin Icra Başçısı Məcburi Köçkünlərə Qarşı-FOTO
27 Mart 2020 "Tərtər rayonunun məmurları dövlətimin bizə verdiyi evi satıblar, biz dərdimizi kimə deyək?"- Köçkün naləsi..FOTO
27 Mart 2020 Biləsuvarda İcra başçısı rüşvət istəyir: "5 azyaşlı uşaqların atası icra başçısından nələr danışdı " VİDEO
27 Mart 2020 “Genişmiqyaslı epidemiya olsa, bunun altından çıxa bilməyəcəyik” - İbrahim Məmmədov
27 Mart 2020 Koronavirusa görə Azərbaycanda 21 xəstəxana ayrıldı
26 Mart 2020 Kamran Əliyev Aslan İsmayılova zəng etdi: “Bakıya giriş üçün hansı məntəqələrdə pul alırlar?”
26 Mart 2020 Hər cür imkanları var, amma virusa birnci onlar yoluxurlar
26 Mart 2020 Ağalar Vəliyevin işçiləri narazılıq edir - Müraciət...
26 Mart 2020 Kareliyada səs-küylü qətl: dəli biznesmenin güllələdiyi Vahid Vəliyev kim idi, nə iş görürdü...

Dünyapress TV

Xəbər lenti