Xəzərin bu sahil torpaqları deqradasiyaya məruz qaldı
Təbii amillərlə yanaşı, bəzi antropogen amillər Samur-Abşeron arası Xəzərsahili arid torpaqlarını deqradasiyaya məruz qoyub.

Teref.az xəbər verir ki, AMEA Coğrafiya İnstitutunun akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən Elmi seminarının iclasında Azərbaycanın torpaq ehtiyatları coğrafiyası şöbəsinin müdiri, dos. İsmayıl Quliyev "Samur-Abşeron arası düzən torpaqlarının müxtəlif ekosistemlərdə təbii və antropogen deqradasiyası və torpaqlardan səmərəli istifadə yolları" mövzusunda məruzə edib.

Məruzəçi bildirib ki, təbii amillərlə yanaşı, əhalinin dağlıq bölgələrdən düzənliyə miqrasiyası ilə bağlı örüş və otlaq sahələrinin azalması və əraziyə düşən yüklənmənin çoxalması, yay mövsümündə terraslarda ot örtüyünün yandırılması, torpaqların suvarılması zamanı mütərəqqi texnoloji üsullardan istifadə edilməməsi, ətraf torpaq sahələrinin mütəhərrik qum tufanlarından və eroziyadan mühafizəsi üçün mübarizə tədbirlərinin görülməməsi, torpaqların neft hasilatı, daş karxanaları, sənaye-seliteb komplekslər, yol-nəqliyyat şəbəkəsinin genişlənməsi və s. kimi antropogen amillər Samur-Abşeron arası Xəzərsahili arid torpaqlarını deqradasiyaya məruz qoymuşdur.

Ərazidə tədqiqat aparan alim əsas deqradasiya tiplərini müəyyənləşdirmiş, cədvəllər, sxem və xəritələr əsasında ərazinin bitki örtüyü, su və külək eroziyası, əhalinin sıxlığı, bioiqlim rayonlaşma, texnogen deqradasiya və antropogen amillərə görə torpaq deqradasiyasının qiymətləndilməsi işini aparıb.

Məlum olub ki, 250,5 ha-nın (ümumi ərazinin 61,4 %-i) şiddətli və çox şiddətli, 129,6 ha-nın (ümumi ərazinin 31,3 %-i) mülayim, 20,911 ha-nın isə (ümumi ərazinin 4,8 %-i) zəif deqradasiya olmaqla, ümumiyyətlə, torpaq örtüyünün ümumi ərazisinin 97,5 %-i müxtəlif dərəcədə deqradasiyaya məruz qalıb. //Axar.az

Bölmənin digər xəbərləri

06 Aprel 2020 "Pandemiya şəraitində belə addımlar xəyanət kimi qəbul ediləcək" - Prezident
06 Aprel 2020 İlham Əliyev tibbi maska istehsalı müəssisəsinin açılışını etdi
06 Aprel 2020 Qarabağ əlilinə kassasiya şikayəti verməyə vəkil ayılmır , Ali Məhkəmənin işə baxmasına mane olunur
06 Aprel 2020 "Deputat özünü 15 yaşlı oğlan kimi hiss edir" - DEPUTATIN KÖMƏKÇİSİNDƏN- AÇIQLAMA
06 Aprel 2020 Sumqayıtda yol polisi əməkdaşı qəza törədib - FOTO
06 Aprel 2020 İzacə üçün SMS: 284 min mesaj təsdiq olunmadı - Səbəb
06 Aprel 2020 Deputat:“Milli Məclisdə amnistiya təklifi irəli sürülə bilər”
06 Aprel 2020 Rayonlarda karantin rejimini pozanlar cərimələndi
06 Aprel 2020 SMS müraciətlərində gecikmələrlə bağlı RƏSMİ AÇIQLAMA
05 Aprel 2020 ABŞ-dan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR gəlir - Küçələrdən cəsədlər toplanır və... - FOTOLAR
05 Aprel 2020 Yanğın zamanı özünü binadan atan qadın öldü
05 Aprel 2020 İsgəndər Həmidovun qırxıdır, amma keçirilməyəcək
05 Aprel 2020 Azərbaycana giriş-çıxış tam dayandırılır - RƏSMİ
05 Aprel 2020 Azərbaycanda ailə münaqişəsi - Qadının əl və ayaqları yandı
05 Aprel 2020 "Araz" supermarketində ENDİRİM FIRILDAĞI - FAKT
05 Aprel 2020 Sabahdan yalnız bu taksilər işləyə biləcək
05 Aprel 2020 Azərbaycanda bu şəxslərin də sərbəst hərəkətinə icazə verildi - QAYDALAR
05 Aprel 2020 Türkiyədən korona ilə bağlı xoş xəbər: 800-ə yaxın insan...
04 Aprel 2020 Azərbaycanda koronavirusa yoluxan bölgələr - SİYAHI
04 Aprel 2020 Aprelin 20-dək koronavirusla bağlı vəziyyətdə dönüş nöqtəsi yaranarsa... - İbrahim Məmmədov

Dünyapress TV

Xəbər lenti