Nəqliyyat eksperti: “Baxırsan ki, gecə kolbasa sexində işləyən sürücü…”
“Baxırsan ki, gecə kolbasa sexində işləyən sürücü səhər taksi fəaliyyəti ilə məşğuldur”.

Bu sözləri Qaynarinfo-ya nəqliyyat üzrə ekspert Elməddin Muradlı yanvarın 15-də Prezident İlham Əliyevin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəni qəbul edərkən toxunduğu nəqliyyatla bağlı bir sıra problemləri, eləcə də taksi avtomaşınlarının keyfiyyəti ilə bağlı verdiyi tapşırıqları şərh edərkən saytımıza açıqlamasında deyib.

Ekspert Azərbaycanda taksi fəaliyyətində olan nəqliyyat vasitələrinin keyfiyyətsiz və yararsız olduğunu bildirib:

“Azərbaycanda taksi fəaliyyəti yeni formalaşmaqdadır. Bu xidmət növü əvvəlki illərə nisbətən müasirləşməkdədir. Artıq bir neçə taksi şirkəti fəaliyyət göstətir. Bu şirkətlər əvvəllər Bakı şəhərində fəaliyyət göstərirdisə, artıq Azərbaycanın bölgələrində də taksi şirkətlərinin faəliyyətlərinə rast gəlirik. Amma taksi xidmətində olan avtomobillərin keyfiyyəti bu gün müzakirə mövzusudur. Həqiqətən də bu gün takis şirkətlərində elə avtomobillər var ki, istifadəyə yararsızdır. Vətəndaşları həmin avtomobillərlə daşımaq təhlükəlidir”.

Elməddin Muradlı qeyd edib ki, bu vəziyyət taksi xidmətindən istifadə edən insanlarda “diskomfort” yaradır:

“Ona görə Prezidentin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinə tapşırıqları məhz bu istiqamətdə oldu. Taksi fəaliyyəti təkmilləşdirilməlidir. Həqiqətən də buna böyük ehtiyac var. Hər bir nəqliyyat vasitəsi taksi xidməti üçün yararlı ola bilməz. İstismar dövrünü başa vurmuş avtomobillərlə taksi xidməti yolverilməzdir. Baxırsan ki, gecə kolbasa sexində işləyən sürücü səhər taksi fəaliyyəti ilə məşğuldur. Salonda iylənmiş ət iyindən oturmaq olmur. Odur ki, bu sahəyə ciddi nəzarət olmalıdır. Bakı şəhərində bunun üçün müəyyən addımlar atmaq mümkündur. Taksi fəaliyyəti ilə məşğul olan şəxslər fərqlənmə nişanları almalıdır. Onlar üçün yer müəyyənləşdirilməli və şərait yaradılmalıdır. Taksilər üçün duracaqlar yalnız fərqlənmə nişanı olan taksilərə verilməlidir. Digər taksi sürücüləri də məcbur olanda gəlib fərqlənmə mişanı alacaqlar”.

Ekspert vurğulayıb ki, sürücülər fərqlənmə nişanı alarkən idarə etdikləri avtomobillərə vizual baxış keçirilməlidir.

Bölmənin digər xəbərləri

27 Fevral 2020 Azərbaycanda daha bir DƏHŞƏT: ata və oğlu güllələnərək öldürüldü
27 Fevral 2020 Koronavirusla doğulan körpə 17 günə dərmansız sağalıb
27 Fevral 2020 Koronavirusdan ilk fransalı öldü
27 Fevral 2020 Əli Əsədov qərar imzaladı: İstiliklə bağlı...
27 Fevral 2020 Azərbaycandan Tiflisə gedən şəxsdə koronavirus aşkarlandı
26 Fevral 2020 Biləsuvarda şəhidin məzarı təhqir olunub, bayraq cırılıb - NARAZILIQ...
26 Fevral 2020 Çingiz Xocalıdan sağ çıxmamalı idi -ŞOK FAKTLAR
26 Fevral 2020 Türkiyə-İran sərhədində yenidən zəlzələ baş verib
26 Fevral 2020 MSK yekun protokolu Konstitusiya Məhkəməsinə göndərdi - QƏRAR
26 Fevral 2020 BAKIDA SEX MALLARI NECƏ BREND KİMİ SATILIB? - Biznesmen qardaşlar mühakimə olunur, ancaq...
26 Fevral 2020 Xırdalanda intihar:10-cu sinif şagirdi 12-ci mərtəbədən özünü atıb
26 Fevral 2020 Yezidilərin müqəddəs Tovuz quşu (Melek Tavus) heykəllərini Xacmazda niyə ucaldıblar - VİDEO
26 Fevral 2020 Güclü külək Ağdamın bir neçə kəndini işıqsız qoydu
26 Fevral 2020 Mehriban Əliyeva: Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir
26 Fevral 2020 XX əsrin faciəsi: Xocalı soyqırımından 28 il ötür
26 Fevral 2020 Bu seçki Azərbaycan tarixində mühüm bir hadisə oldu - MSK sədri
25 Fevral 2020 Qırx iki min adam dövlətin malına şərik çıxdı: fırıldaqları mətəl qoyur - FOTO
25 Fevral 2020 Sürücü içkili halda məktəb servisini idarə etdi - 17 məktəbli...
24 Fevral 2020 Yuxulu və qəzəbli - Onların susqunluğu səbəbindən ölmək üçünmü doğulduq?
24 Fevral 2020 MSK Kərəm Həsənovun qardaşının seçki dairəsi ilə bağlı qərar verdi

Dünyapress TV

Xəbər lenti