Azərbaycanda çoxlu sayda adama “xərçəng” diaqnozu qoyan həkimlər həbs olunub
Azərbaycanın cənub bölgəsində yaşayan onlarla adam onkoloji xəstə olmadığı halda, bu xəstəliklə təqaüdə çıxarılıb. Bu məsələ ilə əlaqədar xeyli adam həbs olunub.
Həbs olunanlar arasında Lənkəran Rayonlararası Onkoloji Xəstəxanasının baş həkimi Əli Əliyev, bu xəstəxananın həkim-onkoloqları İlyas Səmədov, Muştaba Dədəcanov, xadimə Sələmə Mirzəyeva, Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasının həkimləri Hüsaməddin Əlicanov və Fərid Məmmədov, Lənkəranın Aşağı Nüvədi və Masallının Xırmandalı kəndlərində yaşayan İsrafil Tağıyev, Musa Əliyev də var.

İttihama görə, Sələmə Mirzəyevanın rəsmi işi xadiməlik olsa da, əslində, kompüter mütəxəssisi kimi fəaliyyət göstərib. Əlillik dərəcəsi almaq və ya dərəcəni dəyişmək istəyən və bu məqsədlə pul vermək istəyən adamları da o tapıb, sənədləri özü hazırlayıb. Söhbət adamlara onkoloji xəstəlikdən əziyyət çəkmələri, onlara təqaüd verilməsi üçün əsas yaradan sənədlərdən gedir.

Psixiatriya xəstəxanasının həkimləri də belə “müştərilər” tapıb vasitəçilik etməkdə ittiham olunur.

Sələmə Mirzəyeva istintaqda əvvəlcə baş həkimin bundan xəbərsiz olduğunu desə də, sonradan Əli Əliyevin əleyhinə ifadə verib. Sələmə Mirzəyevanın sözlərinə görə, pensiya almaq istəyənlərdən təxminən 2-3 min pul, yaxud da o dəyərdə əşya, əmlak (torpaq sahəsi) alıb, gətirib baş həkimə çatdırıb. Baş həkim də pulun əsas hissəsini özü götürüb, hər adama görə 100-200 manat da ona verib. Bu pulun müqabilində əlillik dərəcəsi almaq istəyən şəxs üçün 088№li forma üzrə saxta göndərişləri kompüterdə çap edib, Tibbi-Sosial Ekspert Komissiyasına göndəriblər.

Lənkəran Rayonlararası Onkoloji Xəstəxanasının sabiq baş həkimi Əli Əliyev isə deyir ki, keçmiş içşisi Sələmə Mirzəyeva ona böhtan atır. Onun sözlərinə görə, Sələmə Mirzəyeva onu şərləməklə məsuliyyətdən yayınmaq istəyir: “Mən maxinasiyalarda iştirak etsəydim, yalançı xəstələri qeydiyyat jurnalına salardım, onlar üçün xəstəlik tarixləri açardım, lazım olan sənədləşmə işlərini aparardım, heç kim də heç bir irad tuta bilməzdi, işlərin üstü açılmazdı.

Sələmə Mirzəyeva isə bildirir ki, baş həkim əvvəlcə ondan adını çəkməməsini istəyib, söz verib ki, onu həbsdən qurtaracaq: “İfadə verməliydim ki, xəstələri əməliyyat etdiyi üçün özünün vaxtı olmadığına görə elektron imzanı mənə vermişdi”.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin Lənkəran Regional Onkologiya Xəstəxanasının sabiq baş həkimi Əli Əliyev 9 il, xadimə Sələmə Mirzəyeva 8 il 3 ay, Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasının həkimi Fərid Məmmədov 8 il 6 ay, kənd sakinlərindən İsrafil Tağıyev 9 il, Musa Əliyev isə 8 il 3 ay azadlıqdan məhrum edilib. Onlar rüşvət alma, vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə kimi əməllərdə təqsirli biliniblər.

Onkologiya Xəstəxanasının iki həkimi İlyas Səmədov və Müştaba Dədəcanov CM-in 314.2 (səhlənkarlıq, ağır nəticələrə səbəb olduqda) maddəsilə təqsirli bilinib və onlara 2 il şərti cəza təyin edilib.

Lənkəran rayonlararası Psixiatriya Xəstəxanasının həkimi Hüsaməddin Əlicanov rüşvət alma, vəzifə saxtakarlığı kimi əməllərdə təqsirli bilinsə də, 72 yaşı olması nəzərə alınaraq, ona da 8 il 6 ay şərti cəza verilib.

Şirvan Apellyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlayıb.

Bizimyol.info

Bölmənin digər xəbərləri

27 Fevral 2020 Azərbaycanda daha bir DƏHŞƏT: ata və oğlu güllələnərək öldürüldü
27 Fevral 2020 Koronavirusla doğulan körpə 17 günə dərmansız sağalıb
27 Fevral 2020 Koronavirusdan ilk fransalı öldü
27 Fevral 2020 Əli Əsədov qərar imzaladı: İstiliklə bağlı...
27 Fevral 2020 Azərbaycandan Tiflisə gedən şəxsdə koronavirus aşkarlandı
26 Fevral 2020 Biləsuvarda şəhidin məzarı təhqir olunub, bayraq cırılıb - NARAZILIQ...
26 Fevral 2020 Çingiz Xocalıdan sağ çıxmamalı idi -ŞOK FAKTLAR
26 Fevral 2020 Türkiyə-İran sərhədində yenidən zəlzələ baş verib
26 Fevral 2020 MSK yekun protokolu Konstitusiya Məhkəməsinə göndərdi - QƏRAR
26 Fevral 2020 BAKIDA SEX MALLARI NECƏ BREND KİMİ SATILIB? - Biznesmen qardaşlar mühakimə olunur, ancaq...
26 Fevral 2020 Xırdalanda intihar:10-cu sinif şagirdi 12-ci mərtəbədən özünü atıb
26 Fevral 2020 Yezidilərin müqəddəs Tovuz quşu (Melek Tavus) heykəllərini Xacmazda niyə ucaldıblar - VİDEO
26 Fevral 2020 Güclü külək Ağdamın bir neçə kəndini işıqsız qoydu
26 Fevral 2020 Mehriban Əliyeva: Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir
26 Fevral 2020 XX əsrin faciəsi: Xocalı soyqırımından 28 il ötür
26 Fevral 2020 Bu seçki Azərbaycan tarixində mühüm bir hadisə oldu - MSK sədri
25 Fevral 2020 Qırx iki min adam dövlətin malına şərik çıxdı: fırıldaqları mətəl qoyur - FOTO
25 Fevral 2020 Sürücü içkili halda məktəb servisini idarə etdi - 17 məktəbli...
24 Fevral 2020 Yuxulu və qəzəbli - Onların susqunluğu səbəbindən ölmək üçünmü doğulduq?
24 Fevral 2020 MSK Kərəm Həsənovun qardaşının seçki dairəsi ilə bağlı qərar verdi

Dünyapress TV

Xəbər lenti