Vilayət Eyvazov plyonka ilə bağlı TAPŞIRIQ VERDİ
Bir neçə gündür ki, Azərbaycanda sürücülərə ştorka və jalüzdən istifadə üçün verilmiş mövsümlük icazə müddəti başa çatsa da, heç bir inzibati tənbeh görülmür.



“Qafqazinfo”ya müraciət edən bir çox sürücü “biz plyonkanı sökməsək, həqiqətən cərimə etməyəcəklər?” deyə sual ünvanlayıblar. Bu ildən etibarən bu qadağanın aradan qalxacağı, daha sürücülərin cərimə olunmayacağı deyilsə də, vətəndaşlar hələ də bu məsələyə şübhəli yanaşırlar.



Noyabrın 15-i gün sosial şəbəkələrdə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun adından imzalanan sənəd də yayılıb. Sənəddə Ramiz Zeynalovun göstərişinə əsasən, nəqliyyat vasitələrinin arxa və arxa yan şüşələrində plyonka və jalüzlərdən istifadə edilməsinə görə əlavə məlumat verilənədək sürücülərin cərimələnməyəcəyi qeyd olunub.

b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2019-11_1574091474_2.jpg

BPYPİ-nin mətbuat katibi Rüfət Quliyev də məlumatı təsdiqləyib və bildirib ki, hazırda avtomobillərə jalüz və örtük (plyonka) vurulması standartları ilə bağlı qanunvericiliyə əlavə və müəyyən dəyişiliklərin edilməsi məsələsi aidiyyəti qurumlarda baxılma ərəfəsində olduğundan arxa, yan şüşələrdə jalüz və plyonka istifadə edilməsinə görə sürücülər barəsində hazırda inzibati tənbeh görülmür.



Lakin hüquqşünaslar hazırkı qanunun qüvvədə olduğunu, qanunvericiliyə dəyişiklik edilənədək bu tələbin icra olunmalı olduğunu irəli sürürlər.



Hüquq-mühafizə orqanlarındakı mənbədən "Qafqazinfo"ya bildirilib ki, sürücülərdə bu məsələ ilə bağlı hər hansı şübhə yaranmasına əsas yoxdur: “Bu məsələ Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazovun nəzarətindədir. Bu istiqamətdə bütün addımlar onun tapşırığı ilə həyata keçirilir. Nazir Vilayət Eyvazovun sürücülərin, vətəndaşların ziyanına ola biləcək hər hansı qərar verməyəcəyinə əmin ola bilərsiniz”.

Bölmənin digər xəbərləri

07 Dekabr 2019 Avtomobillə xaricə gedənlərin nəzərinə: Gömrük komitəsindən YENİLİK
07 Dekabr 2019 Bakıda erməni mahnısı oxudub, azərbaycanlıları təhqir edənlər bunlar imiş
07 Dekabr 2019 Ağır iqtisadi vəziyyətdə olan İrandan yeni qərar: “Avtobusda oturmaq istəyənlər əlavə ödəniş etməli olacaqlar”
07 Dekabr 2019 Ağ Siçan ili kimlərə düşərli olacaq? - Bayramı necə qarşılamalı?
07 Dekabr 2019 Türkiyədə çaxnaşma yaşandı: Ardıcıl zəlzələlər...
07 Dekabr 2019 Elmar Vəliyev istintaqa ifadə verməkdən imtina edib
07 Dekabr 2019 Milli Məclisin deputatı vəfat etdi
07 Dekabr 2019 Azərbaycanda bu şəxslər deputat ola bilməyəcək... - Video
07 Dekabr 2019 Türkiyənin məşhur geyim markası Azərbaycandakı mağazalarını bağlayır
06 Dekabr 2019 Xoşqədəm Hidayətqızı ilə bağlı ŞOK İTTİHAM: Prezidentə müraciət etdi
06 Dekabr 2019 “O deputatlar çox çirkin işlərlə məşğul olublar” – Musa Musayevdən sensasion açıqlamalar
06 Dekabr 2019 Dövlət ümumi təhsil müəssisələri “həyəcan” düyməsi ilə təchiz olunacaq
06 Dekabr 2019 Minsk qrupu ölkələrinin nümayəndə heyətlərinin başçıları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat yayıblar
06 Dekabr 2019 Bu gün ölkənin bütün regionlarında ağacəkmə kampaniyası keçiriləcək
06 Dekabr 2019 QARABAĞ DANIŞIQLARINDA NƏ BAŞ VERİR? – “Rusiya Qarabağa ordu yerləşdirmək istəyir”
06 Dekabr 2019 Füzulidə Alı Alıyevin tender maxinasiyaları
06 Dekabr 2019 Rusiyada axtarışda olan azərbaycanlı Bakı aeroportunda saxlanıldı
06 Dekabr 2019 Heç bir iş görməyən deputatlar hər ay bu qədər maaş alacaqlar - TAM SİYAHI
05 Dekabr 2019 Zeynalabdin Tağıyevin İstanbul Böyükadadakı villası rekord qiymətə satışa çıxarıldı
05 Dekabr 2019 ATƏT-in XİN başçıları Qarabağ münaqişəsinin həllini müzakirə edəcək

Dünyapress TV

Xəbər lenti