Əflatun Amaşov baş redaktorla bağlı Vilayət Eyvazova müraciət etdi-
Mediatv.az saytının baş redaktoru Əfqan Bəhluloğunun şəxsi avtomobilinin qarət olunması ilə bağlı hüquqi araşdırma artıq məhkəmə müstəvisindədir. Baş redaktor indiyədək məlum olayla bağlı dövlətin birinci şəxsi də daxil, bir neçə instansiyaya dəfələrlə müraciət ünvanlayıb. Təəssüf ki, olayın hüquqi olaraq araşdırılması və qeyd etdiyim müraciətlər yumşaq desək gözləntiləri doğrultmadı. Nəhayət olayla bağlı Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov da Daxili İşlər naziri cənab Vilayət Eyvazova müraciət edib. Bu haqda Əfqan Bəhluloğu özünün fb səhifəsində yazıb:

"Məlum olduğu kimi,28.07.2019 tarixdə Masallı rayon "İstisu sanatoriyası" ərazisində avtomobilim qarət olunmuşdur. Avtomobilin arxa yan şüşəsi sındırılaraq, yoldaşımın qol çantası aparılır. Yoldaşımın qol çantasında mənim, onun və oğlumun ümumvətəndaşlıq pasportu, bugünkü qiymətlərlə təqribən 20 min manatlıq qızıl-zinət əşyaları və digər qiymətli əşyalar oğurlanıb. Masallı polisi Nurlan Səmədov adlı şübhəli şəxsin oğurluğu boynuna götürməsi barədə etirafını alsa da, hələ ki zinət əşyaları ortaya çıxmayıb. İbtidai istintaqa prokuror nəzarətinin zəifliyi, polis tərəfindən sürətlə məhkəməyə ötürülən işin obyektiv aparılmaması, çoxlu qanunsuzluqlarla müşayiət olunması barədə indiyədək KİV-də xeyli yazılarla çıxış edərək, məsələni ictimailəşdirmişəm. Buna baxmayaraq, işin yenidən istintaqa qaytarılmasına nail ola bilmirəm. İstintaq matrealları ilə tanış olduqda aydın görünür ki, avtomobil qarətini, üstündə bir neçə oğurluq işi olan Nurlan Səmədovun boynuna qoymaqla polis sadəcə işi "bağlamaq" istəyir. Ehtimal edirəm ki, Masallı rayon polis şöbəsinin rəisi yerli sahibkarı incitməsi barədə yazdığım tənqidi məqalələrə görə vəzifə səlahətlərindən sui-istifadə edərək bu yolla məndən qisas almaq isdəyir: "İstintaqın gedişatı onu göstərirdi ki, hər şey mənim qiymətli əşyalarımın əlimə gəlib çıxmamasına hesablanıb. Çünki, təqsirləndirilən və hüquqlarını müdafiə etmək üçün özünə vəkil tutmağa belə maddi imkanı olmayan Nurlan Səmədov oğurlamadığı zinət əşyalarımı qaytarmaq, nə də onların qarşılığında mənə pul ödəmək iqtidarında deyildir". Bildirirəm ki, indiyədək aidiyyati qurumlara, yuxarı instansiyalara çoxsaylı teleqramlar vurub, məktublar göndərsəm də, müsbət nəticə əldə olunacağına ümid verən heç bir cavab almamışam. Lakin Mətbuat Şurasına müraciət edəndən sonra Şuranın reaksiyası özünü çox gözlətməyib: "Mətbuat Şurasının sədri,millət vəkili Əflatun Amaşov Daxili İşlər nazirinə məktubla müraciət edərək, məsələnin obyektiv araşdırılması və qanunamüvafiq tədbir görülməsi təmin olunmasını xahiş edib. Mənə dəstək verən hörmətli sədrimizə minnətdaram. Mətbuat Şurası yəqin bu məsələdə də əmindir ki, günahkarların qanunlarımız çərçivəsində məsuliyyət daşımalarının təmin olunmasına həssas yanaşılacaq, bu istiqamətdə zəruri ölçü götürüləcəkdir".

Bölmənin digər xəbərləri

12 Noyabr 2019 Nərimanov rayonunda bina uçdu - FOTO
12 Noyabr 2019 Sevgilisinin oğlu tərəfindən öldürülən azərbaycanlı məşhurlar - Döyülənlər, bıçaqlananlar -SİYAHI
12 Noyabr 2019 “Cənab prezident, şəkil bulanlıq düşüb, yenidən çəkdirə bilərik?” - VİDEO
12 Noyabr 2019 3 icra başçısının şadlıq sarayları paytaxtın ekologiyasına ciddi zərər vurur - RƏSMİ
11 Noyabr 2019 "Böyük Fırat"ın Bakıda yaratdığı BÖYÜK TƏHLÜKƏ... - Bir daha LEŞ ƏTİ qalmaqalı haqda...
11 Noyabr 2019 Qarabağ müharibə veteranı 1 ci Vitse - Prezidentə müraciət etdi - ŞİKAYƏT
11 Noyabr 2019 İnsan simalı balıq görənləri şoka saldı - VİDEO
11 Noyabr 2019 Pirallahıda bıçaqlanma hadisəsi baş verib
11 Noyabr 2019 Göyçayda avtomobil dirəyə çırpılıb, sürücü ölüb
11 Noyabr 2019 Goranboyda yol qəzası baş verib, xəsarət alanlar var
11 Noyabr 2019 Oğlunun nikah mərasiminə gedən ana yolda öldü - Tükürpədən hadisə
10 Noyabr 2019 Kürdəmirdə 55 yaşlı qadın ehtiyatsızlıqdan ağır xəsarət alıb
10 Noyabr 2019 “Qarabağ Azərbaycandır və nida” – Qazilər yürüş keçirdi
10 Noyabr 2019 Paytaxtda növbəti iməclik keçirilmişdir- FOTO
10 Noyabr 2019 Belə bir gündə belə bir oğulu UNUTMAQ OLMAZ!!! - Bu millət səninlə fəxr edir!!! VİDEO
09 Noyabr 2019 «Meliorasiya və Su Təsərrüfatı» ASC bax, bu faktlara görə ləğv olunmalıdır... - İTTİHAM
09 Noyabr 2019 Ad günü şənliyində qayçı ilə öldürdülər - AZƏRBAYCANDA DƏHŞƏTLİ QƏTL - TƏFƏRRÜAT
09 Noyabr 2019 DSX-nın zabiti barədə toplanılmış materiallar Hərbi Prokurorluğa göndərilib
09 Noyabr 2019 Cəlilabadda xəstəxanada uşaq ölümü olub
09 Noyabr 2019 Binəqədidə 56 yaşlı piyadanı maşın vurub

Dünyapress TV

Xəbər lenti