7Oktyabrın 7-də Təhsil Nazirliyində kollegiya iclası keçirilib. Nazirlikdən “Report”a verilən məlumata görə, Təhsil naziri Ceyhun Bayramov kollegiya iclasını giriş sözü ilə açaraq təhsil sahəsində aparılan islahatlar nəticəsində əldə olunan uğurlar və qarşıya qoyulan vəzifələr barədə məlumat verib.

Kollegiya iclasında Təhsil Nazirliyinin Aparat rəhbərinin müaviniYaqub Piriyev 2019-2020-ci tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri barədə məruzə edib.

Yaqub Piriyev bildirib ki, cari ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu proqnozu ötən ilə nisbətən ümumilikdə 6 faiz, dövlət sifarişi ilə qəbul planı isə ötən illə müqayisədə 66,1 faiz artıb (dövlət sifarişi 8150 yer artaraq 20474 yer olub). Tələbə qəbulunda proqnoz yerlərinin 84,6 faizi dövlət, 15,4 faizi isə qeyri-dövlət ali təhsil müəssisələrinin qəbul planında nəzərdə tutulub. Ötən il bu nisbət müvafiq olaraq 85,4 faiz və 14,6 faiz olub.

Aparat rəhbəri müavininin sözlərinə görə, 2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarının ilkin nəticələrinin statistik təhlili göstərir ki, son 6 ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üzrə proqnoz yerlərinin sayı 28 faiz, dövlət sifarişli yerlərin sayı isə 78,5 faiz artıb. 2014-2015-ci tədris ilində dövlət sifarişli yerlərin sayı qəbul planının 30,4 faiz təşkil etdiyi halda cari ildə bu rəqəm 42,4 faizdir.

Cari ildə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbuluna toxunan Yaqub Piriyev əlavə edib ki, qəbul planı ötən ilə nisbətən ümumilikdə 8,2 faiz artıb. 56 orta ixtisas təhsili müəssisəsindən Təhsil Nazirliyinin tabeliyində olan 37 kollecə cari ildə tələbə qəbulu göstəricisi ötən illə müqayisədə 6,6 faiz çox olub. Ölkə üzrə dövlət hesabına qəbul planı isə ötən ilə nisbətən 4,6 faiz artıb.

İclasda Təhsil Nazirliyinin Maliyyə şöbəsinin müdiri Rauf Orucov “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin 2019-cu il 3 oktyabr tarixli 428 nömrəli Qərarına dair məruzə ilə çıxış edib. Rauf Orucov bildirib ki, Qərara əsasən dövlət sifarişi əsasında kadr hazırlığı üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 2019-cu il sentyabrın 1-dən orta hesabla 30 faiz artırılıb. Şöbə müdiri qeyd edib ki, bu məqsədlə dövlət büdcəsindən ayrılacaq əlavə vəsaitin məbləği cari ildə 14 milyon, növbəti ildə isə 42 milyon manat təşkil edir.

Rauf Orucovun sözlərinə görə, bununla da dövlət sifarişi əsasında kadr hazırlığını həyata keçirən müəssisələrin maliyyə imkanlarının yaxşılaşması, işçilərin əməkhaqlarının artırılması, dövlət sifarişi əsasında kadr hazırlığı üzrə ali təhsil müəssisələri arasında rəqabət mühitinin güclənməsi və ali təhsil müəssisələrinin inkişafı üçün imkanların artması gözlənilən nəticələr sırasındadır.

Təhsil naziri Ceyhun Bayramov kollegiya iclasında çıxış edərək məruzə olunan mövzularla bağlı fikirlərini bildirib.

Kollegiya iclasında gündəlikdəki məsələlərə dair təklif və tövsiyələr səsləndirilib, müzakirələr aparılıb.

Bölmənin digər xəbərləri

28 Fevral 2020 Sürücülükdən holdiq rəhbərliyinə, ordanda həbsə aparan yol:İki Talıbovun davası bir sürücünün başında çatladı
28 Fevral 2020 Bakıda dönərxanada yanğın oldu
28 Fevral 2020 Sumqayıt hadisələri: Ermənilərin törətdikləri təxribatdan 32 il ötür
27 Fevral 2020 Azərbaycanda daha bir DƏHŞƏT: ata və oğlu güllələnərək öldürüldü
27 Fevral 2020 Koronavirusla doğulan körpə 17 günə dərmansız sağalıb
27 Fevral 2020 Koronavirusdan ilk fransalı öldü
27 Fevral 2020 Əli Əsədov qərar imzaladı: İstiliklə bağlı...
27 Fevral 2020 Azərbaycandan Tiflisə gedən şəxsdə koronavirus aşkarlandı
26 Fevral 2020 Biləsuvarda şəhidin məzarı təhqir olunub, bayraq cırılıb - NARAZILIQ...
26 Fevral 2020 Çingiz Xocalıdan sağ çıxmamalı idi -ŞOK FAKTLAR
26 Fevral 2020 Türkiyə-İran sərhədində yenidən zəlzələ baş verib
26 Fevral 2020 MSK yekun protokolu Konstitusiya Məhkəməsinə göndərdi - QƏRAR
26 Fevral 2020 BAKIDA SEX MALLARI NECƏ BREND KİMİ SATILIB? - Biznesmen qardaşlar mühakimə olunur, ancaq...
26 Fevral 2020 Xırdalanda intihar:10-cu sinif şagirdi 12-ci mərtəbədən özünü atıb
26 Fevral 2020 Yezidilərin müqəddəs Tovuz quşu (Melek Tavus) heykəllərini Xacmazda niyə ucaldıblar - VİDEO
26 Fevral 2020 Güclü külək Ağdamın bir neçə kəndini işıqsız qoydu
26 Fevral 2020 Mehriban Əliyeva: Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir
26 Fevral 2020 XX əsrin faciəsi: Xocalı soyqırımından 28 il ötür
26 Fevral 2020 Bu seçki Azərbaycan tarixində mühüm bir hadisə oldu - MSK sədri
25 Fevral 2020 Qırx iki min adam dövlətin malına şərik çıxdı: fırıldaqları mətəl qoyur - FOTO

Dünyapress TV

Xəbər lenti