Saxta əlillik qalmaqalı: Bir nazirlikdən başqa bir nazirliyə ittiham: “Məsuliyyəti həkimlər daşıyır”
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev oktyabrın 4-də jurnalistlərə verdiyi açıqlamada ünvanlı sosial yardımla bağlı monitorinqlərin davam etdiyini və edəcəyini bildirib.

Nazir qeyd edib ki, il ərzində 2500-ə qədər şəxsin saxta əlillik statusu ləğv edilib: "Bunun nəticəsində dövlət büdcəsinə təqribən 13 milyon manat qənaət edilib. Vəfat etmiş, saxta yolla pensiya əldə etmiş şəxslərlə bağlı məlumatlar mütəmadi olaraq monitorinq edilir və pensiya təminatı dayandırılır. Bununla bağlı görüləcək işlərdən biri də ünvanlı sosial yardımdır. Elektron bazalar üzərindən aparılmış yoxlamalar nəticəsində saxta yollarla ünvanlı sosial yardım əldə edən və ya buna çalışan şəxslərlə əlaqədar müxtəlif tədbirlər görülür".

Maraqlıdır, bu şəxslərə əlillik dərəcəsi verənlərə hansı cəza tətbiq edilir?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov bildirib ki, yanlış əlillik təyinatlarına yol vermiş dövlət məmurlarından ilk olaraq dövlət büdcəsinə dəyən ziyanın geri qaytarılması tələb olunur:

“Buna yol vermiş məmurlar dövlət büdcəsinə dəyən ziyanı geri ödəyirlər. Söhbət təkcə məmurlardan getmir, digər aidiyyət şəxslər də bunu etməlidir. Bu proses hazırda da davam edir. Təbii ki, hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edilir. Əsas məqsəd büdcəyə dəyən ziyanın aradan qaldırılması və yanlış əlillik təyinatlarının ləğvidir. Çünki əlillik sırf fiziki məhdudiyyəti olan şəxslərə verilməli və qanunvericiliyə uyğun təmin edilməlidir. Bu şəxslərə əlillik statusu verənlərin sayı onlarladır və hər biri qanunvericiliyə uyğun olaraq öz cəzasını alır. Bizdə o cür yanlışlığa yol verən işçilər işdən azad edilib və çox ciddi xəbərdarlıqla tədbirlər görülüb”.

Fazil Talıbov eyni zamanda diqqətə çatdırıb ki, saxta əlillik statusunun verilməsində əsas məsuliyyət daşımalı olan tərəf Səhiyyə Nazirliyidir, çünki əlillik statusu səhiyyə müəssisəsindən göndərilən sənəd əsasında verilir:

“Əlillik statusunun ləğvi zamanı daha əvvəl vətəndaşa bu statusun verilməsi üçün bildiriş göndərən səhiyyə müəssisəsi bu dəfə əlilliyinin ləğv edilməsi ilə bağlı məktub yazır. Ona görə də əslində əlillik statusu verən məsul şəxslərin sayı və cəzalandırılması ilə bağlı suala Səhiyyə Nazirliyinə verilməlidir. Bizə poliklinikadan müraciət daxil olur ki, bu şəxsin əlillik statusu ləğv edilsin. Nazirlik səhiyyədən verilən bu məlumatdan sonra əlilliyi ləğv edir. Əgər yanlış göndəriş olubsa, ona Səhiyyə Nazirliyi cavabdehdir. Yanlış əlillik təyinatı bildiriş əsasında həyata keçirilir və bu bildirişi göndərənlər Səhiyyə Nazirliyinin müəssisələridir. Burada məsuliyyəti həkimlər daşıyır. Yanlış bildiriş göndərən həkimlərə qarşı hansı tədbirlərin görüldüyü Səhiyyə Nazirliyi bilir”.

Bölmənin digər xəbərləri

15 Oktyabr 2019 Azərbaycanlı milyonçu xəstə uşaqlar üçün hospis tikdi
15 Oktyabr 2019 SABİQ DEPUTATIN BİTMƏYƏN PUL TƏLƏBLƏRİ… - Şərikləri Cahangir Hüseynovu ittiham edirlər
15 Oktyabr 2019 Anasını boğdu, sonra meyiti yandırdı – Qatil oğul…
15 Oktyabr 2019 Kiyevdə qətlə yetirilən azərbaycanlı tələbənin anası danışdı: - “Cavidi öz dostu öldürüb”
14 Oktyabr 2019 ŞÖBƏ MÜDİRİ BOŞ ZALIN QARŞISINDA 1 SAAT DANIŞDI! – Rüsvayçılıq (FOTO)
14 Oktyabr 2019 Arif Qasımovun da payı olan “Park Sity”-də işlər niyə dayandırıldı?
14 Oktyabr 2019 Bir qrup şəxs Şirvan xəstəxanasına hücum edərək dağıntılar törədib - FOTO
14 Oktyabr 2019 Tanınmış jurnalist Fərzuq Seyidbəyli vəfat etdi
14 Oktyabr 2019 "Ədalətsiz seçkilər oldu" - Yadigar Sadıqlı"Ədalətsiz seçkilər oldu" - Yadigar Sadıqlı
14 Oktyabr 2019 Azərbaycanda vəzifə tutan ermənilərin siyahısı yayıldı
13 Oktyabr 2019 Bakının mərkəzində biabırçılıq - Translar müştəriyə görə əlbəyaxa oldu - VİDEO
12 Oktyabr 2019 Orta məktəbdə dəmirkəsən mişar ustanın sifətini kəsdi- BAKIDA DƏHŞƏTLİ HADİSƏ
12 Oktyabr 2019 Bakıda baş verən yol qəzasında aralarında 3 uşaq olmaqla, 4 nəfər xəsarət alıb
12 Oktyabr 2019 Gürcüstanda silahlı insidentlə bağlı daha bir azərbaycanlı saxlanıldı
12 Oktyabr 2019 Vilayət Eyvazov DYP-ni "abıra" salır:“Rüşvət otaqları” ləğv edildi, 10 nəfər qovuldu, 20 nəfər…
12 Oktyabr 2019 Ağsuda köhnə başçı aranı qarışdırır? - İDDİA
12 Oktyabr 2019 Azərbaycanlı qadın biznes mərkəzində intihar etdi - Cibindən məktub tapıldı
11 Oktyabr 2019 Paytaxtda avtomobil dirəyə çırpılıb, sürücü ölüb
11 Oktyabr 2019 Azərbaycanda siçan pulları öz yuvasına daşıdı - VİDEO
11 Oktyabr 2019 Rəsmi maaşı 350 manat olan həkim - 10 min manat qazanırdı - VERGİLƏR AÇIQLADI

Dünyapress TV

Xəbər lenti