Səfər Mehdiyevin vəzifədən getməyi gündəmdədir!- İDDİA
Teref.az-a danışan məlumatlı mənbənin dediyinə görə DGK-ndə yaxın zamanlarda dəyişikliklər olmalıdır.
Prezident Aparatına ardı arası kəsilməyən şikayətlər, mediada işıqlandırılan faktlar PA-nı hərəkətə keçməyə məcbur edir.

Həmdə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin könüllü istefa verməsini şərtləndirən faktoloji baza gün-gündən “zənginləşir”.

“Gömrükdə inhisarçılıq yoxdur”, “Gömrükdə rüşvət olarsa, istefa verəcəm” bu sözlərin müəllifi Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevdir. Səfər Mehdiyev saydığını saysın, görün, gömrük şefinin “paqonlular”ının canını boğazına yığdığı vətəndaşlar nələr deyirlər?
İnsanları qoyaq kənara, Komitənin özü bəzi əməkdaşlarının rüşvət aldıqlarına görə işdən azad edilmələrinə və onların barəsində cinayət işi açılmasına dair bir neçə dəfə rəsmi məlumat yayıb. Bəs rüşvət alan olsaydı, istefa verəcəkdi kimsə…

Sosial şəbəkələrdə gömrük sistemindəki qanunsuzlularla bağlı bağlı kifayət qədər materiallar yayılmaqdadır.
Mənbənin dediyiə görə Xarici İşlər Nazirliyi əməkdaşları ilə baş verən qalmaqal hələdə PA-nın kuluarlarında müzakirə edilir. DGK Xarici İşlər Nazirliyi əməkdaşları statuslarından irəli gələn bəzi imtiyazlarına da məhəl qoymur. Azərbaycanın da qoşulduğu Vyana Konvensiyasına görə, xaricdə 4-5 il işləyib vətənə dönən diplomatların ölkəyə gətirdikləri bəzi məhsullar üçün gömrük rüsumu tutulmamalıdır.

Ancaq Gömrük Komitəsinin harınlamış işçiləri uzun müddət xaricdə işləyən XİN əməkdaşlarının ölkəyə gətirdikləri şəxsi avtomobillərdən gömrük rüsumi tələb edəcək qədər irəli getməkdən çəkinməyiblər. Həm də bildirirlər, bu iş Səfər Mehdiyevin icazəsi olmadan həll oluna bilməz. Üstəgəl, diplomatlara məxsus avtomobilləri noyabrdan bəri Komitənin pullu dayanacağında günü 10 manatdan saxlayırlar.
Əslində DGK-da baş verən biabırçılıqların ən bariz nümunəsi kimi Gömrük Komitəsinin 200 min manata alınmış işlənmiş avtobus üçün nə az, nə çox, düz 707 min manat rüsum tələb etmyini saymaq olar. Yəni avtobusun alındığı qiymətdən az qala 4 dəfə artıq məbləğ tələb olunub.
Mənbənin dediyinə görə belə hadisələri çox göstərmək olar. Səfər Mehdiyevi ora təyin edəndə ümid edilirdi ki, o, DGK-nın iş prinsipini daxilindən
bilən kadr kimi inqlabi islahatlara imza ataraq Azərbaycanın giriş qapısını nümunəvi bir təşkilata çevirəcək. Ancaq əfsuslar olsun bu baş vermədi.
Fakt isə ondan ibarətdir ki, indi DGK əvvəlki rəhbərliyə şükür edəcək gündədir.
Mənbə iddia edir ki, artıq Səfər Mehdiyevin vəzifədən getməyi gündəmdədir!
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
Teref.az

Bölmənin digər xəbərləri

15 Oktyabr 2019 Azərbaycanlı milyonçu xəstə uşaqlar üçün hospis tikdi
15 Oktyabr 2019 SABİQ DEPUTATIN BİTMƏYƏN PUL TƏLƏBLƏRİ… - Şərikləri Cahangir Hüseynovu ittiham edirlər
15 Oktyabr 2019 Anasını boğdu, sonra meyiti yandırdı – Qatil oğul…
15 Oktyabr 2019 Kiyevdə qətlə yetirilən azərbaycanlı tələbənin anası danışdı: - “Cavidi öz dostu öldürüb”
14 Oktyabr 2019 ŞÖBƏ MÜDİRİ BOŞ ZALIN QARŞISINDA 1 SAAT DANIŞDI! – Rüsvayçılıq (FOTO)
14 Oktyabr 2019 Arif Qasımovun da payı olan “Park Sity”-də işlər niyə dayandırıldı?
14 Oktyabr 2019 Bir qrup şəxs Şirvan xəstəxanasına hücum edərək dağıntılar törədib - FOTO
14 Oktyabr 2019 Tanınmış jurnalist Fərzuq Seyidbəyli vəfat etdi
14 Oktyabr 2019 "Ədalətsiz seçkilər oldu" - Yadigar Sadıqlı"Ədalətsiz seçkilər oldu" - Yadigar Sadıqlı
14 Oktyabr 2019 Azərbaycanda vəzifə tutan ermənilərin siyahısı yayıldı
13 Oktyabr 2019 Bakının mərkəzində biabırçılıq - Translar müştəriyə görə əlbəyaxa oldu - VİDEO
12 Oktyabr 2019 Orta məktəbdə dəmirkəsən mişar ustanın sifətini kəsdi- BAKIDA DƏHŞƏTLİ HADİSƏ
12 Oktyabr 2019 Bakıda baş verən yol qəzasında aralarında 3 uşaq olmaqla, 4 nəfər xəsarət alıb
12 Oktyabr 2019 Gürcüstanda silahlı insidentlə bağlı daha bir azərbaycanlı saxlanıldı
12 Oktyabr 2019 Vilayət Eyvazov DYP-ni "abıra" salır:“Rüşvət otaqları” ləğv edildi, 10 nəfər qovuldu, 20 nəfər…
12 Oktyabr 2019 Ağsuda köhnə başçı aranı qarışdırır? - İDDİA
12 Oktyabr 2019 Azərbaycanlı qadın biznes mərkəzində intihar etdi - Cibindən məktub tapıldı
11 Oktyabr 2019 Paytaxtda avtomobil dirəyə çırpılıb, sürücü ölüb
11 Oktyabr 2019 Azərbaycanda siçan pulları öz yuvasına daşıdı - VİDEO
11 Oktyabr 2019 Rəsmi maaşı 350 manat olan həkim - 10 min manat qazanırdı - VERGİLƏR AÇIQLADI

Dünyapress TV

Xəbər lenti