1 qrup müharibə əlilinin həyat yoldaşı Mehriban xanıma müraciət etdi - MÜRACİƏT
AZƏRBAYCAN RESPUBLİKASININ BİRİNCİ VİTSE-PREZİDENTİ, AZƏRBAYCANIN BİRİNCİ XANIMI.
HÖRMƏTLİ MEHRİBAN ƏLİYEVAYA.

SÜRƏTİ :

AZƏRBAYCAN RESPUBLİKASININ ƏƏSM NAZİRİ
CƏNAB SAHİL BABAYEVƏ.

ŞƏKİ ŞƏHƏR İCRA HAKİMİYYƏTİNƏ.

Abşeron rayon, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 1, mənzil 125 ünvanında kirayə yaşayan 1-ci qrup Qarabağ müharibə əlilli, ehtiyatda olan mayor Rəfiyev İlqar Nəzir oğlunun həyat yoldaşı Rəfiyeva Dinar Əliyar qızı tərəfindən.

Ə r i z ə

Yoldaşım Rəfiyev İlqar Nəzir oglu 04.05.1974-cü ildə Şəki rayon, Təpəcənnət kəndində anadan olub. 04.05.1993-cü ildə Şəki RHK tərəfindən hərbi xidmətə göndərilib. Xidməti zamanı Ağdam, Füzuli, Ağdərə rayonları və kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmiş və bir neçə dəfə ağır yaralanmışdır.1995-ci ildə Ali Hərbi Məktəbə qəbul olub1999-ci ilə Ali hərbi məktəbi bitirib və leytenant rütbəsi ilə təmin edilərək xidmətini yenidən davam etdirmişdir.1999-cu ildən 2011-ci ilədək Xüsusi Təyinatlı Hərbi Hissədə müxtəlif vəzifələrdə xidmət edib. Xidmət müddətində bir çox orden və medallarla təltif olunub.
Döyüş tapşırığını yerinə yetirərkən aldığı travmalarla əlaqədar 01.02.2011-ci ildə MN MHHK-nın qərarı ilə ordu sıralarına tam yararsız hesab olunaraq mayor rütbəsində təxris olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1-ci qrup gözdən əlildir.
15.03.2013-cü ildə Şəki rayon İcra Hakimiyyətinin 1/122 saylı sərəncamına əsasən mənzil növbəsinə qeydiyyata alınıb.

Sərəncama müvafiq olaraq dəfələrlə Şəki rayon İcra Hakimiyyətinə və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etmişik. hər dəfə bildirilir ki, növbəli şəkildə təmin olunacaqsınız.

Sizdən xahiş edirəm ki, yoldaşım Rəfiyev İlqar Nəzir oglununSilahlı Qüvvələrdə 18 il 6 ay xidmətini “Əlillərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunun 43-cü bəndinə əsasən Əlillər dövlətin hesabına mənzillə təmin edilirlər. I qrup əlillərə mənzillər növbədən kənar verilir” qanununu, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı gözdən əlill olmağını və 2 az yaşlı məktəbli övladlarımızı nəzərə alaraq mənzillə təmin olunmağımıza köməklik göstərəsiniz.

İmza Rəfiyeva Dinar Əliyar qızı

17.09.2019

Bölmənin digər xəbərləri

25 Fevral 2020 Qırx iki min adam dövlətin malına şərik çıxdı: fırıldaqları mətəl qoyur - FOTO
25 Fevral 2020 Sürücü içkili halda məktəb servisini idarə etdi - 17 məktəbli...
24 Fevral 2020 Yuxulu və qəzəbli - Onların susqunluğu səbəbindən ölmək üçünmü doğulduq?
24 Fevral 2020 MSK Kərəm Həsənovun qardaşının seçki dairəsi ilə bağlı qərar verdi
24 Fevral 2020 Hacıqabulda AĞIR QƏZA: Ölən var
24 Fevral 2020 XƏBƏRDARLIQ: Yeni zəlzələlər gözlənilir
24 Fevral 2020 Azərbaycanda yayılan koronavirus barədə səs yazısı ilə bağlı VACİB AÇIQLAMA
23 Fevral 2020 "Uşaqları çox vaxt məktəbə ac yola salırıq" - Şəkili ailələr Kəmaləddin Heydərovdan narazılıq edirlər + Prezidentə şikayət
23 Fevral 2020 Bakıda DƏHŞƏT: Anasının əlindən çıxıb yola qaçan uşağı...
23 Fevral 2020 İcra başçısının qızının BİZNESİ
23 Fevral 2020 Ölkəmizdə minlərlə şəxs sürücülük hüququndan məhrum edildi - Video
23 Fevral 2020 Azərbaycanda tələbə dəm qazından boğulub öldü - Foto
23 Fevral 2020 Yeni seçilən deputatların SİYAHISI
22 Fevral 2020 Həbs edilən icra başçısının bacısı general imiş- ÖZƏL
22 Fevral 2020 "DTX-nin Neftçalada keçirdiyi əməliyyatdan hər bir vəzifəli şəxs nəticə çıxarmalıdır..."
22 Fevral 2020 Şabran rayon İcra başçısının bir kicik müəsisə var - ARAŞDIRMA
22 Fevral 2020 Musa Qasımlının lider olduğu dairənin sədri bacanağı imiş...
22 Fevral 2020 Elxan Usubovunda ləğv edilməmiş şirkətləri var - ARAŞDIRMA/FOTO
22 Fevral 2020 Sumqayıtda qumbara tapıldı - RƏSMİ
21 Fevral 2020 Neftçalada baş həkim də saxlanıldı - DTX tərəfindən...

Dünyapress TV

Xəbər lenti